Onları diri-diri soyurlar!

Birini cərəyana verirlər, digərini su ilə boğurlar, başqa birini kötəkləyirlər, qeyrisini qazla zəhərləyirlər...
Ayağına uzun çəkmələr, əyninə ətəkli brezent plaş geyinmiş, ilk baxışdan qorxu filmlərindəki gizli qatilləri xatırladan bir adam ayaqlarından tutduğu tülkünü sərt şəkildə yerə çırpdı. Tülkünün bir anlıq hərəkətsiz qalmasından sonra hərəkətə keçən adam əlindəki iri bıçaqla tülkünün dərisini bədənindən ayırmağa başladı və dərisi diri-diri soyulan heyvanın çığırtılarına məhəl qoymadan işini "mahir" şəkildə tamamladı. Dəri soyulması prosesi elə sürətlə həyata keçirildi ki, zavallı heyvan ölməyə belə vaxt tapmadı. Bir neçə dəqiqə sonra qanlı ət parçası halında qalmış heyvancığazın dərisiz bədəni yerdə qalaqlanmış digər tülkü cəsədlərinin üstündə çabalayırdı...

Adəmlə Həvvadan başlayan mədəniyyət

...Yəqin ki, geyim mədəniyyətinin insan oğlunun əcdadları olan Adəmlə Həvvadan başlandığını desək, yanılmarıq. Bu barədə müqəddəs kitabların hamısında konkret rəvayət var. Bu rəvayətə görə, nənəmiz Həvvayla babamız Adəm cənnətdə əsl cənnət həyatı yaşayarkən bir gün nəfslərinin qurbanı olurlar. Daha dəqiq desək, zavallı Adəm arvadının tamahkarlığının qurbanı olur və qadağan olunmuş meyvədən dadıb, öz çılpaqlığını görür. Tanrı Cənnət Bağına gələndə Adəmlə Həvvanın ondan utanıb qaçıb gizləndiklərindən anlayır ki, onlar artıq həqiqəti dərk ediblər. Detallara varmadan qısaca onu da xatırladaq ki, Adəmlə Həvva bu yanlışlıqlarına görə cənnətdən qovulub Yerə göndərilirlər. Təbii ki, Yerin dəyişkən, soyuq, isti iqlimi cənnətlik deyildi. Ona görə də, ulu babamızla nənəmiz yarpaqlardan, otlardan başlayaraq özlərinə geyim düzəldirlər. Minillər ötdü, neçə nəsillər dəyişdi, ancaq dünyanın yağışı, qarı yenə qaldı. İnsanlar isə əvvəlki geyimlərlə kifayətlənməyib daha isti, daha komfortlu paltarlara üstünlük verdilər. Yəni, sonrakı nəsillər daha fərqli geyimlər icad etdilər. Qəbilə halında yaşayan qədim dövr insanları yemək məqsədilə ovladıqları heyvanların dərilərindən də isinmək üçün istifadə edirdilər. Bunlarla yanaşı heyvanların dərilərindən düşmənlərini qorxutmaq, pis ruhları qovmaq məqsədilə xüsusi geyimlər və aksessuarlar yaratdılar.

Dövr keçdikcə və cəmiyyət inkişafı elədikcə örtünmək etik qaydalardan biri halına gəldi. Geyimlər çeşidləndi, dəyişdi, iqlim xüsusiyyətlərini və hər xalqın özünəməxsus adətlərini əks etdirərək modanın təsiri ilə «beynəlxalq standartlar» deyilən geniş bir anlayışla ifadə olunmağa başladı. Öncələr örtünmək üçün geyinilən geyimlər zaman keçdikcə insanların görüntüyə olan meyllərinin "qurbanı" oldu. Özünü başqasından daha üstün göstərmək istəyən bir qadın, boğazından asdığı dovşan tükü ilə fərqləndiyini düşünərək, daha artığını istədi. Beləcə, bir dovşanın dərisi ilə yetinməyən insanlar üçün 60-70 dovşanın dərisindən hazırlanmış kürklər meydana gəldi. O da yetmədi, çantalar, ayaqqabılar, akssesuarlar, oyuncaqlar, saç «broşları», əlcəklər və s. vasitələr ilə heyvan dəriləri insanların istifadəsinə buraxıldı. Ancaq şəxsən mən milyonlar xərclənərək əldə olunan kürklərin, dəridən hazırlanmış geyimlərin necə və nələrin hesabına başa gəldiyini görən insanın təkrar bunları geyinmək istəyəcəyinə inanmıram.

Bir ildə 40 milyon qurban

Həyatları boyunca 70-35 sm böyüklüyündə qəfəslərdə qapalı şəkildə yaşayan bu heyvanları fevral, mart aylarında cütləşdirirlər. Aprel, may aylarında balasını dünyaya gətirən analar doğulduqları andan etibarən balalarını əmizdirməyə başlayırlar. Düz 7 ay boyunca...
Balalar 7 ayına çatdığında, yəni qalın, yaxşı pula dəyər kürkə sahib olduqları zaman analarından qoparılaraq tüccarların əllərinə təslim edilir.
"Rakun" adlanan bu heyvanların dəriləri canlı-canlı soyularaq palto, oyuncaq, ayaqqabı, müxtəlif aksessuarlar və daha bir çox əşyalar hazırlanması üçün istifadəyə verilir. Dərisiz leş bədənləri isə rakun əti qurmanlarına yeyilmək üçün satılır. Çin şirkətlərinin bu vəhşəti törətmələrinin əsas iki səbəbi var. Bir kürkə olan tələbat, bir də qabarıq pul kisəsi. Bu səbəbdən hər il 40 milyondan artıq heyvan kürkləri üçün amansızcasına qətl edilir.

Ağlayan fok anaları

...Çoxlarımızın yadında burnunda top oynadan sevimli bir canlı kimi qalan, dəniz heyvanlarının içərisində ən zərərsizlərdən sayıla biləcək "fok" adlı bir heyvan.

Doğulduğu andan etibarən ana südüylə bəslənən bala foklar, gündə 2 kilo çəki alaraq hər gün bir az daha böyüyürlər. Doğumlarından cəmi 25 gün sonra üzməyi öyrənirlər. 3-4 aylıqlarına çatdıqları zaman isə insanlığı danan insanların ovuna çevrilirlər. Dünyanın ən mədəni, sivil ölkələrinin birində - Kanadada hər il 270-280 min bala fok başlarına ağır dəyənəklə vurula-vurula öldürülür. Məsələn, indi təsvir eləyəcəyim mənzərə demək olar ki, bütün fok qətliamlarında eynilə təkrar oluna bilər.

...Bir bala fok buzların üstündə sürünə-sürünə dənizə çatmağa çalışır. Çünki bilir ki, insan cildindəki vəhşi əlindəki ağır dəyənəyi onun başına vuracaq, sonra da çəngəlli alətlə boğazından tutub yaxalayacaq və az öncə diri-diri dərisi soyulan qardaşının taleyini yaşayacaq.
Yavru foklar qaçıb canlarını qurtara bilmir və analarının gözləri önündə rəhmsizcəsinə öldürülürlər. Ən dəhşət doğuranı isə bala fokların dərilərini soyarkən ana fokların çıxartdıqları səslərdir: heyvan dərisi soyulan balasını ağlayır... Eynən Washington Post qəzetində yazıldığı kimi: "Fok nəfəs almaq üçün çaba sərf edərkən burnundan qan axır və buz üzərində yatır. Bir az irəlidə ovçu bıçağını itiləyir. Fok dərisi bədənindən ayrılarkən qusur...".
Və ya "Christian Science Monitor"dan oxuyuruq: "Çox az sayda fok qətliamdan qaça bilir. Ovçular söyüş söyür və təhdid edir, silah səsləri və qəhqəhələr duyulur. Yavruların acıqlı səsləri, yumşaq kəllə sümüklərinə vurduqça qorxunc bir səs çıxaran dəyənəklərin gurultusu… Hətta ovçuların dəriləri qayıqlara atarkən lağedici bir şəkildə "xoş gəldin" demələri…"
Bəli, bu vəhşətin adı da "moda"dır. Və hər daşından, torpağından mədəniyyət süzülən, demokratiyanın, haqq-hüququn hökmranlıq elədiyi, uygar ölkə olan Kanadanın ənənəsidir. Təkcə son 3 il ərzində Kanada hökuməti bir milyondan artıq fokun qətliamına izn verib. Nə də olsa, Kanada kürkləri dünyaca məşhurdur axı. Buzlar üzərində acı içərisində can çəkişən heyvanların arxalarında buraxdıqları qanın rənginin bir o qədər də önəmi yoxdur...

Əvvəlcə ayaqları kəsilir

...Qütb tülküsünə bənzəyən bu heyvanlar, doğulduğu andan etibarən qəfəslərə qapadılır. Bir az böyüyüb, tükləri uzandığı zaman qəfəslərdən çıxarılmağa başlanır. Qolu qüvvəli kişinin biri heyvanın arxa ayaqlarından tutaraq xalça çırpar kimi heyvanı çırpmağa başlayır. Heyvan bir az gicəllənsə də, çabalamağa davam eləyir. Daha sonra cəllad heyvanın ayaqlarını dizinin altından kəsir ki, dərisini çıxardarkən problem yaşanmasın. Heyvan hələ də çabalamağa davam edir, axı canlıdır... Ardından heyvanın arxa ayaqlarından birini qarmağa keçirib, arxadan önə doğru dərisini soymağa başlanır. Heyvan hələ də sağdır... Belindən başına doğru qüvvətlə çəkərək baş qisminə gəldiyində bir-iki kiçik bıçaq zərbəsiylə dəriyə ziyan yetirmədən bütün dəri heyvanın bədənindən çıxarılmış olur. Heyvan hələ də çırpınmağa davam edir - canlıdır...
Soyulandan sonra qanla qarışıq ağ yağdan ibarət bir görüntü alan heyvan üzündə tək rəng kimi görünən qapqara gözlərilə cəlladına baxaraq atıldığı maşının arxasında anlamsız səslər çıxardaraq ulamağa başlayır... Ta ki, canı bədənindən çıxana qədər...

Pişiklərin boğazına şlanq taxın!

Qalın və cüt təbəqəli xəz örtüyünə sahib GSD (Alman Çoban İtləri) cinsli itlərin kürkləri üçün xüsusilə qış aylarında kiçik qəfəslərə həbs olunaraq, ac və susuz buraxıldığı, sonra boyunlarına keçirilən iplə boğularaq öldürüldükləri və kürklərinin rahatlıqla alınaraq əsasən soyuq ölkələrdə papaq və əlcək istehsalında istifadə olunduğu da qorxunc gerçəklərdən biridir. Həmçinin bu kürklərdən hədiyyəlik əşyalar, "brelok"lar, masaüstü bəzəklər və digər məmulatlar da hazırlanır. Bununla yanaşı, pişiklər də eyni davranışa məruz qalırlar. Ancaq pişiklərin öldürülməsi daha çətin olduğu üçün və kürklərinə hər hansı bir zərər yetirilməsindən ehtiyat etdiklərinə görə fərqli üsuldan istifadə olunur. Pişiklərin ağızlarına bir şlanq soxulur, digər ucu isə su kranına birləşdirilir. Daha sonra yavaşca su kranı açılır və şlanqdan keçən su boğazından iplə asılmış pişiyin ağzından içəri dolur. Nəfəs almağa çalışan heyvanın ağciyərlərinə su dolur və məsum pişik boğularaq can verir. Öldürmə prosesi başa çatdıqdan sonra heyvanın dərisi soyulur və yenə də bəzək əşyaları, aksessuarlar hazırlanması üçün satılır. Cansız qalan bədənlər isə heç bir önəm daşımır...

Nə yolla olursa-olsun, öldür!

Kürk üçün dərisi istifadə olunan heyvanlar içərisində pişiklər, itlər, dovşanlar və digərlər də var ki, orta ölçüdə bir kürk əldə etmək üçün həmin heyvanların ən azı 60-70-i qətl edilməlidir. Bu ticarətin qaynağı da başda Çin olmaqla Filippin və Tailanddır.
Ümumiyyətlə, kürkün əldə edilməsi, işlənməsi bir sektordur və iqtisadiyyatın hər sahəsində olduğu kimi bu sənayenin də ilk məqsədi pul əldə eləməkdir. Heyvana isə bu sənayedə hissetmə qabiliyyətinə sahib olan bir canlı kimi deyil, nə yazıq ki, xammal kimi yanaşılır. Kürk heyvanlarının yüzdə səksən beşi (mink, tülkü, şinşila, dovşan və s.) heyvan saxlanılan yerlərdən, geri qalanı (qunduz, qızıl qurd, sincab, lutr, misk siçanı, rakun və s.) isə ovlanmaq yolu ilə əldə edilir. Bu yerdə vurğulamaq gərəkən bir məqam da var. Kürk geyinməyi özünə problem etməyən bir çox insanlar, pişik və itlərin də kürklərinin istifadə olunduğunu bilincə dəhşətə gəlirlər. Amma bunu dərk etmək gərəkdir ki, bir tülkünün qətli ilə bir pişiyin qətli arasında heç bir fərq yoxdur.
Kürk hansı şərtlərdə hazırlanırsa hazırlansın, vəhşətdir! Hətta Çin hökuməti ucuz kürk ixracı üçün digər ölkələrlə müqayisə edilməyəcək bir vəhşiliyə göz yummaqdadır. Artıq heyvanlar da vəhşi kapitalizmin qurbanı olmaqdadırlar.
Ov üsulları nə qədər amansızdırsa, kürk heyvanlarının saxlandıqları yerlər də bir o qədər amansızdır. Hər şeydən əvvəl bu yerlər biznes qaynağıdır və heyvanlar burada ən ucuz, dolayısıyla ən narahat, şərtlərdə saxlanılır, sonda yenə ən ucuz, dolayısıyla ən əziyyətli, şəkildə öldürülür.
Mümkün olan ən kiçik sahədə maksimum heyvanı bəsləmək üçün onlar ancaq bir-iki addım ata biləcəkləri kiçik qəfəslərdə saxlanırlar. Bu qəfəslər yan-yana və üst-üstə yığılı olduğundan gənə, birə kimi parazitlər və ya hər hansı bir infeksiya rahatca və sürətlə yayılır. Normal yaşam sayılmayan bu həyatın sonunda da heyvanları dəhşətli ölüm gözləyir. Kürkün keyfiyyətini qorumaq tək məqsəd olduğundan ölüm üsulları işgəncədən fərqli olmur. Məsələn, hələ bala sayılan kiçik heyvanların iyirmisi-iyirmi beşi bir qutu içərisinə doldurulur, bir ucu qutuya, digər ucu traktora bağlı olan borudan gələn egzost qazıyla zəhərləndirilirlər. Bu qaz hər zaman öldürücü təsirə malik olmadığı üçün qazın təsirindən huşunu itirən heyvanların çoxu dərilərinin soyulması əsnasında özlərinə gəlirlər. Bu da o deməkdir ki, canlı-canlı dəriləri soyulur. Daha böyük heyvanlar isə anuslarından içəriyə soxulan bir çubuq vasitəsilə elektrik verilərək öldürülür. Bir başqa üsul da əzələləri fəaliyyətsiz hala gətirib, nəfəsi dayandıran və bu əsnada dayanılmaz ağrılı sancılara səbəb olan "strikinlə" öldürmədir. Daha çox istifadə olunan bu metodlardan əlavə boyun qırma, başa sərt əşya ilə vurmaq və ya yerə uzadılmış heyvanın başı üzərinə ağır çəkili bir insan çıxartmaq... Hətta heyvan özündən keçsin deyə adam heyvanın başı üzərində hoppanıb-düşə də bilər...

Utancgətirən cinayət

Maraqlıdır, görəsən, sırf zənginlik göstərisi olsun deyə kürk geyinənlərə diri-diri soyulan tülküləri, itləri, elektrik cərəyanına verilərək öldürülən dovşanları, başına ağır alətlə vurularaq anasının gözü önündə dərisi üzülən fokları və onlardan geriyə qalan bir yığın leşi göstərmək nəticə verərmi?!
Dəbdəbəli görünsün deyə canlıların zülmlə öldürülməsinə göz yuman meşşanların yaşadığı dünyada İNSAN olmağı istəmək həqiqətən çətindir. Məsələnin əsl kökündə dayanan səbəb pas tutmuş vicdanlar, empatiya yoxsulluğu, özünəvurğunluq və gündən-günə yox olmağa üz tutmuş adillik duyğusudur. Adına qətliam, soyqırım, vəhşət, ümumiyyətlə nə deyilirsə, deyilsin - bu, insanlığa utanc gətirən bir cinayətdir...

Onları diri-diri soyurlar!Onları diri-diri soyurlar!Onları diri-diri soyurlar!Onları diri-diri soyurlar!Onları diri-diri soyurlar!Onları diri-diri soyurlar!Onları diri-diri soyurlar!Onları diri-diri soyurlar!Onları diri-diri soyurlar!Onları diri-diri soyurlar!Onları diri-diri soyurlar!Onları diri-diri soyurlar!Onları diri-diri soyurlar!Onları diri-diri soyurlar!Onları diri-diri soyurlar!


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 11155   Tarix: 21 noyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Netflix" "Warner Bros."u 82,7 milyarda aldı

"Netflix" əfsanəvi kino studiyası "Warner Bros."u 82,7 milyard dollara satın alıb. Axşam.az xəbər verir ki, şirkət bununla bağlı rəsmi açıqlama yayıb. Tərəflər arasında müqavilənin ləğvi olacağı təqdirdə 5,8 milyard dollarlıq cərimə nəzərdə tutulur. Bundan başqa, "Warner Bros."u

07.12.2025 261
.

Alimlər dünyada ilk dəfə "toxunula bilən" ekran yaratdılar

Kaliforniya Universitetinin (Santa-Barbara) alimləri təsviri göstərməklə yanaşı, ekranın səthində hiss olunan relyef formalaşdıra bilən eksperimental displey təqdim ediblər. Qaynarinfo xəbər verir ki, layihə haqqında məlumat "Science Robotics" jurnalında dərc olunub. Burada Yon Visselin rəhbərli

08.12.2025 378
.

Kirayə ev tapmaq üçün ən etibarlı üsullar

Kirayə ev tapmaq bəzən göründüyündən daha çətin prosesə çevrilə bilər, çünki bazarda çoxlu sayda elan və təklif mövcuddur. İnsanlar tez-tez münasib qiymət, yaxşı şərait və əlverişli məkan arasında balans qurmaqda çətinlik çəkirlər. Doğru qərar vermək üçün həm məlumatlı, həm də diqqətli olmaq vacibdir

12.12.2025 183
.

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

Mütəxəssislərə görə, kartof qızardarkən duz kartoflar yağdan çıxan kimi, yəni hələ isti və üzəri yağlı ikən əlavə edilməlidir. Çiy kartofa və ya qızartma zamanı duz atmaq, kartofun suyunu buraxmasına və çıtırlığını itirməsinə səbəb olur. İsti səthə səpilən duz isə həm daha yaxşı yapışır, həm də dadı

13.12.2025 207
.

Kolbasanın üstündə bu söz varsa, qəti almayın

Mağazada yaxşı kolbasa seçmək üçün məsləhətlər verilib. xəbər verir ki, bu sahə üzər ekspert Yelena Medkovanın sözlərinə görə əsas meyar qablaşdırmanın dizaynı yox, məhsulun texnoloji göstəriciləridir. "Bişmiş kolbasa seçərkən dövlət standartlarına əsaslanmaq olar. Mövcud GOST standartlarında məhsulla

00:28 393
.

Göz sağlamlığı üçün faydalı təbii qidalar

Qeyri-sağlam qidalanma və ekoloji amillər bütün orqanlara, o cümlədən, gözlərin sağlamlığına mənfi təsir göstərir. Son vaxtlar bioaktiv qidalara tələbat olduqca artmaqdadır. Bitki mənşəli bioloji aktivliyə malik həmin məhsullar kapsul, tablet, toz, sirop və digər formada hazırlanır. Ona görə də gözlə

09.12.2025 494
.

Ölümdən sonrakı həyat: Bakının adı Misirin 3500 illik "Ölülər kitabı"nda niyə çəkilir? (VİDEO)

Qədim Misirin bəşər tarixindəki izi danılmazdır. Ehramları, əfsanələri, fironları və ağlasığmaz ləl-cəvahiratı ilə heç kəsi etinasız buraxmayıb. Bu qədim torpaqlarda dünyadan köçənlər üçün məzara axirət kitabı qoyurdular ki, ruhlarına kömək olsun. Burada adı çəkilən Qafqaz toponimləri, hidronimlərini

10.12.2025 507
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

13.12.2025 597
.

45 dəqiqə dayanan ürəyi işə salan həkim danışdı: "Allah əməyimizi itirmədi"

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan xəstə 45 dəqiqəlik mübarizədən sonra həyata qaytarılıb. Pasiyentin həyatını xilas edən həkim Jalə Müslümova Baku TV-yə danışıb və pasiyentin həyatını xilas etdiyi üçün çox böyük sevinc hissi yaşadığını deyib

13.12.2025 230
.

TOP MP3