Tünzalə Ağayeva: "Çox adam bu yaşı mənə vermir" -müsahibə

Tünzalə Ağayeva: "Çox adam bu yaşı mənə vermir" -müsahibəBu gün əməkdar artist Tünzalə Ağayevanın doğum günüdür. Səbəbkar doğum günündə modern.az-ın suallarını cavablandırıb.

- Tünzalə xanım, öncə sizi təbrik edirik. Maraqlıdır ilk təbriki kimdən aldınız?

- Ad günümü ilk olaraq, ailəm, valideynlərim, övladım, yaxın dostlarım təbrik edir. Bir ənənə var. Öncə yaxın dostlar, sonra dəyərli tamaşaçılar, media nümayəndələri müxtəlif vasitələrlə mənə təbriklərin çatdırırlar. Hər biri sağ olsun.

- Ad gününüzü necə qeyd edəcəksiniz?

- İndiyə kimi heç vaxt təmtəraqlı ad günü keçirməmişəm. Hətta səfərdə, konsertlərdə keçirdiyim ad günüm də olub. Bu gün də ad günümü evdə dostlarla, yaxınlarla qapalı şəraitdə keçirəcəyəm. Çünki xasiyyətimdə təmtəraq sevmək yoxdur. Amma bəzən hiss edirəm ki, gələcək ad günülərimdən birini daha geniş çərçivədə keçirmək istərəm. Maraqlı bir gün keçirmək niyə də olmasın?

- Kimdənsə xüsusi təbrik gözləyirsiniizmi?

- Elə adamam ki, xüsusi kaprizlərim yoxdur. Ailəmdən və sevdiyim insanlardan nəsə uma bilərəm. Amma xüsusi nəsə olmasa, özümü pis hiss etməmək kim bir şey yoxdur.

- Yaşa dolduqca kompleks hiss edirsinizmi?

- Yox, yox. Hər yerdə çox rahat deyirəm ki, 1976-cı ildə anadan olmuşam, bu gün 37 yaşım tamam olur. Amma sağlam həyat tərzi sürdüyümdən çox adam bu yaşı mənə vermir. Bu normnaldır, insan hər yaşını yaşamalıdır.

- Yaşlanmaqdan qorxmurusnuz ki?

- Qətiyyən. Əksinə, yaşım rəqəm olaraq çoxaldıqca, içimdəki enerji çoxalmağa başlayır. Sanki gənclik enerjisi doğulur məndə yenidən.

- Özünüzə edəcəyiniz hədiyyə var?

- Mənim hədiyəm yeni yazacağım mahnı ola bilər ki, onun üzərində işləyirəm. Bu gün bir neçə dəyərli dostlarımın-müğənni Xəyyam Nisanovun, teleaparıcı İlkin Həsəninin, bəstəkar İsa Məlikovun da ad günüdür. Onları da təbrik edirəm. Bu insanlar əzizlərimdir, xətirlərini çox istəyirəm. Bütün mənə gələn təbrikləri, arzuları, diləkləri onlara da arzulayıram.

- Yaradıcılıqda nə yeniliklər var?

- Böyük Hüseyn Cavidin sözlərinə yazdığım "Gülbahar" adlı mahnını radiostatsiyalara vermədən çox böyük ajiotaja səbəb oldu. İnternetdə bu qədər baxılmasını gözləmirdim. Bütün tamaşaçılar sağ olsun. Hələ ki bu mahnının dönəmini gözləyəcəyəm. Ondan sonra blyuz janrında yenə bir lirik mahnı düşünürən. Mart ayında yaza uyğun templi bir mahnımız da olacaq.
Böyük layihələrimizdən biri noyabrın sonunda Ankarada Ankara Caz Simfonik Orkestri ilə baş tutacaq. Bu orkestrlə Ankakrada konsertimiz olacaq. İnşallah yaxınlarda bununla bağlı geniş açıqlama verəcəyəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1902   Tarix: 20 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053
.

"Yüksək bal toplayan abituriyentlərin bizim Akademiyanı seçmələri sevindiricidir" - Zeynab Kazımova ilə MÜSAHİBƏ

Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova -ın suallarını cavablandırıb. -Zeynab xanım, bilirik ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasına tələbə qəbulu artırılıb. Bundan əlavə, yeni bir ixtisas açılıb. Bu barədə məlumat verməyinizi istərdik

18.09.2019 2773
.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ

Tanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin -a müsahibəsini təqdim edirik:. Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər. Bəs siz özünüzü nec

17.01.2020 3720
.

"Mən klubu dağıdardım, amma ermənilərin təklifini qəbul etməzdim"-Moskvadakı "Qarabağ" klubunun yaradıcısı ilə MÜSAHİBƏ

2019-cu il yanvarın 26-da Moskvada "Qarabağ Moskva" futbol klubunun rəsmi təqdimolunma mərasimi keçirildi. Bununla da milli komandamızın Moskvadakı fəaliyyəti rəsmi olaraq uğurla davam etməyə başladı. "Qarabağ Moskva" futbol klubu haqqında daha ətraflı məlumatları komandanın yaradıcıs

16.12.2019 2177
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816
.

"Efirə gəlib ayağını ayağının üstünə qoyub, divana yayılıb oturur" - tanınmış aparıcı Zaur Kamalla SƏMİMİ MÜSAHİBƏ

Onu efirdə çox sərt, hamının xətrinə dəyən biri kimi görürük. Fərqli taktikası var. Verilişə dəvət etdiyi qonaqlar ilə olan dialoqlara qulaq asanda çaşıb qalırsan ki, bunu şou xatirinə edir, yoxsa elə xasiyyəti belədir. Məncə, onun verilişlərini maraqlı edən də elə bu xüsusiyyətidir. Hərçənd buna gör

19.12.2019 6537
.

"Mən müsəlman, azərbaycanlıyam, ona görə mənə o qədər də diqqət yoxdur" - Avropanı gəzən səyyah

Gənc fəal, jurnalist Ağa Mehdi bu günlərdə mühüm bir missiya üçün səfərə başlayıb. Avropanın sərt qışı ərzində 10 ölkənin ərazisindən keçərək 4 00 km məsafəni piyada qət etməyi planlaşdıran həmyerlimizin əsas hədəfi dünyada baş verən ekoloji problemlərə diqqəti çəkmək, səfər müddətində keçdiyi ölkələrd

11.12.2019 6393
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922