Rənglərin insana nə kimi təsiri var?

Rənglərin insana nə kimi təsiri var?Hər birimiz gündəlik geyimlərimizdə, evdə, işdə və s. sevdiyimiz bir neçə rəngdən istifadə edirik. Rənglər bizim əhavalımıza, səhhətimizə təsir edir, eləcə də üzümüzün təravətli, gözlərimizin gözəl görünməsinə, hətta vücudumuzun çatışmazlıqlarını gizlətməyə kömək edir.

Psixoloq Lalə Əhmədovanın sözlərinə görə, qırmızı canlılıq və dinamizmlə bağlı bir rəngdir: "Bir işi axıra qədər görən, əzmli, səmimiyyətdən xoşlanan insanların seçimidir. Qırmızı insanların diqqətini çəkir. Qırmızı rəng zamanı və məkanı da unutdurur. Enerjini və iştahı artırır. Bu rəng qida sektorunda daha çox istifadə olunur. Qırmızi sevgi rəngidir, insanı eşqə sürükləyir. Ona görə bəzən qırmızını "sevən insanların rəngi" adlandırırlar".

L.Əhmədova bildirib ki, sarı rəng zəka, incəlik, zərifliklə bağlıdır. Birlikdə işləməyə sövq edir: "Zehni açır və neqativ enerjilərin bizi vurmasını əngəlləyir. Bizi bəzi qayda-qanunlardan, çərçivələrdən çıxarmağa həvəsləndirir. Sarı rəngin təsirindən insan özünü daha da sərbəst hiss edir. İnsana sevinc hissi bəxş edir, yorğunluğu bədəndən uzaqlaşdırır. Əgər günə yorğun və kefsiz başlamısınızsa, həmin gün üstünüzdə sarı akssesuar daşımağınız məsləhətdir. Məsələn, qızıl əşyalar da bizim enerjimizi artırmağa köməklik edir".

Yaşıl rəng ahəng, rahatlıq, səbr və islamın rəngidir. İnsandakı ruhi yorğunluğu götürmə özəlliyi var. Bu rəng insanda özünə güvən hissini artırır. Həmsöhbətimizin sözlərinə görə, yaşıl təbiətin, qəlbimizin, ağ ciyərlərimizin rəngidir: "Yaşıl rəng hadisələrə hakimiyyətimizi artırmağa, mənəvi dünyamızı rahatlandırmağa köməklik göstərir. Əsəbləşdiyiniz an yaşıla baxın, çünki yaşıl terapiyadır. Beynimizi və sinirlərimizi sakitləşdirir. Cildi qoruma özəlliyi var".

Mavi rəng isə aydın səmanın, geniş üfüqün rəngidir. Sonsuzluğa cağırış, ruhi rahatlıq mənəvi təkamülün, dənizlərin rəngidir. Mavi ruhumuzu sakitliyə səsləyir. "Qırmızı rəngdən fərqli olaraq mavi qanın axınını yavaşlandırır. Mavi rəng istər-istəməz insanı sakitləşdirir. Misal üçün, İsveçdə bir körpü mavi rəngə boyandıqdan sonra orada baş verən intiharların sayı azalıb. Kilo vermək istəyən xanımlara yeməklərini mavi rəngli boşqablarda yemək məsləhətdir".

Ağ rəng saflıq, təmizlik, yeni başlanğıcların və barışığın rəngidir. Ağ müqəddəslik duyğusunun rəngi sayılır. Bu rəngi sevən insanlar təmizliyə, saflığa və münasibətlərdə aydınlığa daha çox fikir verirlər. İnsanlar bəzən keçmişi xatırlamaq istəməyəndə həyatlarında yeni bir ağ səhifə açmaq istəyirlər. Bu da öz növbəsində ağın yeniliyə açılan bir qapının rəngi olduğunu bildirir. İnsanlar bəzən bir-birlərinə "Ağ günlər sizin olsun" deyirlər ki, bu da ağın gücünü bir daha təsdiqləyir.

Müsahibimizin dediyinə görə, qəhvəyi rəng təbiətin, payız fəslinin rəngidir. Plan və sistemin, həqiqiliyin rəngidir. Qəhvəyinin insanlar üzərində canlılıq, hərəkətlilik kimi təsiri var. Bu rəng insan beyninin funksiyalarını sürətləndirir, hərəkətə gətirmə funksiyası var. Qəhvəyi rəngin bol olduğu yerlərdə uzun müddət oturmaq olmur. Ona görə də cəld yeməklərin təqdim olunduğu restoran və kafelərdə bu rəngdən çox istifadə olunur: "Qəhvəyi rəng "cəld ol" əmrini verir. Bəzən də bizi qəmli fikirlərə sövq edir. Yarpaqların saralıb tökülməsi bizə sürətle axıb gedən ömrümüzün keçib getdiyini xatırladır".

Narıncı rəng güc, dözümlülük rəngidir. İstiliyi, atəşi və təlaşı anladır. Nəşə və müdrikliyin simvoludur. İnsanlarda sosiallaşmaq duyğusunu artırır. Bununla belə, tamamilə bu rəngə boyanmaq məsləhət deyil. Narıncı rəngdə olan xırda akssesuarlardan istifadə daha müsbət təsir gücünə malikdir.

Çəhrayı rəngə üstünlük verənlər həssas və pozitiv olub, öz sevgilərini qabarıq şəkildə ifadə edirlər. Bundan əlavə, onlar küsəyən olmaqları ilə fərqlənirlər. Amma kinli olmadıqları üçün pisliyi tez də unudurlar.

Qara rəng ən çox yayılmış və ziddiyyətli rəngdir. Bu rəngdən həyatın bir çox sahələrində istifadə olunur. Qara rəngin mənası hər bir xalqda müxtəlifdir. "Qara rəng qara qüvvələr, ölüm və ya sirlə əlaqəlidir, insanda həyəcan hissi yaradır. Bu, rənglər sırasında nüfuzlu rəngdir. Ona görə də hökumət və dövlət maşınları adətən qara olur. Qara rəngi seçərkən diqqəti rəngə deyil, obyektin forma və məzmununa yönləndirmək lazımdır. Burada söhbət daha çox ənənələrin mühafizəkarlıq və öhdəliyindən gedir", - deyən L.Əhmədovaya görə, qara rəngdə yaş və vücud forması məhdudiyyəti yoxdur. Qara geyinərkən kəsim və tikiliş formasına diqqət yetirin, tərz çox sadə də ola bilər. Özünüzə simpatiyanızla cazibədarlığınızı işarə edin. Amma həddini aşmayın.

Psixoloq bildirib ki, insan boz geyinərkən şüuraltı görünməz olmağı arzulayır. Boz rəng özündə ağ-qaradan fərqli olaraq lazımsızlığını və heç vaxt birinci olmayacağını düşündürən keyfiyyətləri birləşdirir. Yeganə hədəfi stabillik və harmoniyadır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2053   Tarix: 26 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

TOP MP3