Azərbaycanda xidmətlərin bahalaşması taksidən başladı - YENI FAKTLAR

Azərbaycanda xidmətlərin bahalaşması taksidən başladı - YENI FAKTLARAzərbaycanda yanacağın qiymətinin qalxması bəzi ərzaqların və xidmətlərin də bahalaşmasına səbəb olub.

BiG.AZ-ın publika.az-a istinadən məlumatına görə, qiymət artımından qaça bilməyən sahələrdən biri də sərnişindaşımadır. Xüsusi ilə də taksi xidmətində qiymətlərdə artım müşahidə edilir. Fərdi şəkildə taksi fəaliyyəti göstərən fiziki şəxslər məsafədən asılı olaraq qiymətləri 1-5 manat arası artırıblar. Məsələn, Beynəlxalq avtovağzaldan Qaraçuxur və ya Günəşliyə taksi əvvəllər 10-12 manata aparırdısa, indi bu qiymət 15 manatdan aşağı düşmür.

Bakının ən iri taksi operatoru olan "Baku Taxi Company"nin ("TX4" London taksilərinin operatoru) rəhbəri İlqar Qasımov Publika.Az-a bildirib ki, London taksilərində qiymət artırılmayıb. Lakin gələcəkdə bu istisna deyil.

Qeyd edək ki, Bakı sakinləri London taksilərindən istifadə etməkdə o qədər də həvəsli deyil. Səbəb isə taksidə əyləşən kimi birbaşa 1 manat çatdırma qiymətinin və tıxacdakı hər 1 dəqiqəyə görə əlavə 5 qəpikdən hesablanmasıdır. Məsələn, əgər vətəndaş London taksisi ilə 5 kilometr yol getsə və həmin yolda yarım saat tıxacda qalsa bu ümumilikdə 6 manatdan çox edir. Digər taksilərdə isə tıxacda dayanmağa görə pul tələb edilmir.

Onu da qeyd edək ki, London taksilərində quraşdırılmış taksometrlər hər 100 metrdən bir 7 qəpik yazmalı olsa da, müşahidələrimiz taksometrin daha sürətlə işlədiyini göstərir.

Hazırda "Baku Taxi Company"nin avtomobillərində gediş haqqı aşağıdakı kimidir:

Çatdırma qiyməti

1 manat

Hər kilometrə görə gediş haqqı (10 kilometrə qədər)

70 qəpik

Hər kilometrə görə gediş haqqı (10 kilometrdən 20 kilometrə qədər)

40 qəpik

Hər kilometrə görə gediş haqqı (20 kilometrdən və daha artıq kilometr)

20 qəpik

Dayanmanın hər dəqiqəsinin qiyməti

5 qəpik


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2286   Tarix: 26 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040