Qarabağ əlillərinin özünü yandırmasına mane olan qurum yaradılacaq

Qarabağ əlillərinin özünü yandırmasına mane olan qurum yaradılacaq"Biz Qarabağ əlillərinin özünü yandırmasının qarşısını almaq üçün üçün aidiyyatlı orqanlara Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə, Səhiyyə Nazirliyi və Nazirlər Kabinetinin üzvlərinə müraciət edirik. Bu problemləri həll etmək üçün onlar Qeyri Hökumət Təşkilatları ilə birlikdə komitə yaratsınlar".

Bunu ans press-ə Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov Bərdə rayon sakini Maarif Vəliyevin özünün yandırması xəbərinə münasibət bildirən zaman söyləyib. O, qeyd edib ki, Maarif Vəliyev 2-ci qrup Qarabağ müharibəsi əlilidir və 2 az yaşlı uşağı var:

"M. Vəliyev 1994-cü ildən bəri kirayədə yaşayıb. Uzun müddətdir ki, İcra Hakimiyətindən və aidiyyatlı orqanlardan yaşamaq üçün sığınacaq istəyib, amma süründürməçiliyə məruz qalıb. Nəhayət gedib özünü İcra Hakimiyyətinin önündə yandırıb. Xoşbəxtlikdən onu tez söndürüblər".

Etimad Əsədov, özünü yandıran Bərdə rayon sakini ilə danışdığını da söyləyib: "Onun özü ilə danışdım. Mənə həyatdan bezdiyini söylədi. Mənə dedi ki, öz torpağımda kirayələrdə necə yaşaya bilərəm?"

Xatırladaq ki, Bərdə sakini Maarif Vəliyev ötən gün özünü yandırıb. Yaralının yerləşdirildiyi Bərdə rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsindən verilən məlumata görə yaralının vəziyyəti vəziyyətinin ağır olduğu bildirilir.

Bərdə Rayon İcra Hakimiyyətindən isə hadisənin ümumiyyətlə baş vermədiyini bildiriblər. Bərdə rayon Polis Şöbəsi isə hadisənin baş verməsini təsdiqləyib. Bərdə rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsindən ans press-ə verilən məlumta görə, özünü yandıran Alpoud kənd sakini yanıq xəsarətləri ötən gün xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 1077   Tarix: 29 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040