Azərbaycanlı Türkiyədə ilk uşaq simfonik orkestrini yaradıb - VİDEO

Azərbaycanlı Türkiyədə ilk uşaq simfonik orkestrini yaradıb - VİDEOBiG.AZ anspress-ə istinadən xəbər verir ki, Azərbaycanlı musiqi mütəxəssisi Türkiyənin Ədirnə şəhərində ilk dəfə olaraq uşaq simfonik orkestri yaradıb.

Əli Əkbərov Trakya Universitetinin professorudur. 1984-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirən və 1998-ci ilədək orda müəllim kimi çalışan Əli Əkbərov daha sonra Türkiyınin Ədirnə şəhərindəki Trakya Universitetindən iş təklifi alır. Artıq 15 ildir orda fəaliyyət göstərir.

Trakyada bir sıra ilklərə imza atan Əli Əkbərov burda baxça yaşlı uşaqların da dərs ala biləcəyi məktəb açıb. 2000-ci ildə Türkiyədə ilk dəfə olaraq uşaqlardan ibarət simfonik orkestr yaradıb. Trakya Universitetində Konservatoriyanın təməlini qoyub. O, rəhbərlik etdiyi orkestr ilə nəinki Türkiyədə, həm də ölkədən kənarda da konsertlər verir.

Azərbaycan klassik musiqisi türk klassik musiqisindən qat-qat zəngin olduğunu deyən Əli Əkbərov burda həmçinin milli musiqini də tanıdır. Trakya Konservatoriyasında müəllim kimi çalışan həyat yoldaşı Leyli Əkbərova da dəsr proqramlarında Azərbaycan bəstəkarlarının əsərlərinə yer verdiklərini deyir.

Əli Əkbərovun təhsil verdiyi tələbələrin bir çoxu da artıq müəllim kimi çalışır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 1273   Tarix: 08 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390