Dəyişkən havaların dəyişməz xəstəliyi - boğaz ağrıları

Dəyişkən havaların dəyişməz xəstəliyi - boğaz ağrılarıBiG.AZ mix.az-a istinadən xəbər verir ki,Qırtlağın iltihabı zamanı qara gavalının yarpağı qaynadılıb süzgəcdən keçirilir və boğaz qarqara edilir.Bu əməliyyat iltihabı aradan qaldırır,nəfəs borusunun əzələlərini möhkəmləndirir.

Əzvayı isti suda həll edib qarqara etdikdə iltihabın qarşısını alınır.Dilarxası hissənin iltihabı zamanı xardalı narın döyüb şərbət ilə qatır,qarqara edirlər. Sadə vasitələrdən biri də ilıq sudur. O nəfəs borusu və sinə üçün faydalıdır.Boğazın iltihabı artarsa , üzünün kəfi alınmış baldan isti suda şərbət hazırlanır və boğaz qarqara edilir.Bişirilmiş ilıq süd də yaxşı təsir göstərir.Ağrılı iltihaba qarşı cövüz qabığından suyunu çıxarıb şəkər ilə qatır və boğazı qarqara edirlər .Nar da faydalıdır. Boğazı qarqara etmək üçün 1 ədəd şirin, 1 ədəd turş narı qabıqlı halda qaynadıb tumunu təmizlədikdən sonra şirəsini istifadə edirlər.

Boğaz ağrısına qarşı təsirli vasitələrdən biri əzgil yarpağının qaynanmış suyu ilə gündə 3 dəfə qarqara etməkdir.

Boğaz ağrısı,boğaz gəlməsi (angina) , səs tutulması, nəfəs borusunun iltihabı zamanı lavanda çiçəyinin dəmləməsi də faydalıdərmanlardan biridir. Bu zaman 50 q. çiçəyi, 1 litr qaynadılmış suda dəmləyib süzür,bir qədər bal qatıb yemək arası 1 fincana qədər işlədirlər.

Qabıqsız arpanı suda qaynadıb suyu atır,sonra onun üzərinə ikinci dəfə su töküb yenidən qaynadır,parçadan süzüb gündə 3-4 dəfə boğazı qarqara edirlər.

Soyuqdəymədən boğazda iltihab olarsa şalğam şərbətindən istifadə edirlər. Şalğamın içini oyub oraya şəkər tökdükdə,bir müddətdən sonra həmin yerə su yığılır. Yığılan suyu qaşıqla içmək məsləhətdir.

Şalğam mürəbbəsi də boğaz ağrıları üçün xeyirlidir.
Boğaz ağrıları və iltihab zamanı işlənən yaxşı vasitələrdən biri də dağ yarpızının məhlulu ilə qarqara etməkdir.Bunun üçün quru yarpızı qaynanmış suda dəmləyib süzür, soyumamış halda boğazı qarqara edirlər.

Gülxətmi infeksiyalı ağrılar zamanı faydalı,nəfəs yolları üçün xeyirlidir.Onunla qarqara etmək müsbət təsir göstərir.

Təngənəfəslik vaxtı istifadə edilən zirinc şərbəti,boğaz ağrıları üçün də faydalı hesab olunur.Onun saxlanma müddəti də çoxdur. Həmin şərbəti qaşıqla içmək və ya bir qədər su qataraq işlətmək olar.

50 q. reyhan çiçəyini, yarpaq və qol-qanadını 1 litr qaynanmış suda dəmləyib süzür, sonra bal və ya şəkərlə qatıb gündə bir neçə dəfə qarqara edirlər.

Quru ənciri süddə bişirib boğaz ağrısı və boğaz şişi zamanı işlətmək faydalıdır.

Şahtut şərbəti də xeyirlidir. Onun şirəsini çıxarır,2 özü qədər şəkərlə qatıb mülayim odda qatı şərbət əmələ gələnə qədər qarışdırırlar. Sonra şərbəti süzür, arpa suyu ilə qatıb boğazı qarqara edirlər.Qara turp da anginaya qarşı faydalıdır .
Boğaz ağrısı və angina zamanı limon suyunu ilıq su ilə qatışdırb, gündə bir neçə dəfə boğazı qarqara etmək lazımdır.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 5409   Tarix: 22 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

TOP MP3