Qara qatığın sirri - ARAŞDIRMA

Qara qatığın sirri - ARAŞDIRMAİndi Bakının Badamdar qəsəbəsində kənd qatığı tapmaq xeyli çətinləşib. Marketlər və meyvə-tərəvəz dükanları kənd yerlərindən qatıq-süd gətirənlərdən baytar arayışı tələb edirlər ki, bunu da hər qatıq alverçisi təmin edə bilmir. Qəsəbənin məhəllələrindən birində ərzaq dükanı işlədən 30 yaşlı Samir kənd qatığı satmaqdan özü imtina etdiyini deyir. "Sənədi olmayandan qatıq götürmürəm. Bir nəfərlə işləyirdim, onun baytarlıqdan sənədi vardı. Amma o, inəklərini satdı. İndi baytar arayışı olan daimi təhizatçı tapa bilmirəm",- deyə Samir bildirib.

Əslində, indi bütün Bakıda baytarlıq arayışına malik qatıq-süd alverçisi tapmaq çox çətin məsələdir. Adətən qatıq-süd alveri ilə rayonla əlaqəsi olan, amma Bakıda yaşayan insanlar məşğul olur. Onların isə kənd yerində baytar Həkimindən arayış alması qeyri-mümkündür. Çünki baytar həkimlər zonada yaşayan və mütəmadi olaraq xidmət göstərdiyi fermerlərin qatıq-süd və ət məhsullarına görə arayış verirlər. Verilən arayışda həmin məhsulların qida üçün yararlı olması göstərilir.
BiG.AZ-ın ANspress.com-a istinadən verdiyi məlumata görə, Bakıda ticarət şəbəkəsinə çıxarılan hər partiya mal üçün ayrıca arayış tələb edilir. Yəni kəndli bazara çıxardığı mal üçün hər dəfə arayış təqdim eləməlidir. Aslan Aslanovun sözlərinə görə, əgər kəndlinin belə arayışı olmazsa, birinci dəfə onun malı analizə götürülür, tərkibində infeksion xəstəliklər olub-olmadığı yoxlanılır. Malı yararlı olarsa, bazara büraxılır və ona qəti şəkildə tapşırılır ki, təkrar bazara mal gətirmək üçün mütləq yerli baytardan arayış götürsün.

Amma bu, nəzəri cəhətdən belədir. Əslində isə indi Bakıda bazardan qatıq-süd alan çox az adam tapılar. Adamlar infeksion xəstəlik qorxusundan ya kənd qatığı yeməkdən imtina edirlər, ya da onu inandıqları alverçilərdən alırlar. Mağazalarda satılan fabrik istehsalı qatıqlar isə elə də populyar deyil, həmin qatıqların quru süddən istehsal edildiyi dərhal aydın olur. Belə quru südün tərkibində nişastadan tutmuş soya südünə qədər çox şey olduğu bəllidir. Nəticədə, əhali arasında qatıq istehlakı normadan 6 dəfəyə qədər aşağı düşüb. Əgər insan bir gündə cəmi 200 qram, yəni 1 stəkan qatıq yeyərsə, bu, 9 milyonluq Azərbaycan üçün 657 min ton südün qatıq istehsalına yönəldilməsi deməkdir. Amma rəsmi statistikaya görə, 2012-ci ildə ölkədə 119 min ton süd qatıq istehsalında işlədilib. Və bu qatığın böyük hissəsi kənd yerlərində - təsərrüıatda heyvan saxlanan ailələrdə istehlak edilir. Şəhər yerlərində isə, qatığın böyük hissəsi quru süddən hazırlandığından və təbii süddən hazırlanmış qatıq həddindən baha (litri 1,2 manat) olduğundan, camaatın bu məhsula marağı olmur. Əksər şəhər ailələri qatığı yalnız düşbərə, xəngəl, yarpaq dolması və s. kimi yeməklər bişirən zaman sarımsağa qatmaq üçün alırlar. Dietoloqların hər yeməkdən sonra ən azı 200 qram qatıq istehlak etmək barədə verdiyi tövsiyyələr isə sadəcə işə yaramır.

Həkim-dieteoloq Ləman Süleymanovanın fikrincə, insan gün ərzində 600 qrama yaxın, yəni üç stəkan qatıq istehlak edərsə, bu, orqanizmdə maddələr mübadiləsi üçün böyük dəstək olar. "Qatıq, süd və kefirin tərkibində insan üçün çox faydalı olan bakteriyalar - bifidobakteriyalar var. Onlar bağırsaqların mikroflorası üçün çox önəmlidir. Günorta yeməkdən sonra və gecə yatmazdan qabaq kefir içmək çox faydalıdır. Amma yağlılığı 0,5%-dən yüksək olmamalıdır. Qidadan 20 dəqiqə sonra kefir içilərsə, bu, həzmi sürətləndirir. Həmçinin yatmazdan öncə kefir içilməsi bağırsaq mikroflorası üçün çox önəmlidir, qəbizliyin qarşısını alır",- deyə dietoloq ANS PRESS-əğ bildirib. Onun sözlərinə görə, mütəmadi qatıqla və ya kefirlə qidalanan insanlarda maddələr mübadiləsi ilə bağlı problemlər olmur. "Həmçinin ağartı məhsulları kalsiumla zəngindir. Kalsium da sümükləri bərkidir. Qış fəslində bizim orqanizmimizin buna böyük ehtiyacı var",- deyə Ləman Süleyəmanova vurğulayır.

Yəni həkimin təsvir etdiyi və qatıq istehsalı üçün adambaşına gündə 600 qram süd yönəldildiyi ideal istehlak mənzərəsində Azərbaycanda 1,97 milyon ton süd qatıq istehsalında işlədilməli idi. Amma reallıqda 0,119 milyon ton süd bu məqsədlə istifadə edilir. Deməli, qatıq istehlakı üzrə orta göstəricimiz ideal vəziyyətdən 16 dəfə aşağıdır. Bu məsələnin ən arzu olunmayan tərəfi şəhərlərdə yaşayan əhalinin qatıq istehlakının, ümumiyyətlə, sıfır səviyyəsində olmasıdır. Azərbaycanda qatığı əsasən inəyi olan kənd ailələrində istifadə edirlər. Statistikaya görə, 2012-ci ildə ölkədə 2,23 milyon ton süd ekvivalentində süd və süd məhsulları istehlak edilib. Ölkənin öz istehsalı isə cəmi 1,72 milyon ton süd olub. Deməli, ölkənin süd emalı zavodları keçən il 0,5 milyon ton süd ekvivalentində süd məhsulunu, o cümlədən qatığı quru süddən istehsal edib. Dietoloq Ləman Süleymanova isə quru süddən istehsal edilmiş qatığı saxta məhsul sayır, çünki tərkibində canlı bifido-bakteriyalar olmur.

Yəni kəndlərdə az da olsa istehsal edilən yararlı məhsul şəhərlərə çatmır və Dövlət Baytarlıq Xidmətinin bəzən də haqlı baytar arayışı tələbi bu məhsulun Bakı və iri şəhərlərin bazarlarına girişini daha da çətinləşdirir. Amma keçmiş sovet təcrübəsini, qardaş Türkiyədə və bir sıra Şimali Avropa ölkələrində tətbiq edilən praktikanı nəzərə almaqla vəziyyəti ildən ilə düzəltmək olar. Yəni kəndli ilə şəhər bazarları arasında daim fəaliyyət göstərən və sovet illərinin "Azərittifaqı"na bənzər təchizat şikrətləri yaradılmalıdır ki, Dövlət Baytarlıq Xidməti ilə də bütün əngəlləri bu qurum rahatlıqla aşa bilər. Yəni Xidmət mütəmadi olaraq gətirilən məhsulun monitorinqini apara bilər, təchizat təşkilatı isə isə daima kəndlidən müasir qablaşdırma ilə götürdyü və üzərində öz etiketi olan məhsulların keyfiyyətini nəzarətdə saxlaya bilər. Gəlir isə Şimali Avropanın əfsanəvi şəhid lideri Uolf Palmanın təbirincə 70% + 15% + 15% nisbətində bölünər. Yəni 70% kəndliyə, 15% təchizat şirkətinə, 15% isə mağazalara qalar. Bu, Azərbaycan kəndini daha çox süd istehsalına rəvac verə bilər. Hər halda, indi Bakıda kənd qatığının litri 1,2 manatdır, kəndlərdə isə 20-30 qəpiyi keçmir -alverçilər dükanlara qatığı 3-4 dəfə baha qiymətə paylayırlar.

Bu məsələdə təchizat şirkətlərini yaratmağı stimullaşdırmaqdan başqa, rəsmi qurumların bir dəstəyi də ola bilər - hökumət sadəcə südçülüq sektorunda giqantamaniyadan əl çəkməlidir və yerlərdə nəhəng südçülük zavodlarının açılması barədə raportları dayandırmalıdır. Əsasən quru süddən məhsul "qayıran" o zavodların Bakıdakılardan fərqi sadəcə coğrafi yerləşməsindədir. Əvəzinə o müəssisələr bütün rəsmi və qeyri-rəsmi üsullardan istifadə edərək bazara kəndlərdən gətirilən keyfiyyətli məhsulun yolunu bağlamağa çalışırlar ki, öz məhsullarını itələsinlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1653   Tarix: 28 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001