Ayın düşünüldüyündən daha əvvəl yarandığı ortaya çıxdı: Nə baş verib?
ABŞ, Fransa və Almaniyadan olan alimlər müəyyən ediblər ki, Ay təqribən 4,53 milyard il əvvəl - düşünüldüyündən yüz milyonlarla il daha erkən yaranmış ola bilər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Nature" jurnalında material dərc olunub.
Ay gənc Yerin nəhəng kosmik cisimlə toqquşması nəticəsində yaranıb ki, bu cismin ölçüsü Marsla müqayisə edilə bilər. Bu toqquşma zamanı planetimizin maddəsinin bir hissəsi kosmik fəzaya atılıb və orada zaman keçdikcə peyk yaranıb.
Uzun müddət hesab edilirdi ki, Ay doğulduqdan dərhal sonra qlobal maqma okeanı ilə örtülüb və daha sonra bərkiyərək Ay səthini əmələ gətirib. Son vaxtlara qədər Ayın yaşı bu okeanda əmələ gələn Ay süxurları əsasında müəyyən edilirdi və təxminən 4,35 milyard il təşkil edirdi.
Lakin Ayda kəşf edilən yeni mineralların təhlili bu mənzərəni xeyli dəyişib. Ayın yaşının müəyyən edilməsi üçün alimlər sirkondan - tərkibində uran olan mineraldan istifadə ediblər. Bu element tədricən məlum sürətlə qurğuşuna çevrilir ki, bu da tədqiqat zamanı nümunənin yaşını dəqiq təyin etməyə imkan verir. Məlum olub ki, Ay sirkonlarının yaşı 4,46 - 4,51 milyard ilə çatır ki, bu da peykin doğulmasından dərhal sonra qlobal maqma okeanının mənşəyi haqqında fərziyyə ilə uyğun gəlmir. Alimlər belə qənaətə gəliblər ki, Ay daha əvvəl əmələ gəlib, təxminən 4,35 milyard il əvvəl isə onun səthində qlobal ərimə prosesi baş verib.
Yeni hesablamaya əsasən, Ayın yaşı 4,43-4,53 milyard il arasındadır. Bu o deməkdir ki, o yaşı 4,54 milyard il hesab edilən planetimizlə demək olar, eyni vaxtda formalaşıb.
Bu məlumatlar bir sıra sirləri izah etməyə kömək edir. Məsələn, niyə Ayda gözləniləndən daha az böyük toqquşma kraterləri var: ərimə erkən toqquşmaların izlərini silmiş ola bilər. Bundan əlavə, bu, Yerlə müqayisədə Ayda metalların daha az konsentrasiyasını da izah edir - onlar təkrar ərimə zamanı dərinliklərə getmiş ola bilərlər.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1054 Tarix: 22 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə
10.09.2021 1424 "Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...
Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin
12.09.2021 1068 Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
14.09.2021 1495 Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə
16.09.2021 877 Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir
Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri
12.09.2021 489 Bakıda dördəm doğulub - VİDEO
Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları
15.09.2021 942 Doğum evində skandal: 20 il sonra məlum oldu ki...
İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus
12.09.2021 2121 Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO
Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr
12.09.2021 1423 Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO
İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin
16.09.2021 3201