Azərbaycan kinosunda erməni aktyor - FOTO

Azərbaycan tamaşaçılarının uzun illərdir sevə-sevə baxdığı bir sıra milli filmlərin əsas obrazlarını əcnəbi aktyor və aktrisalar canlandırıblar. Bəzilərimiz onları filmdəki qəhrəmanların adı ilə tanıyırıq, gerçəkdə isə kim olmalarından xəbərsizik. Hətta həmin aktyor və ya aktrisanı azərbaycanlı hesab edənlər də az deyil.

BiG.AZ saytı "Azərbaycan kinosunun əcnəbi qəhrəmanları" adlı rubrikasında oxuculara milli filmlərimizdə əsas rolların ifaçıları olmuş xarici aktyor və aktrisalar haqqında məlumatın təqdimatına davam edir.

"Onu bağışlamaq olarmı?" filmi Azərbaycan kino tarixində özünəməxsus yeri və rolu olan ekran əsəridir.
Rejissor Rza Təhmasibin 1959-cu ildə çəkdiyi filmdə cinayət axtarışı əməkdaşlarının və ictimai asayişin keşiyində duran milis işçilərinin mürəkkəb və çətin işlərindən danışılır. Süjetin əsasını isə qatı cinayətkarın təsiri altına düşmüş gənc Tərlanın dramatik taleyi təşkil edir.

Yəqin ki, Azərbaycan tamaşaçılarının əksəriyyəti filmin baş qəhrəmanı Tərlanı hansı aktyorun oynadığı barədə müfəssəl məlumata malik deyil. Elə isə tanış olun: Tərlan rolunun ifaçısı erməni aktyoru Qurgen Tonuntsdur. Filmdə erməni aktyorun canlandırdığı Tərlan obrazını məşhur aktyorumuz Həsənağa Salayev səsləndirib. Yeri gəlmişkən, Həsənağa Salayevin özü də bu filmdə kapitan Qüdrət rolunda oynayır.

Bəs Qurgen Tonunts kim olub?

Qurgen Ovanesoviç Tonunts tanınmış erməni mənşəli sovet kinoaktyorudur. 1922-ci il sentyabrın 2-də Tbilisidə anadan olub.
1938-1941-ci illərdə Murmansk gəmiçilik məktəbində oxuyub. Tonunts paralel olaraq yerli teatr studiyasında çalışıb. 1941-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Hərbi xidmətini Şimal donanmasındakı SKR-19 mühafizə gəmisində ("Semyon Dejnev adına buzqıran paraxod) keçib. 1942-ci il avqustun 27-də Dikson limanında alman ağır kreyseri "Admiral Şeer"lə döyüşdə iştirak edən Qurgen Tonunts yaralanıb.

Onun kino debütü 1947-ci ildə baş tutur. Həmin il erməni aktyor Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olur və Lev Kuleşovun qrupunda təhsil alır. Təhsilini 1952-ci ildə başa vurur.
1952-1956- cı illərdə Qazaxıstanın Kustanay vilayətinin Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərib. 1957-ci ildən Moskvada kinoaktyorlar üçün təşkil edilən teatr studiyasında aktyorluq edib.
1957-ci ildə ilk dəfə "Şəxsən tanış olan" filmində "Kamo" rolu Qergen Tonuntsa məşhurluq gətirir. Filmdə o, erməni inqilabçı Kamo obrazını canlandırır.
Tonunts məktəbdən sonra Murmansk Ali Dənizçilik məktəbinə gətirir. Dəfələrlə o, çətin şimal səfərlərində, "Sedov" paroxodunun buzlardan azad olunmasında iştirak edib və Dikson, Şpiçbergen, Frans-İosif torpağı adalarında, Kolımada olub. Böyük Vətən Müharibəsi zamanı Tonunç hərbi əməliyyatlarda, o cümlədən "Dejnev" buzqıran paraxodunun heyətində ağır alman kreyseri "Admiral Şeer"lə toqquşmasında iştirak edir. Bir neçə qəfil hərbi əməliyyatların keçirilməsinə rəhbərlik edib.
Müharibədən sonra Qurgen Tonunts Gerasimov adına Ümumrusiya Kinematoqrafiya institutuna gəlir. Lev Kuleşovun qrupunda rejissorluq, Belokurovanın qrupunda isə aktyorluq dərsləri alan Qurgen aktyorluğa başlayır.

Onu 1959-cu ildə "Azərbaycanfilm"də çəkilən "Onu bağışlamaq olarmı?" filminə çağıraraq baş rola çəkirlər. Bu, sovet ideologiyasının diqtəsi idi, Azərbaycan filmlərinə digər respublikalardan olan aktyorlardan da kimsə çəkilməliydi.
Qurgen Tonunç 1997-ci il sentyabrın 21-də Moskvada vəfat edib. Aktyor Troekurov qəbirstanlığında dəfn olunub.
Erməni aktyorun teatr rollarına gəldikdə Voyniçin "Ovod" əsərində Panşin, İvan Turgenevin "Dvoryan Yuvası"nda Panşin, Evgeni Şeremet "Kənardakı ev", "On ikinci gecə" əsərində "Ser Tobi", Ostrovskinin "Personal iş" əsərində Poludin rollarını ifa edib. Qurgen Tonunç Yakutiya MSSR-nın əməkdar artisti (1961), Ermənistan SSR-nin (1967) və Rusiya Federasiyasının (1993) xalq artistidir.

Azərbaycan kinosunda erməni aktyor - FOTOAzərbaycan kinosunda erməni aktyor - FOTOAzərbaycan kinosunda erməni aktyor - FOTOAzərbaycan kinosunda erməni aktyor - FOTOAzərbaycan kinosunda erməni aktyor - FOTOAzərbaycan kinosunda erməni aktyor - FOTO


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 6041   Tarix: 06 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yeni il niyə yanvardın 1-i qeyd edilir? - maraqlı FAKTLAR

31 dekabrdan 1 yanvara keçən gecə təbii bir başlanğıc nöqtəsi kimi qəbul olunur. xəbər verir ki, tarixi baxımdan ilin başlanğıcı dəfələrlə dəyişib və bizə tanış olan tarix nisbətən gec formalaşıb. Rusiyada Yeni ilin 1 yanvarda qeyd olunmasına yalnız 1700-cü ildə I Pyotrun fərmanı ilə başlanılıb. Onda

14.12.2025 988
.

Xidmetler.AZ - Təhlükəsizlik kameraları, təhlükəsizlik sistemləri

Xidmətlər təklif edən XİDMETLER.AZ- saytinda müasir dövrdə ən çox tələb olunan texniki avadanlıqlardan təhlükəsizlik kameraları haqda elanlar toplanıb. Xüsusən, həyət evi, villası və obyekti olanlar nəzarət kameralarına ehtiyac duyurlar. Ancaq son illərdə bina evlərinə təhlükəsizlik kameraları qoşduranları

15.12.2025 699
.

Ən bahalı 10 Yeni il şam ağacı - SİYAHI

Amerikada ənənəvi bir şam ağacının qiyməti orta hesabla 30-150 ABŞ dolları arasında dəyişir. Lakin bəzən bəzi şəhər və müəssisələr Yeni il ağaclarını bəzəmək və nümayiş etdirmək üçün milyonlarla dollar xərcləyirlər. BİG.AZ -a istinadla qiyməti 1 milyon dollardan artıq olan bu 10 ağacı təqdim edir. 10

09.12.2025 613
.

Avadanlıq icarəsi Xidmetler.AZ saytında

Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi

17.12.2025 1466
.

Göz sağlamlığı üçün faydalı təbii qidalar

Qeyri-sağlam qidalanma və ekoloji amillər bütün orqanlara, o cümlədən, gözlərin sağlamlığına mənfi təsir göstərir. Son vaxtlar bioaktiv qidalara tələbat olduqca artmaqdadır. Bitki mənşəli bioloji aktivliyə malik həmin məhsullar kapsul, tablet, toz, sirop və digər formada hazırlanır. Ona görə də gözlə

09.12.2025 520
.

Einşteyn haqlı çıxdı: Marsda zaman daha sürətlə keçir

Alimlər kəşf ediblər ki, Marsda zaman, Dünyaya nisbətən daha sürətlə keçir. xəbər verir ki, orta hesabla, hər 24 saatda Marsda saatlar 477 mikrosaniyə (saniyənin milyonda biri) daha sürətli işləyir. Bu fərq, Marsın Dünyadan zəif kütlə cazibəsinə malik olması ilə bağlıdır. Daha zəif cazibə zamanı sürətləndirir

14.12.2025 461
.

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

Mütəxəssislərə görə, kartof qızardarkən duz kartoflar yağdan çıxan kimi, yəni hələ isti və üzəri yağlı ikən əlavə edilməlidir. Çiy kartofa və ya qızartma zamanı duz atmaq, kartofun suyunu buraxmasına və çıtırlığını itirməsinə səbəb olur. İsti səthə səpilən duz isə həm daha yaxşı yapışır, həm də dadı

13.12.2025 315
.

Nə şama ehtiyac var, nə lampaya - 10 gün yanır - VİDEO

İşıqlar sönübsə, evdə də şam yoxdursa, effektiv, ancaq təhlükəli üsul var. bildirir ki, armudu stəkana biraz düyü töküb, üzərinə su, sonra da duru yağ əlavə edib, qulaq çöpü batıraraq yandırmaq mümkündür. Eksperimenti edən şəxsin iddiasına görə bu üsulla alov 10 günə qədər davam edə bilər. Qeyd edə

13.12.2025 635
.

Balığın təzə olub-olmadığını belə yoxlayın

Balığın təhlükəsiz olması üçün onu düzgün seçmək, saxlamaq və hazırlamaq çox vacibdir. xarici mediaya istinadla xəbər verir ki, həkimlərbalıq alarkən nələrə diqqət etməli olduğunuzu, məhsulu necə saxlamaq və bişirmək lazım olduğunu izah edib. Qeyd edilir ki, hətta piştaxtada diri görünən balıq belə

14.12.2025 469
.

TOP MP3