Uşaqların irsi xəstəliklə doğulmasının qarşısı alınacaq

Uşaqların irsi xəstəliklə doğulmasının qarşısı alınacaqAzərbaycanda molekulyar-genetik laboratoriya yaradılacaq

Azərbaycanda molekulyar-genetik laboratoriyanın yaradılması ilə bağlı danışıqlara başlanılıb.

Bu barədə ailem.az-a Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova bildirib. Onun sözlərinə görə, hazırda bununla bağlı İtaliya alimləri ilə danışıqlar aparılır: "Biz istəyirik ki, italyan alimlər Azərbaycanda molekulyar-genetik laboratoriyanın yaradılması işində bizə kömək etsinlər. Onlar burada skrininq müayinələr aparsınlar, talassemiya və hemofiliya xəstəliyinin daşıyıcılarını müəyyən etsinlər".

G.Hüseynova qeyd edib ki, bundan sonra assosiasiya tərəfindən tədbirlər planı hazırlanacaq və orada laboratoriyanın yaradılması ilə bağlı təkliflər öz əksini tapacaq.

Assosiasiya rəhbəri hesab edir ki, genetik müayinələr dövlət hesabına və pulsuz olmalıdır: "Sağlam ailələrin qurulması üçün gənclərin evlilikdən əvvəl genetik müayinədən keçmələri vacibdir. Azərbaycanda genetik müayinələrin aparılması üçün lobaratoriya mövcud deyil. Bəzi özəl klinikalar onlarda belə müayinələrin aparıldığını deyirlər. Amma biz monitorinq aparmışıq və məlum olub ki, bu klinikalarda aparılan müayinələr lazımi səviyyədə deyil. Bu isə o deməkdir ki, Azərbaycanda nə dövlət müəssisələrində, nə də özəl klinikalarda genetik müayinələr aparılmır"

G.Hüseynova onu da bildirib ki, qohum nikahlar genetik xəstəliklərə təsir göstərən əsas amillərdən biridir: "Qohum nikahlar ailədə xəstə uşaqların dünyaya gəlmə etimalını artırır. Amma bu, o demək deyil ki, qohum nikah baş tutubsa, mütləq o ailədə xəstə uşaq doğulacaq. Yox, bu, olmaya da bilər. Burdan da belə fikir formalaşır ki, filan qohumlar ailə qurdu, xəstə uşaq dünyaya gəlmədi, bizdə də heç nə olmaz. Bu, düz fikir deyil və qohum nikahların başlanması ailəni riskə atır".

Onun sözlərinə görə, Azərbaycanda qohum nikahların sayı cənub bölgəsində, Lənkəran, Astara, Masallı rayonlarında daha çoxdur və irsi qan xəstəlikləri ilə müşayət olunur: "İrsi qan xəstəliklərinin yaranmasının əsas səbəbi kimi qohum nikahlar göstərilir. Bunlar, talassemeya və hemofiliya xəstəliklərdir. Hemofiliya erkən yaşlardan başlayaraq vaxtaşırı davam edən qanaxma və qansızmalarla müşahidə edilən irsi qan xəstəliyidir. Onun əsas əlamətləri oynaqlar və əzələ daxilindəki qansızmalardır. Qansızmalar nəticəsində hərəkət və dayaq sistemində yaranan ciddi pozuntular xəstələrin erkən yaşlarında əlil olmasına gətirib çıxarır. Eyni zamanda, xəstəlik uşaqlarda ölüm təhlükəsi riskini artırır".

Bakıda bu xəstələrə daha çox qəsəbələrdə rast gəlindiyini deyən G.Hüseynova qeyd edib ki, hemofiliyalı xəstələr Buzovna qəsəbəsində çoxluq təşkil edir: "Ona görə ki, həmin qəsəbədə hələ də qan qohumları arasında nikahlar davam edir. Aparılan təbliğatlar və maarifləndirmə işləri demək olar ki, heç bir nəticə vermir".

G.Hüseynova onu da qeyd edib ki, qohum nikahlardan dünyaya gələn uşaqlarda nevroloji xəstəliklər də müşahidə olunur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 799   Tarix: 09 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Saç tökülməsi sizi qorxutmasın - ÇARƏ TAPILDI

Saçlarınızın tökülməsi sizi narahat edir? "BLACK SERUM" saç losyonu ilə bunun qarşısını almaq indin daha rahatdır. - Saç tökülməsinin qarşısını alır. - Yeni tüklər əmələ gətirir. - Saçlar daha tez uzanır. - Saçda kəpəyin qarşısını alır. - Saç yağlığını aradan qaldırır. - Saç tökülm

08.09.2021 598
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311