Azərbaycan təbiəti haqqında

Azərbaycan təbiəti haqqındaSual: Azərbaycanda köçəri quşların ən çox məskunlaşdığı ərazi hansıdır?

Cavab: Azərbaycanda köçəri quşların daha çox məskunlaşdığı ərazi respublikanın cənub-şərq hissəsində, Kür deltasının cənubunda yerləşən Böyük Qızılağac körfəzi və onun ətrafının quru və bataqlıq sahələridir. Həmin ərazidə yerləşən Qızılağac Dövlət Təbiət Qoruğu 03 iyul 1929-cu il tarixində Azərbaycanın Qədim və İncəsənət Abidələrinin Qorunması Komitəsinin təşəbbüsü ilə yaradılmışdır. Ərazisi 88.360 ha-dır. Qoruqla yanaşı 10,7 min ha sahəsi olan Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı da fəaliyyət göstərir. Qızılağac Dövlət Təbiət Qoruğu respublikamızda sahəsinə görə birinci, yaranma tarixinə görə isə üçüncü qoruqdur.

Sual: Xəzər suitisi hansı xüsusiyyətinə görə digər suitilərdən fərqlənir?

Cavab: Xəzər suitisi (Phoca caspica) pərayaqlıların yeganə nümayəndəsidir ki, Dünya okeanının ən kiçik suitisi kimi "Ginnes"in rekordlar kitabına daxil edilmişdir. Bu növ yalnız Xəzər dənizində yayılmış endem növdür. Adı Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahı"sına daxil edilmiş, Azərbaycan Respublikasının "Qırmızı Kitab"ının növbəti ikinci nəşrinə daxil edilmək üçün təklif edilmişdir.

Sual: Azərbaycanda ən böyük xüsusi mühafizə olunan təbiət ərazisi hansıdır?

Cavab: Azərbaycanda ən böyük xüsusi mühafizə olunan təbiət ərazisi Şahdağ Milli Parkıdır. Milli park Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 08 dekabr tarixli 1814 nömrəli Sərəncamı əsasında Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində 115895 hektar ərazidə yaradılmışdır. Şahdağ Milli Parkının ərazisinin yerləşdiyi yüksəklik onun iqliminin müxtəlifliyinə, bitki örtüyünün, torpaqlarının və heyvanlar aləminin zənginliyinə əsaslı təsir göstərmişdir. Buradakı meşələr zəngin, füsunkar və gözəl mənzərələr yaratmaqla məşhurdur.

Sual: Azərbaycanda yayılmış nadir fauna növü olan ceyran (Gazella subgutturoza) hansı xüsusi mühafizə olunan təbiət ərazilərində qorunur?

Cavab: Nadir və əsrarəngiz fauna növü olan ceyranın (Gazella subgutturoza) XIX əsrin ortalarında səhralarda, düzənliklərdə geniş yayılmış növ hesab edilirdi. Daha çox Qarabağ və Muğan düzlərində təsadüf edilirdi. Bizim əsrin 50-ci illərində ceyranın arealı və sayı azalmışdır. Hazırda əsas yayıldığı ərazilər Şirvan və Abşeron Milli Parkı, Bəndovan və Korçay Dövlət Təbiət Yasaqlıqlarında (8000 fərddən çox) hesab olunur.

Sual: Milli parkların dövlət , təbiət qoruqlarından fərqi nədən ibarətdir?

Cavab: Milli Parklar – xüsusi ekoloci, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Yaranma tarixi çox gənc olan və qısa müddət ərzində sayı 8-ə çatdırılan milli parkların təşkilində əsas məqsəd ətraf mühitin, ekoloci tarazlığın, təbiət abidələrinin qorunması şərtilə ekoturizmin inkişafı, ekoloci maarifləndirmənin gücləndirilməsi, regionun zəngin təbiətinin qorunması və tərənnümündən ibarətdir.
BiG.AZ məlumatına görə, Dövlət Təbiət Qoruqları isə – səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədilə yaradılan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik ərazilərdir. Dövlət Təbiət Qoruqlarının torpaqlarından, habelə onun hüdudlarında olan sudan bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 7120   Tarix: 23 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Uşaqlar üçün əşyalar, uşaq oyuncaqları Tezbazar.Az saytında

saytının Uşaqlar Üçün bölməsi övladlarınızı sevindirmək üçün doğru ünvandır!. Tezliklə övlad sahibi olacaqsınız deyə, evinizə uşaq mebeli axtarırsınız? Övladınızın sizdən tələb etdiyi hər hansı bir oyuncağı daha ucuz qiymətə almaq istəyirsiniz? Həm siz, həm də yoldaşınız işlədiyi üçün uşağınıza baxmağ

10.12.2024 429
.

Mebel sifarişi edərkən hansı kriteriyalara fikir verilməlidir?

Mebellər sifarişi edərkən sizi düşünməyə məcbur edən məsələlərdən biri də keyfiyyətli mebel seçməkdir. Keyfiyyətli mebel dedikdə söhbət təkcə istifadə olunan məhsulun davamlılığından getmir. Keyfiyyət göstəricilərinə həm də xarici estetik görünüş, dizayn xətti, funksionallıq, mexanizm, davamlılıq, praktikli

17.12.2024 1140
.

Başım partladı, damarımı düz tikmədilər – Xalq artisti

"3 ildir yuxuya həsrətəm, gecələr yata bilmirəm. Yatmayan adam necə olar? İşləmirəm, işsizlik də insanı xəstə salır". Bu fikirləri -a Xalq artisti Ənvər Həsənov söyləyib. "O vaxt avtomobillə qəzaya düşdüm. Başım partladı. Damarımı düz tikmədilər. Elə o vaxtdan bu haldayam. Xəstəyəm, özüm

10.12.2024 965
.

Dünyada ilk dəfə qadının iştirakı olmadan yetişən uşaq dünyaya gəlib

Perunun Lima şəhərindəki "Santa Isabel" klinikasında qadın bədəninin xaricində mayalanan ilk uşaq dünyaya gəlib. xəbər verir ki, bu barədə "Business Wire" ABŞ-ın "Gameto" biotexnoloji şirkətinə istinadən məlumat yayıb. Yumurtanın mayalanması "Fertilo" üsulu il

22.12.2024 701
.

Xidmetler.AZ - Kurslar və təlimlər, biznes kursları

Xidmətlər saytı -ın Kurslar və Təlimlər bölməsi ən aktual kateqoriyalardandır. Buraya daxil olmaqla, özünüz, övladınız və ya sizə yaxın olan başqa şəxslər üçün peşəkar kurslar seçə bilərsiniz. -ın bu bölməsində ingilis və rus dilləri ilə yanaşı, ərəb dili, Norveç dili, İvrit dili, Mühasibat-1C proqram

14.12.2024 1170
.

Tezbazar.Az - Pulsuz Elanlar Saytı

Azərbaycanda pulsuz elanlar saytı ilə siz gündəlik Alqı satqı əməliyatlarınızı asanlıqla edə bilərsiz. Daşınan və ya daşınmaz əmlakınızı satmaq üçün hansısa şəxsə və ya şəxslərə müraciət etməyə artıq ehtiyac yoxdur! Onlayn elanlar platforması olan bu tip məsələlərdə köməyinizə çatacaq. Saytımızda ela

11.12.2024 1036
.

Beyni məhv edən meyvənin adı AÇIQLANDI

Alimlər müəyyən ediblər ki, məşhur tropik meyvə olan liçinin həddindən artıq istifadəsi beyin sağlamlığı üçün ciddi fəsadlara səbəb ola bilər. Liçinin tərkibində təbii toksinlər, məsələn, hipogliosin var ki, müəyyən şəraitdə sinir sisteminin kəskin pozulmalarına yol aça bilər. Bu meyvə xüsusilə ac qarın

15.12.2024 1124
.

76 il əvvəl itən muncuq qadının qulağından tapıldı

Rusiyanın Moskva vilayətinin Vidnoye şəhərində yaşlı qadın demək olar ki, ömrü boyu qulağında nadir əşya gəzdirib. Onun eşitmə qabiliyyəti zəifləməyə başlayanda həmin əşya tapılaraq qulağından çıxarılıb. yerli mediaya istinadla xəbər verir ki, 81 yaşlı təqaüdçü Vidnovskaya Şəhər Xəstəxanasına gələrə

22.12.2024 336
.

Təzə balığı belə tanımaq olar

"Balıq mövsümü başlayanda bazarlarda və mağazalarda təzə balıq bolluğu müşahidə edilir. Bu yaxşı xəbər olsa da düzgün olmayan seçimlər zəhərlənmə riskini artırır. Balıq alarkən və istehlak edərkən diqqət yetirməli olduğumuz bəzi məqamlar var. Balıq alarkən mağazalardan, marketlərdən almaq daha məqsədəuyğundur

21.12.2024 276
.

TOP MP3