Qulaqcıqlarla gələn bəla

Qulaqcıqlarla gələn bəlaQulaqcıqla uzun müddət yüksək səslə musiqi dinləmə qulaqlara ciddi zərər vurur. Mütəxəssislərə görə, yüksək səslə musiqi dinləmək daxili qulaqdakı qulaq sinirlərinə və eşitməni təmin edən qulaq hüceyrələrinə öldürücü təsir edir.

Qulaq-burun-boğaz həkimi Anar Quluzadənin fikrincə, müxtəlif dərmanlar, yüksək səs-küy və eləcə də qulaqcıqla yüksək səslə musiqi dinləmək qulağa mənfi təsir edir: "Qulaqcığın səs şiddəti birbaşa qulaq pərdəsinə, ordan daxili qulağa və qulaq sinirinə istiqamətləndiyi üçün zərəri çox böyükdür. Uzun davamlı və yüksək səslə musiqi dinləmə qulaqda qalıcı cingildəmə və uğultu meydana gətirir. Sinirlər zədə gördüyü üçün cingildəmə və uğultudan sonra eşitmə itkisi və karlıq meydana gələ bilər. Belə vəziyyətdə isə əvvəl qulaqcıq istifadə edən şəxs sonradan eşitmə cihazı istifadə etmək məcburiyyətində qalır".

Həkim hesab edir ki, qulacıqla musiqi dinləmək gənclərimizdə bir növ adət halını alıb: "Amma gənclər unutmamalıdır ki, qulaqların da müəyyən bir səs tutumu var".

Müsahibimiz məsləhət görür ki, qulaqcıq istifadə edərkən, qulaq kanalına girməyən, qulaq çömçəsinə adaptasiya edilən növdə qulaqcıqlara üstünlük verilsin. Onun sözlərinə görə, bu cür qulaqcıqların səs şiddətini qulağa çatdırma tutumları digərlərinə nisbətən daha azdır. "Qulaqcıqla uzun müddət və yüksək səslə musiqi dinləmək olmaz", - deyən A.Qədirzadə bildirir ki, gün ərzində aşağı səslə, qısa müddətli, qulaqları narahat etməyəcək və ağrı yaratmayacaq formada musiqi dinləmək olar.

Qulaqcıqlar daha çox mobil telefonlarda istifadə olunur. Cib telefonunda qulaqcıqla danışarkən səsin şiddəti çox olmur, lakin istifadə müddəti uzun olduğundan iç qulağa səs təzyiqinin davamlı getməsilə bağlı olaraq, cingildəmə və uğultular ola bilər: "Bu səbəbdən cib telefonuyla danışarkən qısa danışmaq lazımdır. Cib telefonu, mp3 qulaqcıqları fərdi olmalıdır. Çünki qulaqcıqlar bir sıra bakteriyaları adamdan-adama ötürür".

Mütəxəssisin dediyinə görə, qulaq içinə sığan qulaqcıqla yüksək səsdə musiqi dinləmək, eşitmə itkisinə gətirib çıxarır: "Qulaqda karlıq yaranıbsa, 24 saat içində müdaxilə edilsə, 50 faiz eşitməni geri qaytarmaq mümkündür. Müdaxilə 24 saatı keçsə, itkinin geri gəlmə şansı 15 faizə enir. Aradan bir həftə keçdikdən sonra isə geri gəlmə şansı yox səviyyəsində olur".

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 85 desibel şiddətindəki səslərə 8 saatdan çox məruz qalmaq qulaq sağlamlığına zərər verir. Bu müddət 88 desibel üçün 4 saat, 91 desibel üçün 2 saat və 100 desibel üçün 15 dəqiqə şəklindədir. Səs şiddətinə bağlı olaraq inkişaf edən akustik ziyan, tipik olaraq daxili qulaqda "ilbiz" adı verilən hissədəki eşitmə hüceyrələrində və ya sinirlərində meydana gəlir. Buna əlavə olaraq fərdlərdə bildikləri və ya fərqində olmadıqları bəzi sistemik xəstəliklərin varlığı, daxili qulağı eşitmə itkisinə daha uyğun hala gətirə bilər. Gənclərin böyük bir əksəriyyəti yüksək səslə musiqi dinlədikdən sonra qulaqda cingildəmə, uğultu və eşitmədə azalma kimi əlamətlərlə qarşılaşır, amma ümumiyyətlə, bunu keçici bir vəziyyət kimi qəbul edirlər. Halbuki belə əlamətlər eşitmə qabiliyyətinin itməsinə yaxınlaşdığını xəbərdar edir.

Mütəxəssislər məsləhət görürlər ki, uzun müddətldə musiqi dinləmək istəyənlər ancaq səs səviyyəsi 60 faiz olan musiqilər dinləməlidirlər.

A.Qədirzadənin bildirdiyinə görə, cihazın çıxardığı səslər qədər qulaqcıqların tipləri də əhəmiyyət daşıyır. Araşdırmalara görə, kanal içi qulaqcıqlar, qulaq içi və ya baş üstü qulaqcıqlardan daha aşağı səviyyələrdə səslə təmin etdiklərindən daha etibarlı hesab edilirlər. Qulaqcıq seçilərkən çöldən ən az səs alan qulaqcıqlar seçilməlidir. Qulaqcıqların tək tərəfli istifadə edilməsi də məsləhətli deyil.

Mütəxəssislər, ümumiyyətlə, təhlükəli yerlərdə qulaqcıqlardan istifadə etməyi məsləhət görmürlər. Bəzi hüquq müdafiəçiləri isə müəyyən yerlərdə qulaqcıqlardan istifadənin qadağan edilməsinin tərəfdarıdırlar. Hüquqşünas Elçin Ağayevin sözlərinə görə, gənclər qulaqcıqdan istifadə etdikləri üçün çox zaman yol hərəkəti qaydalarını pozurlar: "Yüksək səslə musiqi dinləyən insan başqa aləmdə olur. Avtomobilin səs siqnalını eşitmir" deyən müsahibimizə görə, bu da qəzalara gətirib çıxarır. E.Ağayev belə yollarda qulaqcıqlardan istifadəyə görə cərimələrin tətbiq edilməsini təklif edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1676   Tarix: 27 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659