Pul və insan

Pul və insanBiG.AZ banker.az-a istinaden bildirir ki,pul insana nədən ötrü lazımdır? O, bizim həyatımızda hansı rolu oynayır? Bu sualın cavabı hamı üçün müxtəlif ola bilər. Bəziləri üçün – bu yaşama, sağ qalma vasitəsi, digərləri üçün qarşıya qoyulmuşməqsədlərə nail olmaq üsulu, digər bir qrup üçün isə həyatın ən vacib tərkib hissəsi, elə məqsədin özüdür. Amma insan və pullar həmişə yanbayan gedirlər.

Pul yaxşı qulluqçu, lakin pis ağadır.
Frensis Bekon

Hər bir kəsin pul qarşı münasibəti olduqca individual, fərdidir. Biz pulları, sevsək və sevməsək də müəyyən dərəcə də ondan asılıyıq. Hətta demək olar ki, onlar müəyyən mənada bizi özlərinə tabe edirlər. Ilk baxışda insan və pul anlayışları tamamı ilə fərli görünür, amma əslində onlar kifayət qədər yaxındırlar.

Pulların danılmaz və özünəməxsus gücü bizim zəmanəmizin insanlarını zəhmət çəkməyə və daha çox pul qazanmaqdan ötrü çalışmağa vadar edir. Əvvəllər pul qazanmaq yolları daha az idi. İndi isə əgər böyük istək olarsa və siz öz bacarıq və qabiliyyətlərinizi lazımı məcraya yönəldə bilsəniz, böyük maliyyə uğuruna nail olmaq mümkündür. Xüsusən də nəzərə alsaq ki, bizim zamanda pul qazanmaq üsulları olduqca fərqli və rəngarəngdir.

Əlbəttə ki, tamamı ilə əminliklə demək olmaz ki, pul qazanılması – kifayət qədər asan tapşırıqdır və istənilən insan bunun öhdəsindən asanlıqla gələ bilər. Heç bir səy göstərmədən pul qazanmağın mümkünlüyü haqqında şayiələr isə sadəcə cəfəngiyatdır. Axı "Allahdan buyruq, ağzıma quyruq" deyə bir şey yoxdur və "Halva-halva deməklə ağız şirin olmaz". Ona görə də əgər siz həqiqətən də qarşınıza sanballı məbləğdə pul qazanmaq məqsədi qoymusunuzsa, onda ciddi şəkildə əziyyət çəkməlisiniz.

Əbəs yerə demirlər ki, "pullar tənbəlləri sevmir". Ona görə də hər hansı iz işə başlamazdan əvvəl, öz bacarıqlarına aydınlıq gətirmək, özünün başlıca istedadını və xüsusiyyətlərini üzə çıxarmaq lazımdır. Iş hər bir insan üçün sevimli məşğuliyyətə çevrilməlidir. Yalnız bu təqdirdə o, həm yaxşı pul, həm də mənəvi məmnuniyyət bəxş edəcək. Bu isə, zənnimcə, bizlərdən hər birinin can atdığı hədəfdir.

Gəlin razılaşaq ki, nə qədər deyilsə də ki, "pul əl çirkidir, pul –şərdir və həyatda heç də hər şey pul deyil", onlarsız yenə də çətin və darıxdırıcıdır. Təbii ki, öz hədəf və arzularının pikinə yalnız maddi dəyərlərin əldə edilməsini qoymaq lazım deyil. Amma ümumiyyətlə də onları yaddan çıxarmağa dəyməz.

İndi əminliklə demək olar ki, pul və insanlar daima bir-biri ilə qarşılıqlı əlaqədə olurlar. İstənilən halda onlar bizim mövcudluğumuzu davam etdirmək üçün zəruridirlər və bizin həyatımızda ən vacib rollardan birini tuturlar.
Pul haqqında aforizmlər

Pulların səpildiyi yerdə təmizliyə riayət etmək çox çətindir.
(Eduard Servus)

Çox pul haramsız, çox söz yalansız olmaz.
(Yunus Əmrə)

Pul heç də dünyada ən önəmli şey deyil. Ən önəmlisi sevgidir. Xoşbəxtlikdən mən pulları sevirəm.
(Ceki Meyson)

Sizin dərinizin nə rəng olduğunun heç bir fərqi yoxdur. Məna daşıyan yeganə rəng yaşıldır.
(Amerikan atalar sözü)

Əgər siz pulun dəyərini anlamaq istəyirsinizsə, onları kiməsə borc verin.
(Bencamin Franklin)

Son çay quruyanda, son ağac yox olanda, son balıq öləndə ağ insanlar pulun yeyilməyən bir şey olduğunu anlayacaqlar.
(Atalar sözü)

Pul dəniz suyuna oxşayır; nə qədər çox içsən, o qədər çox susayırsan.
(Artur Şopenhauer)

Pul hər qapını açar, heç vaxt kilidləməz.
(Fredrix Engels)

Pulsuz sülh olmaz.
(Uinston Çörçill)

Dünyanın ən yoxsul insanı puldan başqa heç nəyi olmayandır.
(Artur Şopenhauer)

Əgər siz banka 100 dollar borclusunuzsa, o sizin şəxsi probleminizdir; əgər siz banka
100 milyon dollar borclusunuzsa, bu, artıq bankın problemidir
(JP Getty)

"Pul hər şeyi edər" deyən adam, pul üçün hər şeyi gözə alan adamdır.
(Bencamin Franklin)

Pul və insan arasında münasibətlər qarşılıqlıdır: insan pulun saxtasını düzəldər, pul da insanın.
(Bencamin Franklin)

Pul-qızıldan düzəldilmiş azadlıqdır.
(Erix Mariya Remark)

Varlanmaq üçün iki şey lazımdır: işləmək və qənaət etmək.
(Bencamin Franklin)

Pullu insanlar üç cürdür: pulunun köləsi olanlar, pulunun dostu olanlar və pulunun ağası olanlar.
(Deyl Karnegi)

Var-dövlət qayğılarımızı azaltmır, sadəcə bir qayğını digəri ilə əvəz edir.
(Epikür)

İki cür insan – bir çox kasıb, bir də çox varlı – pulun qədrini bilməz.
(Ernst Toller)

Pul bir heçliyi belə birinci yerə gətirən yeganə yoldur.
(Fyodor Dostoyevski)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2008   Tarix: 03 yanvar 2014  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI

Amerikada ənənəvi bir şam ağacının qiyməti orta hesabla 30-150 ABŞ dolları arasında dəyişir. Lakin bəzən bəzi şəhər və müəssisələr Yeni il ağaclarını bəzəmək və nümayiş etdirmək üçün milyonlarla dollar xərcləyirlər. BİG.AZ -a istinadla qiyməti 1 milyon dollardan artıq olan bu 10 ağacı təqdim edir. 10

09.12.2025 569
.

Niyə pəncərə kənarında yatmaq zərərlidir?

Bəzən tam 8 saat yatmaq belə gümrah olmağınıza zəmanət vermir: insan oyananda özünü gücdən düşmüş, başı ağır, sanki ümumiyyətlə dincəlməmiş kimi hiss edir. bununla bağlı məlumatları təqdim edir:. Ən az nəzərə çarpan, amma çox yayılmış səbəblərdən biri yatağın düzgün yerləşdirilməməsidir xüsusilə də

07.12.2025 246
.

Göz sağlamlığı üçün faydalı təbii qidalar

Qeyri-sağlam qidalanma və ekoloji amillər bütün orqanlara, o cümlədən, gözlərin sağlamlığına mənfi təsir göstərir. Son vaxtlar bioaktiv qidalara tələbat olduqca artmaqdadır. Bitki mənşəli bioloji aktivliyə malik həmin məhsullar kapsul, tablet, toz, sirop və digər formada hazırlanır. Ona görə də gözlə

09.12.2025 478
.

Evdə halva bişirmək bədniyyətlikdir? -VİDEO

Azərbaycan mətbəxi öz zənginliyi və ləziz taamları ilə dünyada seçilir. Bu mətbəxin ən sevilən şirniyyatlarından biri isə halvadır. Lakin bəzi insanlar bu şirniyyatı istədiyi zaman bişirə və ən əziz qonaqlarının qarşısına təqdim edə bilmirlər. Buna səbəb isə illərdir halvanın xalq arasında yaranmış inancl

30.11.2025 396
.

Azərbaycanda gəlinə kilolarla qızıl taxdılar - VİDEO

Azərbaycanda keçirilən toy mərasimində gəlinə kilolarla qızıl bağlanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşılan görüntülərdə gəlinin qollarına və boynuna çox sayda ağır və bahalı zinət əşyalarının taxıldığı görünür. Kadrlarda qızılların çəkisinin çoxluğu səbəbində

07.12.2025 1929
.

Ekrana zərər vermədən televizoru necə təmizləmək olar?

Müasir televizorlar əvvəlki modellər qədər toz çəkməsə də, ekran yenə də gözləniləndən tez çirklənir. Toz yalnız təsvirin keyfiyyətini aşağı salmır, həm də cihazın korpusunun içinə düşdükdə işinə təsir edə və xidmət müddətini azalda bilər. Buna görə ekranın müntəzəm təmizlənməsi vacibdir. Ekranı nə il

07.12.2025 427
.

Həkimlər evə yolladı, süni intellektdən soruşdu - dərhal xəstəxanaya qaçdı

Norveçdə yaşayan 49 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxananın Təcili yardım şöbəsinə müraciət edib. İlkin müayinədən sonra həkimlər onun vəziyyətinin ciddi olmadığını bildirərək mədə turşuluğuna qarşı dərman yazıb evə göndəriblər. Lakin ağrıları səngiməyən xəstənin həyatını bu dəfə süni intellek

07.12.2025 587
.

Dekabrda dörd gün DƏFNƏ YARPAĞI YANDIRIN: Həyatınızın necə dəyişdiyini görün...

Dəfnə yarpağı uğur, sərvət və mənfilikdən qorunma ilə əlaqələndirilir. Dəfnə yarpağı sadəcə kulinariya ədviyyatından daha çox şeydir. BİG.AZ -a istinadla xəbər verir ki, qədim Yunanıstan və Romada dəfnə qaliblərə, şairlərə və hərbi liderlərə şərəf, müdriklik və mənəvi güc əlaməti olaraq tac qoymaq üçü

07.12.2025 588
.

101 yaşlı təqaüdçü idman zalında hər gün iki saat məşq edir

İspaniyada 101 yaşlı təqaüdçü idman zalında hər gün iki saat qantellərlə məşq edir. xəbər verir ki, bu barədə "Daily Mail" yazır. İspaniyanın Bisaina şəhərindən olan İnyaksi Lasa ikinci dünya müharibəsindən, döş xərçəngindən, iki omba sınığından, göz əməliyyatından və COVID-19-dan sağ çıxıb

30.11.2025 412
.

TOP MP3