Cavanşir Məmmədov haqqında gəzən şaiələrə aydınlıq gətirdi

Cavanşir Məmmədov haqqında gəzən şaiələrə aydınlıq gətirdiCavanşir Məmmədov səhnədən gedirmi?
BiG.AZ gecce.az-a istinadən xəbər verir ki, müğənni Xəzər kanalında yayımlanan "Telemaqazin" verilişində açıqlama verib. 2014-cü ildə heyranlarını gözləyən yeniliklərindən danışan Əməkdar artist klip çəkdirməklə arasının olmadığını deyib. Sənətin klipdən asılı olmadığını söyləyən ifaçı: "Mən klipə meyilli olmamışam. Klip reklama görədir. Klip mənim sənətimdə, yaradıcılığımda o qədər də rol oynamır".

Hesabat konserti verəcəyini deyən ifaçı: "1988-ci ildən bu günki günə qədər elə aylar olub ki, 30 konsert vermişəm. Mənim hər gün idarə etdiyim toy bir konsertdir. Mənim Azərbaycan səhnəsində, toy-nişanında öz xüsusi yerim var. Durub konsert versəm, onun yarısı mənim dostlarım, qohumlar, tanışlar olacaq. Belə çıxır ki, mən öz yaxınlarıma konsert verirəm. Kənardan da onun yarısı qədər adam gəlsin. O adamlar da kimlər olacaq? Hansı insanlar ki, övladının toylarını, ad günlərini etmişəm. Onlar da bilirlər ki, mənim repertuarım nədir. Lap deyək ki, 500-1000 nəfər də tanımayanlar olsun. Düşünürsən ki, mən bu konsertdə zəhmətimin haqqını əldə edə biləcəyəm, ya yox? 1983-cü ildən bu günə kimi İspaniya, İtaliya, Türkiyə, Frasa, Malta, Misir, Tunis, Yəmən, Belgiya, Hollandiya, Amerika, Dubay, İngiltərə və başqa xarici ölkələrdə konsertlərim olub ki, mən onlardan xeyir götürməmişəm" .

Cavan müğənnilərin də oxumasına münasibət bildirən sənətçi gənclərə dəstək olub: "Gənclər oxuyur, düz edirlər. Aralarında yaxşıları da var, orta oxuyanı da, zəifləri də. Düzələcək. Hamı müğənni doğulmayıb ki? Bir məsələ var orda. Bir var ehtiyac üzündən gəlmək, bir də var istedadlı. İstedadlı insanla digərləri arasında fərq var. İnsanların düşüncə tərzi, istəkləri müxtəlifdir. Belə şeylərə pis baxmaq lazım deyil. Gənclərə yer verilməlidir".

Səhnədən gedəcəyi ilə bağlı haqqında gəzən şaiələrə aydınlıq gətirən müğənni: "Mən elə bir söz deməmişəm. Mən niyə getməliyəm ki, bu sənətdən? Heç elə söz mənim ağzımdan çıxmayıb. Müəyyən bir məsələ var idi, ona görə Füruzə xanım demişdi. Onu da qoymaram getsin. Bizə o, sənətdə çox lazımdır. Belə sənətkarları itirmək olmaz".

Yaşlı nəslin də sənətdən getməsinə münasibət bildirən müğənni: "Yaşa dolduqca niyə səhnədən getməlidir ki? Mətni düz oxumursa, mahnının sözlərin düz tələffüz etmirsən? Səhvlər var, düzəltmək lazımdır ki, gələcək nəslə səhv çatmasın".

Gənc bəstəkarlardan mahnı ifa etməyə münasibət bildirən müğənni mahnıları kəmiyyətinə görə yox, keyfiyyətinə görə seçdiyini deyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2136   Tarix: 12 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054