Hepatit C

Hepatit CHepatit C eyni adla xatırlanan (Hepatit C virusu) virusla bağlı inkişaf edən xəstə- likdir. Xəstəlik uzun müddətə qaraciyəri zədələyir və qaraciyər sirrozunun inkişafına səbəb olur. Virus 1989-cu ildə kəşf edilmişdir. Bilinmədiyi dövrlərdə, hadisələr hepatit A və hepatit B ye bənzədiyindən bu xəstəlik non A- non B hepatiti (A və B ye bağlı olmayan) adı ilə xatırlanmaqda idi.
Hepatit C qan məhdud infeksion xəstəlikdir. Qaraciyəri yoluxdurur və qaraciyər alovlanmasının hepatitini əmələ gətirir. Əksər hallarda simptomları müşahidə olunmur, ancaq xroniki hepatiti izləmək mümkündür. Xəstəliyin sonrakı gedişi qara ciyərin liflərinin dağılması qaraciyər sirrozu ilə nəticələnir. Hepatit C virusu (HCV) qan vasitəsilə yayılır. C hepatitinə qarşı heç bir vaksin yoxdur. İnfeksiyanın simptomları tibbi baxımdan idarə edilə bilər və pasientlərin proporsiyası antivirus dərmanlarının uzun kursu ilə virusdan təmizlənilə bilər. Erkən tibbi müdaxilə faydalıdır, HCV infeksiyası ilə adamlar tez-tez mülayim simptomları yaşayır və buna görə də müalicə haqqında fikirləşmir. Ehtimal olunur ki, dünyada 150-200 milyon adam C Hepatiti ilə yoluxmuşdur.
Hepatit C virusu altı tanınmış hepatit viruslarındandan biridir: A, B, C, D, E, G.
1970-ci illərin ortalarında Səhiyyə İnstitutunun İnfeksion Xəstəlik- lər Bölməsinin Rəhbəri Harvi J. Alter və onun tədqiqat komandası nümayiş etdi ki, əksər hepatit xəstələrində xəstəlik törədiciləri hepatit A və B deyil. Bu kəşfə, beynəlxalq elmi-tədqiqat işi virusu tanımaq üçün, qeyri A,B hepatiti adlandırdı (NANBH).
2000-ci ildə, həkimlər Alter və Houghton virusun kəşfinə görə qabaqcıl iş üçün Klinik Tibbi Tədqiqat Lasker Mükafatı ilə təltif olundu hansı ki o C hepatitini növlərə ayırmağın metodlarını və virusu aşkara çıxartmışdır. Eyni zamanda ABŞ-da qan köçürmədə virusun yayılmasının 30% qarşısının almışdır.
Qaraciyər sirrozu və qaraciyər xərçəngi hepatit C virusunun təsirindən yarana bilir. Birinci faza 6 ay müddətinə çəkir. 60 70% xəstələrdə heç bir simptom müşahidə olunmur. Bəzi hallarda pasiyentlərdə kəskin hepatitə da rast gəlinir. Kəskin hepatit C infeksiyasının simptomlarına iştahanın azalması, yorğunluq, qarın boşluğunda ağrılar, sarılıq və qripə bənzər simptomlar aiddir.
Hepatit C virusu adətən ilk 1-3 həftə ərzində qanda tapılır.Anticisimlər qanda 3-12
həftə ərzində tapılır. 15-40% şəxslərdə kəskin fazada qaraciyərin yüksək fəallığı nəti-cəsində bu virusun spontan təmizlənməsi baş verir. 60-85% Hepatit ilə yoluxmuş pasientlər C xroniki hepatitini inkişaf etdirir və infeksiya 6 aydan çox davam edir. Əvvəlki praktikada əgər xəstə öz-özünə təmizlənərdisə müalicə etmək məsləhət görülmürdü. Son tədqiqatlar göstərirki, genotipin kəskin fazasında müalicəyə sərf olunan vaxt 90% hallarda xroniki xəstəlik fazasında sərf olunan vaxtdan 2 dəfə azdır və bu zaman virusun böyük əksəriyyətinin təmizləmək mümkündür. C xroniki hepatiti altı aydan çox davam edən hepatit C virusu infeksiyası kimi müəyyən edilir. Bu əksər halda simptomsuzdur və bu əsasən təsadüfən aşkar edilir.
Xəstəliyin klinikası hər insanda müxtəlif cür olur. Ümumi simptomlara isə yorğunluğu, çəkinin azalmasını, qripə bənzər simptomları, əzələ ağrısını, oynaq ağrı- sını, dayanıqsız aşağı hərarəti, qaşınmanı, həyəcanlanmanı, qarın ağrısını xüsusilə yuxarı sektorda, iştaha dəyişikliklərini, ürək bulanmasını, diareya, mədə pozğunluğu, idrak dəyişiklikləri, depressiya, başağrıları və əhval-ruhiyyənin pozulmasını misal göstərmk olar.
Hepatit virusları xırda (50 nm ölçüdə), RNT tərkibli viruslara aiddir. Bu Flaviviridae ailəsindən hepacivirus növünün tək üzvüdür. Hepatit C virusunun altı əsas genotipi var - hansı ki rəqəmlə (məsələn, genotip 1, genotip 2 və s.) göstərilir.
Hepatit C ilə yoluxma:
Virus qaraciyərdə və qanda tapılar. Əsas bulaşma yolu qanladır. Məsələn, iki adam eyni iynəni istifadə etsələr yoluxma ola bilər. Bunun ən məşhur şəkli narkotik istifadəsidir. Digər bir yoluxma yolu qan nəqlidir. Bir adama, Hepatit C virusu daşıyan bir adamın qanının verilməsi kimi. İndiki vaxtda edilən testlər ilə bu artıq tamamilə qeyri-mümkün kimidir. Ancaq, 1990-cı iln əvvəli xəstəlik bilinmədiyindən, və diaqnoz testləri olmadığından, bu dövrdə edilən qan nəqlləri risk daşıya bilərdi. Virus tüpürcək, sidik, semen kimi bədən mayelərində tapılmaz. Bu səbəblə cinsi əlaqə əsnasında bulaşma nadirdir. Bədən mayelərində virus olması üçün bu mayelərə bir şəkildə qan qarışması lazımdır (Məsələn: diş ətində qanama...). Virus mensturasiya qanında olur. Bu dövrdə olan cinsi əlaqə yoluxma baxımından risklidir (qanın açıq bir yaraya bulaşması ilə). Eyni iynə istifadə edilərək edilən peyvəndlər, döymə və s. kimi əməliyyatlar yoluxucu ola bilər. Eyni təraş bıçağı və diş fırçasını istifadə etmək, bunların qan ilə təmas etməsi ehtimalı səbəbi ilə yoluxucu ola bilər. Hepatit C əlamətləri ürək bulanması, aşağı səviyyədə tempratur, qarın bölgəsi və qaraciyərin virus olan qisminin zəifliyi və həssaslığı, tədricən görünən sarılıq, qusma və halsızlıq şəklindədir. Bu əlamətlər atipik olduğu qədər, əvvəl də deyildiyi kimi xəstəlik fakto- runun alınmasından çox uzun zaman sonra da ortaya çıxa bilir. Cinsi yolla Hepatitin ötürülmə riski cəmi 5%-dir.
Hepatit C -də hazırlayıcı faktorlar yəni Hepatit C infeksiyasına uyğun hala gəlmə sinə səbəb olan faktorlar aşağıdakılardır.
* Çox və davamlı heyvani mənşəli zülal və yağ qəbulu,
* Spirt istifadəsi,
* Siqaret istifadəsi,
* Qeyri-kafi tərəvəz və meyvə istehlakı,
* Qida və fərdi gigiyenaya diqqət edilməməsi.
Hepatit C əgər müalicə edilməzsə sirroz, qaraciyər xərçəngi və ölümə səbəb olar.

Hepatit C qaraciyəri zədələməklə yanaşı bədəndə dəri, böyrəklər, tüpürcək vəziləri, göz və revmatizmə yol aça bilər.
Hepatit C anadan 6% ehtimalla körpəyə keçər. Əgət anada AİDS varsa hepatit C nin yoluxma faizi dahada yüksələr.
Eyni evdə yaşayan kəslərdə Hepatit C-nin yoluxması çox sıx görülən bir vəziyyət deyil, ancaq eyni qaşıq, çəngəl və stəkandan istifadə etmək yoluxma baxımından riski son dərəcə artırar. Əhəmiyyətli olan bu saydığımız əşyalardan eyni istifadənin qarşısının alınmasıdır. Bunların xaricində eyni evdə yaşamaq yoluxma baxımından yüksək risk daşımaz. Hepatit C anadan uşağa əmizdirmə yolu ilə keçə bilməz ancaq ananın səd vəzisində qanama və infeksiya olmamalıdır.
QEYD: HEPATİT C-Lİ XƏSTƏLƏRİN 10%-İNDƏ YOLUXMA SƏBƏBİ MƏLUM OLMAMAQDADIR.
Xəstəliyin inkubasion dövrü: Hepatit C nin inkubasion müddəti 2 həftə ilə 6 ay arasıdan dəyişən bir müddətdir. Ancaq bu gün tibb nəşrlərində xəstəliyin hansı dövründə və nə qədər müddətə yoluxucu olduğu bilinmədiyindən xəstəlik müəyyən edildiyində digər insanlara yoluxmaması üçün adamın xəbərdar edilməsində böyük fayda vardır.
Hepatit C-nin diaqnozu: Hepatit C ye diaqnoz qoymaq üçün müxtəlif analizlər vardır. Daha əvvəl də ifadə olunduğu kimi xəstə bir sıra əlamətlərlə həkimə müraciət etdiyində həkim müxtəlif analizlər istəyər.
a) Qaraciyər fermentləri:
b) Anti-HCV � hepatit C antikor (bədən tərəfindən çıxarılan qoruyucu serum) analizi.
Əlavə antitel analizləri: Əlavə 3 genetik antitel müəyyən edici testlər istənə bilər. Ancaq bu analizlər 3-5 ay sonra pozitif nəticə (ferment immuno assay üsulu) verir.
c) HCV RNT tanalizi: Ən həssas analiz hepatit C virusunun genetik quruluşunu müəyyən edən analizdir. Bu virusun çoxaldığını və infeksiyanın kəskin (yeni) olduğunu göstərər. Hətta bu analizlərlə hepatit C virusunun miqdarı belə müəyyən oluna bilir. Müalicədən əvvəl bu miqdarın müəyyən olunması, müalicənin yaralı olub olmadığı mövzusunda sonrakı analizlə birlikdə müəyyən nəticəyə gəlməyə imkan verir.
d) Qaraciyər biopsiyası (qaraciyərdən parça götürmə).
Hepatit C üçün GENETİK analizlərdə fərqli genetik strukturların müəyən edilməsinin əhəmiyyəti vardır. Genotip 2 və genotip 3 deyilən virus tipləri, genotip 1 deyilən virus tiplərinə görə müalicəyə daha yaxşı reaksiya verir.
Qaraciyər biopsiyasının da müalicə üçün böyük əhəmiyyəti vardır. Əgər aşağı dərəcədə qaraciyər iltihabı və fibrozu diaqnozlu və qaraciyər fermentləri yüngül dərə-cədə artmış xəstələr müəyyən olunsa anti-viral (virusa qarşı müalicə) müalicəyə ehtiyac qalmır . Ancaq çox miqdarda fibroz olan xəstələrdə anti-viral müalicəyə ehtiyyac var. Bu xəstələrdə fermentlər orta dərəcədə artmışdır. Əlbəttə bu qərarı həkim verəcək. Eyni zamanda qaraciyər biopsiyası müalicənin nəticələrini görmək üçün də edilə bilər. Bu da son dərcə əhəmiyyətlidir.
Anormal qaraciyər fermenti analizi olanlar, keçmişdə qan nəqli edilmiş (bu təxmini olaraq 5-10 il əvvəl edilmişsə yaxud qan verən adamın hepatit C olduğu məlum olsa), orqan nəqli olsa (xüsusilə 5-10 il əvvəl) hemodializ xəstələr, hemofili və ya bənzəri qan məhsulları tələb edən xəstələr, hepatit C xəstəsi olub və uşaq sahibi olan analar 1 il içində hepatit C analizi etdirməlidir.
HEPATİT C , HEPATİT B VƏ AIDS QAN VƏ CİNSİ YOLLA BULAŞAR
Hepatit C də müalicə xəstəliyin dərəcəsinə görə təyin olunar. Xəstəliyin kəskin və ya xroniki halda olması böyük əhəmiyyət kəsb edir. Ümumi halda isə:
a) İnterferon (həftədə 3 dəfə ineksiya edilir).
b) Uzun təsirli interferon (həftədə 1 dəfə ineksiya edilər).
c) Ribavirin Bu dərmanlar tək və ya kombinə edilmiş halda həkim tərəfindən istifa- də edilir.
Kəskin Hepatit C-də müalicə: Ümumiyyətlə klinikası olmadan keçirilməsi səbə-bilə hepatit C kəskin dövrdə müalicədən qalır. Və çoxu xəstədə virus xronikiləşmiş infeksiya halında ikən müəyyən edilir. Ancaq bu xəstəlikdə bir çox həkimlər kəskin dövrdə anti-viral müalicə tətbiq olunduqda xəstəliyin xronikiləşməyəcəyini güman edir. Aparılan tədqiqatlar zamanı kəskin dövrdə müəyyən olunan və 6 ay boyunca interferon müalicəsi alan xəstələrin 98%-ində xəstəliyin qandan tamamilə itdiyi, və qaraciyər fermentlərinin normallaşdığı müəyyən olunmuşdur.
Xroniki hepatit C müalicəsində: 2 dərman istifadə edilir. Bunlar ribavirin və interferondur. Ancaq hər xəstə üçün bu iki dərman tətbiq oluna bilməz. Buna ən gözəl qərarı həkim verəcək. Ancaq interferon və ribavirin istifadəsində xəstələrdə uzun davamlı müalicədə nəticə əldə edilməkdədir. Yeni işlərdə daha uzun təsirli olan bir interferon növü peginterferon ilə ribavirinin bir yerdə istifadə edilməsinin çox yaxşı nəticələr ortaya çıxardığı müşahidə edilmişdir. Və bu müalicə artıq standart müalicə olaraq ortaya çıxmışdır. Edilən işlərdə bu müalicə ilə təxminən 50% -dən bir müvəffə-qiyyət təmin edilmiş və qanda hepatit C müəyyən olunmamışdır.
Müalicənin müddəti 6 ay -ilə 1 il arasında dəyişər. Genotip 2 və genotip3 olanlar-da müalicə 6 ay Genotip 1 olanlarda 1 il davam edər. HCV genotip 2 və genotip3 olanlarda müaləcə daha ideal tətbiq olunur.
HCV Genotip 1 qrupu xəstələr, sıx depresiyası, ürək narahatlığı olan xəstələr də anti virual müalicə yaxşı variant deyil. Bu xəstələr spirt və siqaret istifadə etməməli, istifadə olunan dərmanlara diqqət yetirilməli və həkimlə bu mövzu müzakirə edilməlidir. Bu cür dərmanlar istifadə edilməməlidir. Xəstələr Hepatit A və B üçün vaksinasiya olunmalıdır.
Qaraciyər fermentləri yüngül yüksələn və qaraciyər biopsiyasında fibroz və ağır ziyan olmayan xəstələrin həkimləri tərəfindən izlənilməsi tövsiyə edilir. Bu xəstələrə nizamlı olaraq qaraciyərin ferment analizləri və hər 3-5 ildə bir qaraciyər biopsiyası etdirmələri təklif olunur. Bəzi xəstələr anti-virual müalicəyə müsbət cavab verməz və qanda virusun nisbəti düşməz. Ancaq bu xəstələrdə siroz meydana gəlməsinin və qaraciyər xərçəngi riskinin anti-viral müalicənin vasitəsilə azaldığı müəyyən olunmuşdur. Heç olmasa bu vəziyyət belə təsəlli vericidir.
HEPATİT C VƏ EVDƏ MÜALİCƏ: Ev müalicəsində fəaliyyətlər yavaşıdılmalı yorucu hərəkətlərdən qaçılmalı, yorulduqda hərəkətləri yavaşladaraq istirahət edilmə- lidir.
Kəskin Hepatit zamanı diyeta: Ən əhəmiyyətli ünsürlərdən biri kəskin hepatit diyetasında maye qəbuludur. Bulantı və qusmanın yaradacağı maye itkisi konpensə olunmalıdır. Zülal nisbəti aşağı, kalori nisbəti yüksək bir hepatit diyetası həkimlər tərəfindən təklif edilməkdədir. Əgər içdikdə narahatlıq vermirsə təbii meyvə suları içilə bilər. Yağlı yeməklərdən isə qaçınılmalıdır. BU DÖVRDƏ ƏN ƏHƏMİYYƏTLİSİ SPİRT VƏ QARACİYƏRİ NARAHAT EDƏCƏK DƏRMANLAR İSTİFADƏ ETMƏMƏKDİR. BU VƏZİYYƏT QARACİYƏR İLTİHABI VƏ QARACİYƏR ZƏRƏRİNİ ARTIRACAQ. Burada ən əhəmiyyətli ünsür dərman qəbulunu həkimlə danışaraq nizamlamaqdır.
Qarşısı alına bilməyən və müalicəyə cavab verməyən fibrozla gedən Hepatit C hadisələrindən sonra qaraciyər funksiyalarını icra edə bilməz bir hala gəlsə artıq bu xəstələr qaraciyər nəqlinə namizəd xəstələrdir və transplantasiya lazımdır.

Hepatit D: Əsas etibarilə hepatit B virus daşıyıcısı olan və damar daxili narkotik istifadə edənlərdə aşkar edilir. Aralıq dənizi hövzəsi ölkələrində daha sıxdır. Hepatit B ilə eyni anda yoluxduğundan tək başına hepatit B infeksiyasına bənzər bir klinika göstərir. Sonradan var olan hepatit B də yaransa daha kəskin bir hal yaranar. Hepatit D əsas olaraq virus saxlayan çirkli şpris istifadəsi və ya çirkli qan və qan məhsullarının nəqli ilə yoluxar. Bu virusu yoluxmuş insanlar yayır. Virus yalnız hepa-
tit B virusu ilə yoluxmuş şəxslərdə xəstəlik törədir.
Hepatit E: Bu xəstəliyin əlamətləri hepatit A-ya bənzəyər. Hind Okeanı bölgə-sində, Afrikada və inkişaf etmiş ölkələrdə daha sıx yayılmlşdır.
Yeni təyin olunan üç virus haqqında çox az şey bilinir. Son zamanlarda virual hepatit faktoru olduğu üman edilən beş yeni virus daha təyin olunmuşdur.
Qaraciyəri iltihablandıraraq hepatit meydana gətirən digər xəstəliklərin virusları isə bunlardır: su çiçəyi virusu, infeksiyoz mononekleaziz virusu və sitomegalovirüs.
A, B, D, E hepatit xəstələrin çoxu tamamilə yaxşılaşarlar. Bir neçə ay ara ilə yüngül alovlanma hücumları görünə bilər. Hər dəfə əvvəlkindən daha yüngül keçər. Ancaq bu təkrarlanmalar, tam yaxşılaşma olmayacağını göstərməz. Hepatit A səbəbiylə ölüm nisbəti, D və B hepatite görə daha azdır. E hepatite bağlı ölüm nisbəti isə bilinməməkdədir. Hepatit B xəstələrini 5-10%-ində və hepatit C hadisələrinin 80%-den çoxunda xroniki qaraciyər xəstəliyi inkişaf edər. Xroniki xəstəlik yüngül seyr edə biləcəyi kimi irəliləyərək sirroza da səbəb ola bilər. Xroniki persistan və xroniki aktiv hepatit olaraq təyin olunan və xəstəlik fəaliyyətini göstərən iki tip xroniki qaraciyər xəstəliyi vardır; ancaq xəstə qaraciyərdə eyni anda fərqli bölgələrdə fərqli tiplər tapıla bilər. Xroniki hepatit sonunda siroz ilə nəticələnər. Ümumiyyətlə xəstəliyin seyrini izləmək üçün biopsiya edilir. Kəskin hepatit sonrasında xroniki qaraciyər xəstəliyi inkişafının səbəbləri hələ bilinməməkdədir.
Rezistentlik: Hepatit A virusu 60 C də 1 saat sağ qalır, 100 C də 5 dəqiqə qaynatmaqla ölür. Hepatit B virusu 60 C də 4 saat sağ qalır, 100 C də 10 dəqiqə qaynatmaqla ölür. Hepatit C virusu 60 C də 10 saat sağ qalır, 100 C də 5 dəqiqə qaynatmaqla ölür. Hepatit virusları quruluğa olduqca dayanıqlıdır. Hepatit A və B viruslarının hər ikisi də 180 dərəcəlik sobada 1 saata ölür. Ultrabənövşəyi şüalar A, B və C tipi hepatit viruslarının üçünü də 1-2 dəqiqədə öldürər. 10-15 ppm xlor konsentrasiyasında 30 dəqiqədə inaktivləşir. Hepatit A virusları +4 C də (soyuducu istiliyi ) həftələrcə aktiv qalarlar. B viruslarının da �20 dərəcəlik mühitdə 15 ilə kimi uzun bir müddət canlılıqlarını qoruduqları müəyyən olunmuşdur. Hepatit A virusunun şirin su və dəniz suyunda aylarca fəaliyyətini qoruduğu müəyyən olunmuşdur. Hepatit A viruslarının torpaq və sintetik səthlərə bulaşdırılmış qurumuş nəcisdə aylarca canlı qala bildiyi, Hepatit B viruslarının isə xarici mühitdə 30 günə qədər canlı qala bildiyi təsbit edilmişdir.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 7624   Tarix: 15 oktyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yarpaq dolmasının parlaq olması üçün nə etmək lazımdır?

Yarpaq dolmasının iştahaçan və parlaq görünməsi əsasən düzgün bişirmə üsulu və istifadə olunan inqrediyentlərlə bağlıdır. xəbər verir ki, yarpaq dolmasının parlaq olması üçün təzə və keyfiyyətli, xüsusilə sıxma zeytun yağı seçilməlidir. Dolmalar qazana düzüləndən sonra üzərinə az miqdarda zeytun yağ

14.12.2025 297
.

Südə limon suyu sıxanda görün nə baş verir - Marketə getməyə ehtiyac qalmadı - VİDEO

Evdə təbii pendir hazırlamaq prosesi sadə addımlarla həyata keçirilə bilər və bunun üçün yalnız süd və limon suyu kifayətdir. xəbər verir ki, bu üsul həm təhlükəsiz, həm də qənaətcil variantdır. Prosesi belə həyata keçirmək mümkündür: Süd orta istilikdə qızdırılır, qaynamağa başlamamalıdır. Daha sonr

14.12.2025 400
.

Bir il ərzində hər kəsi ələ keçirdi: Süni intellektin gizli təhlükəsi

Süni intellekt əsaslı söhbət robotlarının gündəlik dilimizə və onlayn mühitə təsiri o qədər güclənib ki, artıq özümüzün yazdığı mətnlərin belə "robot məhsulu" kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyi sual altındadır. xəbər verir ki, süni intellekt tərəfindən öyrədilən və formalaşdırıla

12.12.2025 355
.

ChatGPT psixiatriya riskini artıra bilər - Həkimlərdən xəbərdarlıq

Kaliforniyada çalışan psixiatrlar süni intellektlə intensiv ünsiyyətin ağır psixi pozuntulara yol aça biləcəyi barədə ciddi xəbərdarlıq ediblər. xəbər verir ki, mütəxəssislər 26 yaşlı bir qadınla bağlı narahatedici klinik hadisəni təsvir ediblər. Depressiya və DEHB (Diqqət Əskikliyi və Hiperaktivli

14.12.2025 446
.

"Netflix" "Warner Bros."u 82,7 milyarda aldı

"Netflix" əfsanəvi kino studiyası "Warner Bros."u 82,7 milyard dollara satın alıb. Axşam.az xəbər verir ki, şirkət bununla bağlı rəsmi açıqlama yayıb. Tərəflər arasında müqavilənin ləğvi olacağı təqdirdə 5,8 milyard dollarlıq cərimə nəzərdə tutulur. Bundan başqa, "Warner Bros."u

07.12.2025 275
.

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

Mütəxəssislərə görə, kartof qızardarkən duz kartoflar yağdan çıxan kimi, yəni hələ isti və üzəri yağlı ikən əlavə edilməlidir. Çiy kartofa və ya qızartma zamanı duz atmaq, kartofun suyunu buraxmasına və çıtırlığını itirməsinə səbəb olur. İsti səthə səpilən duz isə həm daha yaxşı yapışır, həm də dadı

13.12.2025 302
.

Həkimlər evə yolladı, süni intellektdən soruşdu - dərhal xəstəxanaya qaçdı

Norveçdə yaşayan 49 yaşlı kişi şiddətli qarın ağrısı ilə xəstəxananın Təcili yardım şöbəsinə müraciət edib. İlkin müayinədən sonra həkimlər onun vəziyyətinin ciddi olmadığını bildirərək mədə turşuluğuna qarşı dərman yazıb evə göndəriblər. Lakin ağrıları səngiməyən xəstənin həyatını bu dəfə süni intellek

07.12.2025 643
.

Bakıda bəylə gəlin toyu RİNQƏ ÇEVİRDİ - VİDEO

Bakıda keçirilən toy məclisindən sosial şəbəkələrdə maraq doğuran görüntülər yayılıb. xəbər verir ki, kadrlar qısa zamanda gündəmə çevrilərək minlərlə istifadəçi tərəfindən izlənilib. Görüntülərdə bəy və gəlinin məclisin düz ortasında boks əlcəklərini taxaraq məşq elementləri yerinə yetirdiyi əks olunur

14.12.2025 1068
.

Dünyanın ən yaxşı 100 mətbəxi açıqlandı: Azərbaycan neçəncidir?

Dünyanın ən yaxşı mətbəxləri açıqlanıb. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, beynəlxalq qiymətləndirmələrə görə, ləzzət sıralamasında aşağıdakı 100 ölkə yer alıb. Siyahıda Azərbaycan və ona sərhəd ölkələr - Türkiyə, Qazaxıstan, Rusiya, İran, Ermənistan və Gürcüstan yer alıb. Həmin siyahın

08.12.2025 1954
.

TOP MP3