Fransada Nizami Gəncəviyə həsr olunan sərgi keçirilib - FOTO

Noyabrın 19-da Strasburqda Heydər Əliyev Fondunun dəstəyi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi çərçivəsində tədbirlər keçirilib. BiG.AZ-ın məlumatına görə, həmin gecə Rin sarayında Nizami Gəncəviyə həsr edilən sərginin açılışı olub. Sərgidə Nizami dövrünə aid edilən arxeoloji tapıntılar - Şirvanşahlar və Atabəylər dövrünün pul sikkələri, zərgərlik nümunələri, məişət əşyaları, orta əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaları, miniatürlərin əks olunduğu çini qablar və "Xəmsə"yə daxil olan poemaların süjetləri əsasında işlənən xalça və batiklər, Nizami dövrünün geyim nümunələri nümayiş etdirilib.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov Nizami Gəncəvinin zəngin irsinin 8 əsr sonra da aktuallığını saxladığını vurğulayıb. O, Nizami Gəncəvinin əsərlərinin bərabərlik, dünyəvilik kimi humanizm dəyərləri üzərində qurulduğunu deyib.

Azərbaycanda dahi mütəfəkkirin irsinin öyrənilməsi və yaşadılması istiqamətində görülən işləri qeyd edən Elçin Əmirbəyov Nizami Gəncəvi yaradıcılığının qorunmasında, dünyada təbliğində Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban Əliyevanın boyük xidmətlərinin olduğunu bildirib. 1991-ci ilin YUNESKO tərəfindən "Nizami Gəncəvi ili" elan olunduğunu xatırladan səfir Əmirbəyov belə bir sərginin 12-ci əsr və 21-ci əsrlər arasında körpü rolu oynadığını, keçmişin bugünkü dövrdə yaşadılması istiqamətində əhəmiyyətli olduğunu deyib.

Strasburqun belə bir sərgiyə ev sahibliyi etməkdən məmnunluğunu bildirən Fransanın mədəniyyət nazirliyinin Elzas regionunda mədəniyyət məsələləri üzrə regional direktoratının baş direktoru Alan Hauss Strasburq və Gəncə universitetləri arasında 1999-cu ildə əməkdaşlıq müqaviləsinin imzalandığını, Strasburq kitabxanasında Nizami Gəncəviyə aid əlyazmaların saxlandığını deyib və bu sərginin mövcud münasibətlərin yüksək səviyyədə davamı olduğunu qeyd edib.

Sərgi zamanı XIX əsrin sonu - XX əsrin əvvəlində Gəncədə çəkilmiş fotoşəkillər, Nizami Gəncəvinin Gəncə şəhərindəki məqbərəsinin maketi, Bakı, Sank-Peterburq, Moskva, Roma və Pekində ucaldılmış abidələrinin fotoları da böyük maraqla izlənilib.

Sərgidən sonra Strasburqun Musiqi və Konqres Sarayında Azərbaycan Xalq Çalgı Alətləri Orkestrinin konsert proqramı da təqdim olunub. Azərbaycanın xalq və bəstəkar mahnıları, o cümlədən Nizami Gəncəvinin əsərlərinin fransız dilində təqdimatı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Üzeyir Hacıbəyli, Cahangir Cahangirov, Fiktər Əmirov, Süleyman Ələsgərovun əsərləri, "Bayatı Şiraz", "Sarı gəlin" konsert zamanı zalda möhtəşəmlik yaşadıb.

Sərgi və konsert çərçivəsində Heydər Əliyev Fondu tərəfindən hazırlanan Nizami Gəncəviyə aid nəşrlər təqdim olunub.

Xatırladaq ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Nizami Gəncəvinin 870 illik yubileyi Strasburqdan əvvəl Parisdə qeyd olunub.

Strasburqda açılan sərgi fevral ayınadək davam edəcək.

Fransada Nizami Gəncəviyə həsr olunan sərgi keçirilib - FOTOFransada Nizami Gəncəviyə həsr olunan sərgi keçirilib - FOTOFransada Nizami Gəncəviyə həsr olunan sərgi keçirilib - FOTOFransada Nizami Gəncəviyə həsr olunan sərgi keçirilib - FOTOFransada Nizami Gəncəviyə həsr olunan sərgi keçirilib - FOTOFransada Nizami Gəncəviyə həsr olunan sərgi keçirilib - FOTOFransada Nizami Gəncəviyə həsr olunan sərgi keçirilib - FOTOFransada Nizami Gəncəviyə həsr olunan sərgi keçirilib - FOTOFransada Nizami Gəncəviyə həsr olunan sərgi keçirilib - FOTOFransada Nizami Gəncəviyə həsr olunan sərgi keçirilib - FOTOFransada Nizami Gəncəviyə həsr olunan sərgi keçirilib - FOTOFransada Nizami Gəncəviyə həsr olunan sərgi keçirilib - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3043   Tarix: 22 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467