Mixail Şumaxer haqqında maraqlı faktlar

Mixail Şumaxer haqqında maraqlı faktlarBiG.AZ banker.az-a istinadən bildirir ki,Hal-hazırda Mixail Şumaxer xəstəxanadadır və onun səhhəti haqqında yalnız həkimlər və onun ailəsi məlumatlıdır. Xəstəxananın rəhbərliyi rejimi dəyişərək daha hər gün press konfranslar keçirmir və klinikaya KİV-in əməkdaşlarının girişi məhdudlaşdırılıb.

Qeyd edək ki, Mixail Şumaxer Fransada xizək sürən zaman ciddi kəllə-beyin travması almışdı. İdmançını onun şlemi xilas edib. Zərbə nəticəsində şlem iki yerə bölünmüşdü. Hal-hazırda Şumaxer Qrenobldə xəstəxanadadır və ona artıq iki əməliyyat ediblər.

Böyük avtomobil yarışçısının həyatından sizə maraqlı faktları təqdim edirik
və ona qısa bir zaman ərzində səhhətinə qovuşmağı arzu edirik.

Mixail Şumaxer 1987-ci ildə anadan olub.

Mixailin tarixçəsi Kerpen şəhərində başlayır. Valideynləri onu kartinq klubuna yazdırır. Altı yaşında Şumaxer uşaqlar üçün ilk kartinq turnirində qalib olur. Və yeni sinifə keçmək üçün ona yarışçı lisenziyası lazım idi. Almaniyada o lisenziyanı 14 yaşından yuxarı insanlara verirdilər. Buna görə lisenziyanı Şumaxer Lüksemburqda almalı olur. 14 yaşına çatdıqda o Almaniyaya qayıdır və gənclər arasında kartinq üzrə Almaniya çempionu olur. 1989-cu ildə gənc Şumaxer menecer Villi Veberin diqqətini çəkir.

2008-ci ildə futbol üzrə İsveçrə assosiyası Şumaxeri 2008-ci ildə keçirilən futbol üzrə Avropa çempionatına İsveçrənin təmsilçisi kimi göndərir.

2010-cu ilin 14 noyabrında Abu-Dabidə Qran-pridə Şumaxer ilk dönmədə qəza edir. Lakin o, xəsarət almır.

Bir çox ölkələrdə Şumaxerin soyadı ümumişlək sözə çevrilib. Virtuoz və yaxud risk etməyi sevən sürücüləri şumaxer adlandırırlar.

Jan Todt və Mixail Şumaxer "Osteriks və Obeliks Olimpiada oyunlarında" filmində çəkiliblər. Bu filmdə, təbii ki, onun arabası qırmızı rəngdə idi.

2003-cü ildə "Formula-1" yarışlarının final mərhələsindən sonra Mixail Şumaxer öz altıncı – rekord sayda çempionluq titulunu qeyd etdi.

Şumaxer siqarlardan istifadə etməyi çox sevir. Siqarlar onun uğur atributudur.

Mixail F-1 pilot komandasının tərkibində futbol oynayır.

"Formula- 1"-in iştirak etdiyi ilk sezonda Şumaxer hər kəsi təəccübləndirərək yarışlardan öncə və sonra fiziki məşğələlərlə məşğul olur.
Şumaxer həmçinin tennis oynamağı, səhər qaçmağı, velosiped sürməyi də çox sevir.

2002-ci ilin ABŞ Qran–prisində Mixail Şumaxer bütün yarışlarda liderlik edir, finişdə isə öz komanda yoldaşı Rubens Barrikellonu gözləyir. Nəticədə Rubens Şumaxeri 0,011 saniyə qabaqlayır. Bu sezon Kral yarışları tarixinə düşür. Trassda Mixail mümkün olan bütün rekordları qırır. Ən təsiredici rekord Mixailin podiuma qalxması idi. O, sezonun bütün 17 yarışlarında qalib çıxaraq podiuma qalxırdı.

2010-cu ildə qayıdandan sonra Şumaxer yalnız bir dəfə podiuma qalxa bilmişdi. 2012-ci ildə Valensiyada 12-ci yerdən start götürərək üçüncü yeri tutur.

Trassda ən böyük nailiyyətini Şumaxer 2012-ci ildə Monakoda göstərir. Bütün rəqiblərini ötən Mixail 5 mövqeydə cərimə almışdı.

Mixail Şumaxerin ilk avtomobili FIAT 500 olub.

Formula-1 yarışlarının ən məşhur pilotu Şumaxerdi. 2013-cü ilin iyun ayında yayımlanmış məlumatlara görə, o, 308 Qran –pridə iştirak edib və qalibiyyətlər sayı üzrə dünyada ilk yeri tutur.

Bundan savayı, Şumaxer bir sezon daxilində ən çox qalib gəlmə faizinə sahibdir (2004-cü ildə 72% və 2002-ci ildə 65%).

Mixail sığorta şirkəti ilə müqavilə bağlayaraq öz həyatını 90 milyon avro qiymətinə sığortalayıb. Müqavilənin şərtlərinə görə, əgər Mixail Şumaxer fiziki məhdudiyyətlik qazansa, o, 20 milyon dollar alacaq. Əgər Şumaxer vəfat etsə, onu yoldaşı və iki uşağına 10 milyon dollar veriləcək.

1999-cu ildə bütün dünyanı bir xəbər bürüyür – Mixail Şumaxer qəzaya düşüb,onun sağ ayağı iki yerdən sınıb. Bu isə Şumaxerin bir də heç vaxt oynaya bilməyəcəyi demək idi. Lakin Mixail qayıdır və karyerasının bitmədiyini sübut edir. Bu anda onu onun ailəsi – valideynləri, yoldaşı və qızı dəstəkləyir.

Düzdür, o dövrdə Şumaxerin yoldaşı Korinna təşvişə düşür və bu şəraitdə, daim risk altında yaşayaraq, ikinci uşaq haqqında fikirləşmək istəmədiyini bəyan etmişdi. Lakin bu Korinnanın nadir halda göstərdiyi emosiyalar idi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1648   Tarix: 16 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476