Mİkayıl Cabbarovun əsas prioritetləri - 11 Maddə

Mİkayıl Cabbarovun əsas prioritetləri - 11 MaddəTəhsil Nazirliyi tərəfindən ali təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetləri açıqlannıb.

Nazirlikdən azvision.az-a verilən məlumata görə, Təhsil Nazirliyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəyyən edilmiş əsas hədəflərin həyata keçirilməsi ilə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə təhsilin bütün pillələri üzrə hər növbəti il üçün prioritetlərini əvvəlcədən elan etmək siyasətini həyata keçirir.

Bildirilib ki, keçən ilin sonunda Nazirlik ümumi təhsil pilləsində aktual problemlərin həllinə istiqamətlənmiş islahatyönlü tədbirlər planını açıqlanıb. Bu istiqamətdə növbəti addım olaraq, ali təhsildə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planı hazırlanıb. Sözügedən tədbirlərin keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrində şəffaf və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və ali məktəblərin idarə olunmasının müasir tələblər səviyyəsində qurulmasıdır. Bu məqsədlə Təhsil Nazirliyi növbəti tədris ilində aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:

1. Ali təhsil sistemində yeni tədris mühitinin yaradılması və yüksək keyfiyyətli kadr hazırlığının təmin edilməsi məqsədi ilə dövlət ali təhsil müəssisələrində "SABAH" (savadlı, bacarıqlı, hazırlıqlı) qruplarının təşkili;

2. Ali təhsil müəssisələrinin fəaliyyətlərinin effektivliyini müəyyənləşdirən göstəricilər sisteminin işlənib hazırlanması;

3. Ölkənin sosial-iqtisadi inkişafı üçün ixtisasların prioritetliyi nəzərə alınmaqla, tələbə qəbulu planının formalaşdırılmasına dair yanaşmaların təkmilləşdirilməsi;

4. Dövlət sifarişi ilə kadr hazırlığı standartlarının yüksəldilməsi üçün dövlət sifarişində iştirak edəcək universitetlərin seçim meyarlarının hazırlanması;

5. Ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə və əmək bazarının mövcud tələblərinə cavab verən müasir kadr hazırlığının təmin edilməsi, habelə ali təhsil proqramlarının (standartlarının) Avropa məkanında tətbiq olunan müvafiq sənədlərə uyğunlaşdırılması məqsədi ilə bakalavr və magistr ixtisasları üzrə təhsil proqramlarına (standartlarına) yenidən baxılması;

6. Ali təhsil müəssisələrinin Avropa təhsil məkanına inteqrasiyasının təmin edilməsi üçün Boloniya prosesinin tətbiqi üzrə univesitetlərarası komitənin yaradılması;

7. Abituriyentlərin peşəyönümlü ixtisas seçimi mexanizminin formalaşdırılması və təhsilin müxtəlif səviyyələri arasında varislik və fasiləsizlik prinsiplərinin təmin edilməsi məqsədi ilə orta məktəblərin, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin ixtisas hazırlığı profili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrinə təhkim edilməsi;

8. Aztəminatlı ailələrdən olan gənclərin ali təhsil almaq imkanlarının artırılması üçün pilot qaydasında təhsil kreditlərinin tətbiqinə başlanılması;

9. Müasir və şəffaf idarəetmə modelinin qurulması ideyasını rəhbər tutaraq, ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ bazanın təkmilləşdirilməsi və korporativ idarəetmə prinsiplərinin tətbiqi;

10. Maliyyə resurslarının istifadəsində səmərəliliyin və şəffaflığın artırılması məqsədi ilə dövlət ali təhsil müəssisələrində maliyyə hesabatlılığı sisteminin tətbiqinin genişləndirilməsi;

11.Təhsilalanların hüquqlarının qorunması və aparılan tədrisin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə təhsil müəssisələrinin akkreditasiya sisteminin yaradılması.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2914   Tarix: 04 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda pensiyalar bu yolla arta bilər - VACİB AÇIQLAMA

Azərbaycanda pensiyaların yenidən nə vaxt artrılacağı iən çox müzakirə olunan məsələlərdən biridir. xəbər verir ki, bu mövzu barədə həm rəsmi şəxslər, həm də ekspertlər müxtəlif fikirlər səsləndiriblər. Hələlik dövlət qurumlarından pensiyaların konkret artımı ilə bağlı rəsmi açıqlama verilməyib. Laki

10:07 525
.

Tarixdə ilk dəfə Olimpiya məşəlini transseksual daşıyacaq - FOTO

2024-cü ildə Parisdə (Fransa) Olimpiya Oyunlarının açılışı zamanı tarixdə ilk dəfə Olimpiya məşəlinin estafetində transseksual iştirak edəcək. Bu barədə Paris meriyası sosial şəbəkələrdə xəbər verib. Minima Geste ləqəbli transseksual yarışın açılış günü olimpiya məşəlini 25 sm hündürlükdə dikdaban ayaqqabılarl

12:05 428
.

İçərişəhərə giriş məhdudlaşdırılır

İçərişəhərdə keçiriləcək Milli Xalça Festivalı ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Qeyd edilib ki, məhdudlaşdırma mayın 3-dən 5-dək Qoşa Qala girişi, Kiçik Qal

11:27 410
.

"Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur"

"Bakı daha bir mühüm tədbirə ev sahibliyi edir. Mayın 1-dən 3-dək ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qona

15:12 110
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

20:29 0
.

Sərnişin avtobusu aşdı: 34 nəfər yaralandı

Türkiyənin Aksaray şəhərində sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 34 nəfər yaralanıb. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbi məlum deyil. Yaralılar xəstəxanalara çatdırılıb. Faktla bağlı araşdırma davam edir

12:37 134
.

"Birbaşa uçuşların sayını artırmaqda digər hava yollarının da maraqları olmalıdır" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Göydəniz Qəhrəmanov -a bildirib ki , Azərbaycan Hava Yolları birbaşa uçuşların sayını artırır. Amma bu məsələd

15:11 227
.

11-ci sinif şagirdi vəfat etdi

Xudatda məktəbli vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı

20:35 0
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

16:54 124