Alimlərimizdən ürək-damar xəstəlikləri ilə bağlı yenilik

Alimlərimizdən ürək-damar xəstəlikləri ilə bağlı yenilik"Mobil telefon və kompüter vasitəsilə bu xəstəliklərin gizli dövrünün monitorinqi aparılacaq"

"Azərbaycan alimləri tibb sahəsi üzrə yeni bir sistem yaradıblar. Belə ki, mobil telefon və kompüter vasitəsilə ürək-damar xəstəliklərinin başlanğıcının gizli dövrünün monitorinqi aparılacaq".

Bu barədə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev məlumat verib. O bildirib ki, ürək-damar xəstəliklərinin başlanğıcının gizli dövrünün monitorinqi sistemi artıq noutbuklarda həyata keçirilib və hazırda işləyir. T.Əliyevin sözlərinə görə, yeni sistem nümayiş olunandan sonra böyük marağa səbəb olub: "Bu variant hətta reanimasiya xəstələrinin vəziyyətinə nəzarət etmək üçün hazır vəziyyətə gətirilib. Bu variantı mobil telefon vasitəsilə həyata keçirmək üçün hazırlıq işləri görülür və yaxın vaxtlarda həll edilərək başa çatdırılacaq.

Yeni sistemə Polşadan çox böyük maraq göstərildiyini deyən T.Əliyev qeyd edib ki, bu ölkənin Biokibernetika İnstitutu bu texnologiyanı onlarla birgə işləmək üçün müraciət edib: "Biokibernetika İnstitutu kardioqramların analizində bizim texnologiyadan istifadə etmək üçün müqavilə təqdim edib və razılıq vermişik. Yaxın vaxtlarda iki qurum arasında birgə elmi əməkdaşlıq barədə müqavilə imzalanacaq. Bundan əlavə, İtaliya, İspaniya, İngiltərə, Rumıniya kimi ölkələrdən mobil telefonla aparılan işi birgə görmək üçün bizə müraciət olunub. Litva öz klinikalarında bu texnologiyanı tətbiq etmək istəyir. Onlarla da danışıqlar aparılıb və müvafiq işlər görüləcək. Bu layihəni xarici dövlətlər Avropa Birliyi ilə birgə layihə kimi təqdim etmək istəyirlər. Bununla da Azərbaycanda ilk dəfə olaraq hazırlanan böyük layihə dünya birliyinə çıxacaq".

İnstitut direktoru qeyd edib ki, ölkədə kardiologiya üzrə çox böyük işlər görülür, amma bu sahədə mobil telefondan istifadə edilməsi barədə elmi-tədqiqat işləri aparılmır: "Bu tədqiqatlar Kibernetika İnstitutu tərəfindən aparılır. Yəqin ki, gələcəkdə bu fəaliyyəti birləşdirəcəyik. Yeni yaradılan sistem mobil telefonun öz sahibini kardioloji cəhətdən monitorinq etməsinə imkan verir. Bu sistem dünyada yoxdur və ilk dəfə olaraq Azərbaycanda yaradılıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 832   Tarix: 21 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008