İlkin Həsəni: `Soyadımı hamı səhv yazır` - MÜSAHİBƏ

İlkin Həsəni: `Soyadımı hamı səhv yazır` - MÜSAHİBƏBiG.AZ saytı xəbər verir ki, azvision-un budəfəki qonağı tanınmış teleaparıcı, son dövrdə isə "Şöşü" kimi tamaşaçıların sevimlisinə çevrilməkdə olan İlkin Həsənidir. Tez-tez səhvən "Həsənli" kimi təqdim olunmasından narahatdır. "Əksəriyyət mənim soyadımı "Həsənli" bilir, amma mən "Həsəni"yəm və dədə-baba soyadım da "Həsəni" olub. Bu soyad Güney Azərbaycan soyadıdır",- deyir İlkin.

- Vəsiqəmdə "PRESS" yazılsa da, əslində özümü jurnalist hesab etmirəm, çünki jurnalistikanı deyil, rejissorluğu bitirmişəm. 11-ci sinifdə qəti qərarımı verdim ki, İncəsənət Universitetinə daxil olacaq və yaradıcılıqla məşğul olacağam, çünki uşaqlığım dövlət televiziyasının dəhlizlərində keçib, uşaqlıq dostlarımla səhnəciklər qurub öz kameramıza çəkib, elə özümüz də gülürdük. Ona görə dedim ki, İNCƏSƏNƏT!

- Sizcə, bizim teleməkanda yaddaqalan aparıcı olmaq üçün nələr lazımdır?

- Yaddaqalan aparıcı olmaq üçün ilk növbədə sən öz tərzini seçməlisən, digər aparıcılardan nə iləsə seçilməlisən, kimisə yamsılasan və ya kiminsə yolunu getsən, o zaman deyəcəklər ki, özünü filankəsə oxşadır. Mən də Azərbaycanda maqazin verilişini aparan ilk kişi aparıcı kimi öz stilistikamı seçdim, əl, qol, göz-qaş jestləri ilə hardasa digərlərindən seçildim.

-Niyə gənclərin çoxu televiziyaya, aparıcılığa can atır?

- Maraqlı sahədir yəqin, ona görə. Amma bir şeyi deyim ki, məsələn, 10 il bundan əvvəl bu sahəyə maraq daha çox idi, nəinki indi. Bilmirəm, yəqin yerli TV-lərə o zaman daha çox baxılırdı... Bircə nə edirlər-etsinlər, yeni bir obraz, yeni aparıcılıq tərzi gətirsinlər efirə, başqa heç nə.

- Biz İlkin Həsənlini maqazin proqramlarından, əyləncəli proqramlardan daha çox tanıyırıq. Nə vaxtsa efirdə tam ciddi bir layihə ilə görünə bilərsiniz?

- İlkin Həsəninin 13 illik efir karyerasında vuruşduğu, çarpışdığı bir şey varsa, o da onun soyadının düzgün yazılışı və deyilişidir, amma çox təəssüf, bir nəticə əldə edə bilmirəm - əksəriyyət mənim soyadımı "Həsənli" bilir, amma mən "Həsəni"yəm və dədə-baba soyadım da "Həsəni" olub. Bu soyad Güney Azərbaycan soyadıdır.
O ki qaldı, ciddi verlişə, inanmıram, amma elə karyeramın özü ciddiyətdən başlamışdı: 2001-2002 illərdə 106.3Fm-də xəbər diktoru olmuşam.

- Siz efirin ən uğurlu aparıcılar sıyahısındasınız. Bu uğurun səbəbi nədir?

- Bu uğurun səbəbi dəyişilməmək, efir naminə, şan-şöhrət xatirinə simanı itirməmək, səni sevənlərə, hörmət edənlərə 5 qat artığını qaytarmaq. Bax, mənim uğurumun səbəbi budur.

- "ATV maqazin" proqramını niyə yarım qoydunuz? Aparıcılığı nəzərdə tuturam.

- ATV Maqazin mənim üçün doğma və əziz olan bir veriliş idi, çünki o verilişlə tanındım, az da olsa sevildim, amma 2011-də işlərim o qədər çoxaldı ki, gücüm çatmadı, sözün düzü. Eyni anda "ATV maqazin", "Autotime", "ATV səhər", "Xalq ulduzu" və "Bozbaş pictures" - təsəvvür edin, bu qədər iş bir arada idi, həm də artıq getmək vaxt idi, 2002-2011 bəsim idi.

- Özünüzü şou-biznes mühitinə aid edirsinizmi?

- Qətiyyən! Hətta mənə aid olan xəbərlər yerli saytlarda şou-biznes bölümündə dərc olunmasını belə istəmirəm, amma nə edək ki, belə alınır.

- Son vaxtlar sizi hər kəs maraqlı bir obrazda - "Şəmi" obrazında görür. Bu obraz kimin ideyasi idi?

- Bu obrazı sırf təsadüf nəticəsində yaratdım, mən və Ramil Babayev 2004-də ATV-nin ad günü şənliyi üçün düşündüyümüz obrazlar idi, mən Şəmi, o da Şöşü - səhnəciklər hazırladıq, hər kəs maraqla qarşıladı, güldü və belə bir qərara gəldik ki, bu səhnəcikləri ekranlaşdıraq.

- Öncədən bu obrazların belə seviləcəyinə inanırdınızmı?

- Sözün düzü, yox, obrazlarımızın belə seviləcəyini bilmirdik, hər kəs, hətta dost-tanışlar belə deyirdi ki, lazım deyil, bu işi etməyin, heç bir xeyiri yoxdur sizə, həqiqətən elə idi, illər əvvəl səhnəciklərin hazırlanması üçün hətta öz cibimizdən müəyyən vəsait ödəmişik, minimum şəraitdə maksimum iş görmüşük! Amma əsas dəstək bizə 2013-ün yayında ATV müdriyyətindən gəldi, çəkiliş keyfiyyətini daha da artırılması üçün hər cür köməklik etdilər və bu gün "Bozbaş Pictures" ən sevilən layihələrdən biridir.

- Sizcə, "Şəmi" – "Şöşü" obrazı 5 il sonra da sevilən olacaqmı?

- Hər dövrün öz tələbi var, yəqin ki, sevilər, amma 5 il sonra 35 yaşlı İlkin Həsəni və 40 yaşlı Ramil Babayev bu obrazı oyanayacaqlarmı sualı da ortaya çıxır, görək də, başımıza nə gəlir.

- Son illərdə görməyə alışdığımız Rəfael-Coşqun, Elməddin Cəfərov, Fərda Xudaverdiyev və bu kimi bir sıra aktyorlar var ki, artıq özlərinə kifayət qədər tamaşaçı kütləsi toplaya biliblər. Bəs sizin onlardan fərqiniz nədir?

- Adları çəkilən hər kəs bizim dostlarımızdır, qardaşlarımızdır, biz də kiçik zaman ərzində özümüzə tamaşaçı kütləsi toplaya bilmişik, az və ya çox, toplamışıq, ən maraqlısı isə odur ki, bizə 7 yaşlı məktəbli də baxır, 77 yaşlı təqaüdçü də.

- Bir az da keçək şəxsi həyata. Bu il ailə qurmağı düşünürsünüzmü?

- İnşallah, Allah deyən olsun, bəli, evlənməyi düşünürəm.

- Küçədə və ya ictimai yerlərdə sizə Şəmi deyərək müraciət edənlər var?

- Bəli var, amma səmimi deyim ki, xoşuma gəlmir bu hal.

- Şəmi daha ağıllıdır, yoxsa Şöşü?

- Obrazlarımız belədir ki, hər şeyin başında Şəmidir, Şöşü isə onun sağ əlidir, dəliqanlıdır, tez coşandır, amma Şəminin bir kəlməsi ona bəs edər. Suala isə başqa cür cavab verə bilmirəm, qorxuram Şöşü inciyər.

- Ailədə necə birisiniz? Ümumiyyətlə, sizə görə ideal ailə necə olmalıdır?

- Ailənin ilkiyəm, sevimlisiyəm, ailəmlə nəfəs alan birisiyəm və hiss edirəm ki, yaşa dolduqca bu sevgi ilbəil daha da güclənir. İdeal ailəni isə bax belə görürəm, valideyinlərin, sevdiyin insan, sevdiyin insanın sənə bəxş etdiyi varlıq və canının sağlığı! Vəssalam!

- Şəmi ilə Şöşünün yaxın günlərdə daha haralara səyahəti gözlənilir?

- Yaxın günlərdə isə Dağıstan, İstanbul və digər çəkilişlərimiz olacaq. Şəmisevərlərə isə demək istəyirəm ki, gözdə-qulaqda olun, yeniliklər olacaq, özü də yaxşı yeniliklər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 2627   Tarix: 28 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Sosial şəbəkədə müraciət edənləri qəbuluma da çağırıram" - DEPUTATLA MÜSAHİBƏ

Deputat Aydın Mirzəzadə -ın suallarını cavablandırıb. -Aydın müəllim, bilirsiniz ki, bir neçə gün öncə valideynləri tərəfindən zorla nikaha cəlb edilən 2 az yaşlı qız intihar etdi. Ölkədə erkən nikahın qarşısını almaq üçün qanunvericilik mövcud olsa da hələ də valideynləri tərəfindən zorla nikaha cəl

05.09.2019 2237
.

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏ

Onu efirdə çox sərt, hamının xətrinə dəyən biri kimi görürük. Fərqli taktikası var. Verilişə dəvət etdiyi qonaqlar ilə olan dialoqlara qulaq asanda çaşıb qalırsan ki, bunu şou xatirinə edir, yoxsa elə xasiyyəti belədir. Məncə, onun verilişlərini maraqlı edən də elə bu xüsusiyyətidir. Hərçənd buna gör

19.12.2019 6537
.

"Canlı ünsiyyəti məhdudlaşdırmışam" - Xalq artistindən çağırış

"Müvvəqəti çətinlikdən maksimum istifadə edirəm. Evimdə tələbələrimə onlayn dərslər keçirəm. Kitabların üzərində işləyirəm, çoxlu mütaliə edirəm. Evdən ancaq ən vacib anlarda - aptekə, mağaya getmək üçün çıxıram". xəbər verir ki, bu sözləri -a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib

04.04.2020 2918
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053
.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏ

Bu günlərdə Türkiyənin Anlatya şəhərində Dünya Kikboksinq Assosiyasının təşkilatçılığı ilə keçirilən dünya çempionatında bürünc medala layiq görülən, Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, dünya çempionu, veteran idmançı Həsən Hüseynovun -a müsahibəsini təqdim edirik:. 54 yaşını

30.12.2019 2610
.

"Birinci qadınımın həzzini düşünüb yatağa girəcəm..."- Həkim - psixoterapevtdən ŞOK AÇIQLAMA

Həkim- psixoterapevt Əli Nağıyev -ın suallarını cavablandırıb. Psixologiya ilə Psixoterapiya arasında fərq nədir?. - Psixologiya geniş bir elm sayılır. Biri var riyaziyyat, biri də var tətbiqi riyaziyyat, bunun fonunda deyə bilirik ki, biri var psixologiya elmi, biri də var bu elmin içindən çıxan v

21.10.2019 5134