Davosda yüksək rütbəli qonaqları qarşılamaq üçün otel savaşı

Davosda yüksək rütbəli qonaqları qarşılamaq üçün otel savaşıBiG.AZ virtualaz.org - a istinadən xəbər verir ki, İsveçrədə nəşr edilən "Sonntags Zeitung" qəzetinin yazdığına görə, hər il olduğu kimi bu il də Davosdakı otellər dünyanın hər yerindən gələn yüksək rütbəli qonaqları qəbul etmək üçün bir-birləri ilə yarışırlar. Bir neçə həftə əvvəl açılan "İnterContinental Credit Suisse" Davosda ən dəbdəbəli və təbii ki, ən bahalı otel hesab olunur. Lakin bu il bir-birinin ardınca açılan yeni otellər də onunla ciddi rəqabətə girib.

Qəzet yazır ki, buna baxmayaraq Davosdakı otellərdən ABŞ dövlət katibi Con Kerrini ancaq biri qonaq edə biləcək. Eləcə də son 10 ildə ilk dəfə Davos forumuna qatılacaq İran prezidentinin qala biləcəyi tək otel var.

Məlum olub ki, ABŞ dövlət katibi Con Kerri "Grand Hotel"də qalacaq. Artıq 10 günə yaxındır ki, onlarla təhlüksizlik əməkdaşı otelin pilləkənləri ilə aşağı-yuxarı qalxır, hər şeyi yoxlayırlar. Həmçinin Britaniyanın indiki baş naziri Devid Kemeron, keçmiş baş naziri Toni Bleyer, "Microsoft" prezidenti Bill Geyts və digər nüfuzlu qonaqlar da bu oteli seçiblər.

İran nümayəndə heyətinin hansı oteldə qalacağı isə hələ məlum deyil. Ən azından iranlıların 4 ulduzlu "Seehof" otelində qalmayacaqları dəqiqdir. Çünki bu oteldə İsrail nümayəndə heyəti qalacaq. İsraildə büdcəyə qənaət etmək üçün hökumət sərt tədbirlər gördüyündən Davos forumuna qatılacaq nümayəndə heyəti nisbətən ucuz oteldə yer sifariş verib.

Davosda yeni istifadəyə verilən otellərdən biri də 5 ulduzlu "Flüela Rixos"dur. Türkiyənin "Rixos" otellər şəbəkəsinə daxil olan bu oteldə son tamamlama işləri gedir. Baxmayaraq ki, Davos forumunun açılışına bir neçə gün qalıb. "Biz Davosda ən dəbdəbəli otel olmaq istəyirik" deyə "Rixos" qrupunun inkişaf üzrə meneceri Gökhan Sarper deyir. Bu otelin qonaqları arasında təbii ki, Türkiyənin xarici işlər naziri olacaq. Azərbaycan prezidenti İlham Əliyev də bu otelin qonaqları arasındadır.

Qeyd edək ki, rəsmi məlumat verilməsə də İlham Əliyevin yanvarın 22-dən 25-dək İsveçrədə keçiriləcək Ümumdünya Davos İqtisadi Forumunda iştirakı gözlənilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 441   Tarix: 18 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925