Ağlarkən güldürən Çarli Çaplinin həyatından maraqlı faktlar

Ağlarkən güldürən Çarli Çaplinin həyatından maraqlı faktlarBiG.AZ azens.az-a istinadən xəbər verir:Çarli Çaplin (Çarlis Spenser Çaplin) 16 aprel 1889-cu il Londonda doğuldu, 25 dekabr 1977-ci il Veve-də (İsveçrə) vəfat etdi. Dünya kinematoqrafıyasında şöhrəti o qədər böyük və uzunsürən digər bir ulduz olmadı.

Bu vaxt ərzində minlərlə başqa ulduzlar çıxdılar və söndülər. Amma o tamaşaçıların sevimlisi olaraq qalmağa davam edirdi. Nədə idi bu daimi məşhurluğun sirri? Çarli çox erkən yaşlarından atasız qalıb, elə erkən yaşlarından da səhnədə çıxış etməyə başlayıb. O, 18 yaşında Fred Karnonun pantomima truppasına dəvət aldı, hansı ki, 1913-cü ildə ABŞ-a qastrola getdilər.

Uşaq ikən Çarlinin anası psixiatrik xəstəxanaya yerləşdirilir və Çarli qardaşıyla birlikdə yetimxanaya göndərilir və 17 yaşına gəldiyində oradan ayrılır. Günlərlə, həftələrcə iş axtarır lakin heç bir iş tapa bilmir. Başını soxa biləcək bir yeri belə yox idi, Londonun küçələrində gecələyirdi. O qəzetlər satırdı, mətbəədə və şüşə üfürmə emalatxanasında işləyirdi. Çarli 16 yaşında sirkdə çalışmağa başlayır, burada ona həftədə 3 funt ödənilirdi. 1913-cü ildə Çarli ilk kinokontraktını imzalayır, həftəyə 1200$ qazanır, öz filmlərinin — ssenaristi, bəstəkarı və rejissoru olur ("Fasiləsiz gecə" - 1915; "Onun yeni peşəsi" – 1914; Avara – 1915; "Qadın" – 1915; "Sirk"- 1925; "Körpə" – 1923 və.s.). Bir az sonra Çarli 150 000 $ öz ayağı altına sığortaladı və 15 il sonra birinci "Oskarı" (1973-cü ildə — ikinci) aldı.

Çarli Çaplin mavi gözlü və solaxay olub, hansı ki, ifa etdiyi skripkanı da sol əliylə çalırdı. Çaplinin ilk avtomobili 4900$-lıq surətli Locomobile avtomobili olmuşdur. Onun ən sevimli idman növü boks idi. "Böyük şəhərin alovları" filmində baş rolu ifa edən xanım Virciniya Çerrillə boks nümayişində tanış olmuşdular. Çaplin öz filmlərindən 10,5 mln $ qazandı.

Ağlarkən güldürən Çarli Çaplinin həyatından maraqlı faktlarÇarli ilk dəfə eşqə 18 yaşında tutulur. Məşhur aktyor teatr-varyetedə özündən 3 yaş balaca olan xanım Xetti Kelliyə aşıq olur. Və elə 5-ci görüşdə ona evlənmək təklif edir:

— Sizin gözəlliyiniz məni başdan çıxardı. Mənimlə evlənərsiz?

—Amma mənim hələ 15 yaşım var – deyə Xetti cavab verdi.

—Təəssüf, siz heç olmasa məni sevirsiz?

— Siz mənim xoşuma gəlirsiz, Çarli......

— Deməli, sevmirsiz – deyərək Çarli restorandan qaçır.
Bu hadisədən sonra onlar görüşmədilər. Çarli vaxt tapan kimi qızın yaşadığı evin yanına onu görmək üçün gəlirdi, Amma heç vaxt nəsib olmurdu. 10 il sonra Xetti nüfuzlu bir insana ərə gedir. Çarlinin heç vaxt qadınlara münasibəti dəyişmir. Çaplinin çox hərəkətli bir həyatı olur. Dörd evliliyinin üçü filmlərinin baş rol oyunçularıyla, 1918-ci ildə Lita Grey və 1936-cı ildə Paulette Goddardla reallaşdırır. 1943-cü ildə yazıçı Eugene O'Neill'in qızı Ona O'Neill ilə evləndi. İlk iki boşanması və 1944-cü ildə özünə açılan atalıq iddiası sensassiya yaratdı. O sevgiyə və seksə görə saatlarla yad blokda dura bilirdi.

Çarlinin həyatında az yaşlı xanımlar önəmli yer tuturdu: Msye Verdu, Una O`Nill və.s. 1923-cü ildə o 15 yaşlı Lillit Mak-Murreylə tanış olur. Şirniyyatda işləyən bu xanıma Çarli öz kinosunda mələk rolu təklif edir. Lillit razılaşır və özünə Lita Grey təxəllüsü götürür. Onların münasibəti çox coşğun idi. Yeni filmin çəkilişlərindən sonra Lita "təslim oldu", o Çarliylə görüşdüklərini və birlikdə vaxt keçirdiklərini təsdiqlədi.

Ağlarkən güldürən Çarli Çaplinin həyatından maraqlı faktlarABŞ dövləti tərəfindən sıxışdırıldığına görə aktyor ölkəni tərk edir. Geri dönmə haqqının ABŞ Ədalət Nazirliyi tərəfindən araşdırılacağını öyrənincə 1953-cü ildə Cenevrədə bu haqqdan imtina etdiyini açıqladı. Bundan sonra ailəsiylə birlikdə İsveçrədə Vevedə yaşamağa başladı. 1957-ci ildə Londonda hazırladığı A King in New York (New Yorkda Bir Kral) komediyası mənasız televiziya reklamlarına və Amerikan tərzi həyatın başqa yanlarına istiqamətli tənqidlərlə dolu bir komediya idi. 1966-cı ildə baş rolları Marlon Brando və Sofi Lorenin oynadığı, özünün də həm ssenarisini yazdığı, həm də kiçik bir rolda göründüyü A Countess from Hong Kong filmini çəkildi.

1972-ci ildə Çarli Venesiyada sonuncu mükafatını aldı — "Qızıl Mükafat". 1992-ci ildə R. Attenboro "Çaplin" adlı film çəkdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4951   Tarix: 09 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356