Hər məlhəmi hər yaraya dərmanmı sanırsan?

Hər məlhəmi hər yaraya dərmanmı sanırsan?İnsan üstün tərəfləri ilə birlikdə qüsurları da çox olan bir varlıqdır
Ona qədər heç bir canlı köksündə bu qədər ziddiyyət bəsləməmişdir. O, Cənnətlərin səmasında qanad çırpıb pərvaz edərkən, gözlənilməz sapmaları ilə cəhənnəmin ən qorxunc çuxuruna qədər enə bilən bir müəmmadır. Onda uçurumlaşan bu qorxunc eniş və yoxuşlar arasında münasibət axtarmaq da bihudədir. Çünki insan oğlunda səbəblər, nəticələr tamam fərqli istiqamətlərdə hərəkət edir.

Bəzən tarladakı taxıl zəmisi kimi dayanmadan yatıb-qalxar; bəzən heybətli bir çinara bənzəsə də, devrilər və bir daha ayağa qalxa bilməz. Mələkləri qibtəyə saldığı anları az olmadığı kimi, şeytanları utandıran davranışları da az deyil insan oğlunun.

İstedadında bu qədər enişlər və yoxuşlar olan insan üçün günah əsas olmasa da, müqəddərdir, yəni bir növ qaçılmaz kimidir. Kirlənmə arizi-soyla, yəni irslə deyil, sonradan olsa belə, gözləniləndir. Kirlənib fitrətini ifsad edən, yəni pozan belə bir varlıq üçün əfv hər şeydir.

Əfv diləmə, əfv umma və əldən çıxan fürsətlər üçün fəryad etmə, idrak və şüur işi olması etibarilə nə qədər qiymətlidirsə, əfv etmə də bir o qədər, hətta ondan daha böyük bir ucalıq və fəzilət işidir. Əfvi fəzilətdən, fəziləti də əfvdən ayrı düşünmək mütləq səhvdir. "Kiçikdən qüsur, böyükdən əfv" zərbi-məsəlini bilməyən yoxdur. Və nə qədər də yerində deyilib!

Əfv edilmə bir ruhi abadlıq, özünə qayıdış və yenidən özünü dərk etmə deməkdir. Buna görə də, Rəhməti Sonsuzun dərgahında ən sevimli davranış, hərəkət bu qayıdış və axtarış düşüncəsi və bu düşüncənin verdiyi həyəcan içində yaşanmış həyatdır.

Canlı-cansız bütün varlıq əfvi insanla tanıdı. Haqq-Təala insanda əfvediciliyini göstərdiyi kimi, əfv etmənin gözəlliyini də onun qəlbinə nəqş etdi. İlk insan, insanlıq fitrətinin gərəyi yanlışlıqla özünə bir zərbə endirərkən, vicdanında duyulan hiss, bir inilti və yalvarış, bu fəryada səmadan qopub gələn də bir əfv idi...

İnsanlıq ilk atası ilə əldə etdiyi bu hədiyyəni ümid və təsəlli kimi əsrlərlə mühafizə etdi. Hər xətasında o sehirli taxtın üstünə minərək, günahların xəcalətindən və ümidsizlikdən yüksəlib Sonsuz Rəhmətə çatdığı kimi, başqalarının işlədiyi günahlara qarşı da onu gözünə pərdə etmə alicənablığını göstərdi.

Əfv edilmə ümidi sayəsində insan, üfüqünü bürüyən qara buludların arxasındakı aləmə yüksəlib dünyasını aydın görmə imkanını əldə edər. Əfvin yüksəldici qanadlarından xəbərdar olan talelilər həyat boyu ruhlara fərəh verən bu zümzümə içində yaşarlar.

Əfv edilməyə könül vermiş bir insanı əfvedicilikdən uzaq düşünmək mümkün deyildir. O, əfv edilməni sevdiyi kimi, əfv etməni də sevir. Xətalarının qəlbdə alovlandırdığı iztirab atəşindən xilas yolunun əfv kövsərlərindən doya-doya içməkdə olduğunu bilənin əfv etməməsi mümkündürmü..?

Üstəlik bağışlanma yolunun əfv etməkdən keçdiyi məlumdursa... Əfv edənlər əfvə məzhər olar. Bağışlamağı bilməyən bağışlanmaz. İnsanlara müsamihə yolunu kəsənlər insanlığını itirmiş canavarlardır. Bir dəfə öz günahına baxıb xəcalət çəkməmiş bu insanlıqdan uzaq "insanlar" heç vaxt əfvedicilikdəki bu uca həzzi, zövqü dərk edə bilməyəcəklər.

Hz. Məsih (ə.s.) daş-qalaq edilməyə aparılan bir günahkar qarşısında əli daşlı izdihama belə səslənmişdi: "İlk daşı heç günahı olmayan atsın!" Bu ifadədəki incəliyi anlayan hansı insan daşqalaq ediləsi vücudu varkən, başqasını daşlamağa cürət edər? Kaş həyatını başqalarının günahlarını müzakirə etməklə keçirən günümüzün talesizləri bunu anlaya idilər..!

Mücrim (günahkar) cəzalandırılar və cəzalandırmada şəfqət daxil, heç bir uca duyğu, fərmanı yüksək yerdən verilən bu hökmün icrasına mane ola bilməz. Lakin kin və nifrətimizin məhkum etdiyi şəxsləri topa tutmağa dair bir hökmün olduğunu iddia etmək də qeyri-mümkündür. Düzü, biz mənliyimizdəki bütü bir Hz. İbrahim (ə.s.) cəsarəti ilə yıxmadıqca nə nəfsimiz üçün, nə də başqaları üçün heç vaxt məqsədəuyğun qərar verməyə qadir ola bilməyəcəyik...

Əfv, insan övladı ilə gün üzünə çıxmış və onunla kamillik qazanmışdır. Buna görə də, ən Uca Qamətdə (s.ə.s.) ən geniş əfvetməyə şahid oluruq.

Kin və nifrət isə xəbis ruhların insanlar arasına səpdiyi Cəhənnəm toxumlarıdır. Yer üzünü cəhənnəmə çevirən bu kin və nifrət körükləyənlərə müqabil, min bir böhran içində məchullara sövq edilən insanımızın imdadına əfvediciliklə can atmalıyıq. Geridə qoyduğumuz bu bir-iki əsr əfv bilməzlərin, müsamihə tanımazların öyümələri ilə ən kirli və xoşagəlməz hala gətirildi. Gələcəyə də bu nəsibsizlərin hökm edəcəyini düşündükcə ürpərməmək qeyri-mümkündür.

Buna görə də, bugünkü nəsillərin öz övlad və nəvələrinə ən böyük hədiyyəsi "əfv etməni" öyrətmək olacaq. Ən kobud davranışlar, ən ürəkbulandırıcı hadisələr qarşısında belə əfv etməni... Lakin ruhu qabalaşmış, vicdanı ağrı-acı çəkdirməkdən zövq alan insana bənzər varlıqların əfv edilməsini düşünmək də, əfv etmə anlayışına qarşı bir hörmətsizlikdir. Bəli, onları əfv etmək həm əlimizdən gəlməz, həm də bu insanlığa qarşı böyük bir hörmətsizlik olar. Belə bir hörmətsizliyi məqbul görəcək və göstərəcək birini də tanımırıq.

Müəyyən bir keçmişə malik düşmənçilik təlqinləri altında yetişən bir nəsil, içinə düşdüyü qaranlıq dünyalarda arenaların dəhşət və vəhşətini seyr etdi. İllərin laqeydliyi və səhv təlqinləri altında ikinci bir fitrət qazanmış bu nəsli, bir sel və tufan halına gəldiyi bu dəqiqələrdə barı anlaya bilsəydik! Əfsuslar olsun! Hanı o bəsirət...

Əfvin və tolerantlığın bir çox yaramıza məlhəm olacağına inanırıq. Yetər ki, bu səmavi silah, dilindən anlayanların, əsl sahiblərinin əlində olsun. Yoxsa indiyə qədər, sağalmaq üçün etdirdiyimiz səhv müalicələr qarşımıza bir çox əks nəticə çıxaracaq və bizi çaş-baş salacaq.

"Bil illəti, et sonra müdavətə təsəddi: Hər məlhəmi, hər yarəyə dərmanmı sanırsan." (Ziya Paşa)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1035   Tarix: 03 noyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627