Uşaqların ən çox sevdiyi 10 it növü - FOTO
Beagle: Əslən ov iti olan Beaglelər hərəkətli uşaqlar üçün mükəmməl oyun dostudur. Tez yorulmurlar, dost sevəndirlər, ağıllı və şəndirlər. Evdə saxlamaq olduqca asandır, amma vasvası analara xəbərdarlıq etmək lazımdır ki, tük tökürlər. Nizamlı olaraq tüklərinin daranması və yuyulması lazımdır.
Bull Terrier: Bull Terrier xarici görünüşünə görə bir az ürküdücü görünə bilər, amma olduqca şən və oyun oynamağı sevən bir irqdir. Geniş ailələr üçün mükəmməl bir seçimdir. Bull Terrierlər sevginizə sizi və uşaqlarınızı qoruyaraq cavab verirlər.
Bulldoq: Bulldoqlar əgər enerjili uşağınız varsa seçə biləcəyiniz ən doğru seçim olar. Geniş evlərdə yaşamağa uyğundurlar.
Collie: Onlar son dərəcə itaətli, nə edəcəyi əvvəldən müəyyən olunan, həssas, nəzakətli bir növdür. Asanlıqla tərbiyə edilir, itlərə vərdiş olmayan ailələr üçün son dərəcə uyğundur. Bu itlər uzun tükləri ilə məşhurdur. Uzun tük də nizamlı daranma və diqqət tələb edir. Collielər uşaqlarla çox yaxşı yola gedir.
İrlandiya setteri: Havalı görüntüsü və parlaq qırmızı tükləriylə məşhur olan bu itlər enerjilidir. İnsanlarla vaxt keçirməyi sevirlər. Lakin bu itlər çox hərəkət istədikləri üçün gündəlik uzun məşqlərə ehtiyacları olur. Enerjili uşaqlar üçün yaxşı bir seçimdir.
Golden Retriever: Xarici görünüşləri bir-birinə çox bənzəsə də Labradorlar qədər iri deyillər və daha uzun tüklərə sahibdirlər. Ağıllı, nəzakətli, özünə etibarlı və sadiqdirlər. Əsla aqressiv ya da ürkək deyillər. Son dərəcə səbrlidirlər, bu da uşaqlar üçün mükəmməl it növüdür. Enerjilərini atmaq üçün bol-bol məşq etməlidirlər.
Labrador Retriever: Bu itlər ən çox seçilən itlərdəndir. Çünki Labradorlar son dərəcə qoruyucu, səbrli və etibarlıdır. Gözəllikləri qədər şirinlikləri və zəkaları ilə də məşhurdurlar. Qısası, ailələr üçün mükəmməl bir seçimdir.
New Foundland: Onların ləqəbi "Babysitter"dir. Uşaqları çox sevirlər və onlara qarşı son dərəcə qoruyucudurlar. İri görünüşlərinə baxmayaraq nəzakətli, sakit və səbrlidirlər. Bu itlər geniş, açıq həyətləri olan ailələr üçün çox uyğundur. Çox tüpürcəkləri axır və tük tökürlər.
Poodle: Ümumiyyətlə, sahibləri tərəfindən axmaq hala salınan bu itlər son dərəcə ağıllı və nəzakətlidirlər. Allergiyası olan uşaqlar üçün də uyğundur, çünki çox az tük tökürlər. Onlara daimi tük baxımı lazımdır.
Viszla: Bu irqin adını daha əvvəl eşitməmiş ola bilərsiniz, lakin onlar uşaqlarla ən yaxşı davranan növdən biridir. Səssizdirlər və kiçik uşaqların birlikdə oynaması üçün mükəmməl bir seçimdir. Ailəsinə çox bağlanır və yeni nömrələri asanca öyrənir. Və ən müsbət cəhəti digər itlər kimi iy verməmələridir.










BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş


