Macarıstanda siyasi dəyişiklik: Müxalifətin qələbəsi Avropa və Ukrayna siyasətini necə dəyişdirəcək? - POLİTOLOQDAN AÇIQLAMA

Macarıstanda siyasi dəyişiklik: Müxalifətin qələbəsi Avropa və Ukrayna siyasətini necə dəyişdirəcək? - POLİTOLOQDAN AÇIQLAMAAprelin 12-də Macarıstanda keçirilən parlament seçkilərində müxalif qüvvələrin qələbəsi artıq rəsmiləşib və uzun illər hakimiyyətdə olan Viktor Orban seçkidə məğlub olub. Yeni hökumətə isə müxalif "Tisa" hərəkatının lideri Peter Magyar başçılıq edəcək. Bu nəticə ölkənin siyasi kursunda ciddi dəyişikliklərin anonsu kimi qiymətləndirilir. İndi əsas sual yeni baş nazirin rəhbərliyi altında Macarıstanın xarici siyasətinin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlıdır.

Xüsusilə, son illərdə gərginləşən Avropa Birliyi ilə münasibətlərin yaxşılaşdırılıb-yaxşılaşdırılmayacağı və Ukrayna ilə əlaqələrin normallaşdırılıb-normallaşdırılmayacağı diqqət mərkəzindədir. Seçki kampaniyası dövründə verilən vədlər Qərblə daha sıx əməkdaşlığa və Avropa institutları ilə münasibətlərin bərpasına işarə etsə də, bu kursun praktikada necə həyata keçiriləcəyi hələ də açıq qalır. Yeni hökumətin atacağı addımlar təkcə Macarıstan üçün deyil, ümumilikdə regionun siyasi balansı baxımından da mühüm əhəmiyyət daşıyır.
Macarıstanda siyasi dəyişiklik: Müxalifətin qələbəsi Avropa və Ukrayna siyasətini necə dəyişdirəcək? - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, Macarıstanda uzun illər ölkəyə rəhbərlik etmiş Viktor Orbanın seçkilərdə məğlubiyyəti fonunda baş verən hakimiyyət dəyişikliyi həm daxili siyasi kursda, həm də xarici siyasət prioritetlərində müəyyən korrektələrin mümkünlüyünü artırır. Onun sözlərinə görə, xüsusilə, Avropa İttifaqı ilə münasibətlər və Rusiya-Ukrayna müharibəsi kontekstində rəsmi Budapeştin mövqeyi əsas diqqət mərkəzində qalır: "Məlum olduğu kimi Orban hakimiyyəti dövründə Macarıstanın Aİ ilə münasibətləri tez-tez gərginliklə müşayiət olunmuşdur. Hüququn aliliyi, media azadlığı və məhkəmə müstəqilliyi kimi fundamental prinsiplərlə bağlı Brüssel ilə Macarıstan arasındakı gərginlik fonunda Aİ fondlarının dondurulması kimi konkret addımlar atılmışdır. Ona görə də, yeni siyasi rəhbərliyin formalaşması ilə daha praqmatik və konsensus yönümlü xəttin seçilməsi ehtimalı yüksək qiymətləndirilir. Bu isə Aİ institutları ilə dialoqun intensivləşməsi, normativ uyğunlaşmanın sürətləndirilməsi və institusional islahatlar vasitəsilə maliyyə resurslarına çıxışın bərpası istiqamətində səylərin artmasına səbəb ola bilər. Belə bir transformasiya isə öz növbəsində Macarıstanın Aİ daxilində "bloklayıcı aktor" imicindən uzaqlaşaraq daha konstruktiv tərəfdaş kimi çıxış etməsini şərtləndirə bilər.

Digər mühüm istiqamət isə Macarıstanın Ukrayna məsələsinə yanaşmasıdır. Orban dövründə rəsmi Budapeştin Rusiyaya qarşı sanksiyalara ehtiyatlı münasibəti Aİ və NATO daxilində birmənalı qarşılanmamışdır. Yeni hakimiyyətin formalaşması fonunda Ukraynanın ərazi bütövlüyünə daha açıq və prinsipial dəstək, kollektiv qərarlarla daha yüksək səviyyədə uyğunlaşma və humanitar-maliyyə yardım mexanizmlərində daha fəal iştirak ehtimalı artır. Amma enerji təhlükəsizliyi məsələsinin strateji əhəmiyyəti nəzərə alındıqda, Rusiyadan qaz və neft asılılığının qısa müddətdə radikal şəkildə aradan qaldırılması real görünmür. Ona görə də, yeni hökumətin balanslaşdırılmış və mərhələli siyasət yürütməsi daha ehtimal olunan ssenari kimi çıxış edir. Macarıstan-Ukrayna münasibətlərində həssas məqamlardan biri də Zakarpatiyada yaşayan macar azlığın hüquqları məsələsidir. Orban hakimiyyəti bu məsələni ikitərəfli münasibətlərdə əsas şərtlərdən biri kimi irəli sürürdü.

Yeni siyasi kurs çərçivəsində isə bu mövzunun daha çox diplomatik kanallar və çoxtərəfli platformalar vasitəsilə idarə olunacağı və qarşılıqlı etimadın bərpasına yönəlmiş daha konstruktiv yanaşmanın ön plana çıxacağı gözlənilir. Bu isə regional sabitliyin möhkəmləndirilməsi nöqteyi-nəzərindənmühüm əhəmiyyət kəsb edir. Nəticə etibarilə, Macarıstanda hakimiyyət dəyişikliyi ölkənin xarici siyasət kursunda müəyyən korrektələrə səbəb ola bilər. Lakin bu dəyişikliklərin radikal deyil, daha çox tədricən həyata keçiriləcəyi və praqmatik xarakter daşıyacağı gözlənilir. Bu isə həm Aİ daxilində institusional dinamikanın, həm də regionda geosiyasi balansın yenidən formalaşmasına təsir göstərə bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 766   Tarix: 13 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

16:52 200
.

İlham Əliyev həmkarlarına təbrik məktubu ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, təbrik mətnində deyilir: . "Ölkənizin milli bayramı - Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbayca

13:19 155
.

Rusiya rəsmisi "Tramp Marşrutu" ilə bağlı Ermənistana dair iddia irəli sürüb

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovun sözlərinə görə, Ermənistanda "Tramp Marşrutu"nun ABŞ tərəfindən idarə olunması ölkədə Amerika özəl hərbi şirkətlərinin (PMC) və kəşfiyyat infrastrukturunun yaradılmasına gətirib çıxara bilər. xəbər verir ki, bu barədə TASS məluma

10:49 184
.

"Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır" - Video

"Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var". "Qafqazinfo" xəbə

12:20 168
.

Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd

16:28 169
.

Suverenlik Azərbaycanın xarici siyasət strategiyasıdır

"Prezident İlham Əliyevin oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışı ölkənin hazırkı inkişaf mərhələsinin mühüm xüsusiyyətlərindən birini aydın şəkildə ortaya qoydu: artıq bu gün suverenlik yalnız hüquqi kateqoriya və ya ərazi bütövlüyünün bərpasının nəticəsi kimi nəzərdə

13:20 168
.

Moldovanın hava məkanı PUA-larla pozulub

Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd

18:00 121
.

Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi - Video

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 68 kiloqram narkotik vasitə və 1600 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb. xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, paytaxt ərazisində, eləcə də Gəncə şəhərində keçirilən tədbirlərl

16:26 139
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıd

10:21 201
.