Yer üzündə kişilər çoxdur yoxsa qadınlar? Statistika.

Yer üzündə kişilər çoxdur yoxsa qadınlar? Statistika.BiG.AZ xəbər verirki, Dünya əhalisi hər il artır. Hazırda planetimizdə 7,1 milyarddan çox insan yaşayır.

Yer əhalisinin cinsi tərkibinə gəldikdə kişilərin qadınlar üzərində nisbi çoxluğunu müşahidə etmək olar. Orta hesabla doğulan hər 100 qıza 104-107 oğlan düşür. Lakin qadınlar kişilərdən çox yaşadığına görə, bu nisbət tədricən qadınların xeyrinə dəyişir.

Hazırda Yer kürəsində bütün yaş qrupları üzrə 100 kişiyə 98,6 qadın düşür. Lakin dünya üzrə qadınların dəqiq sayını müəyyənləşdirmək çətindir. Onların təxminən 3,5 milyard nəfərdən çox olduğu güman edilir. Kişilərlə qadınların nisbəti ayrı-ayrı ölkələrdə müxtəlifdir.

Ənənəvi olaraq oğlan uşaqlarına üstünlük verən Çin Xalq Respublikası kişilərin qadınlardan çoxluğuna görə dünyada birincidir. Bu ölkədə kişilərin sayına nisbətdə 79 milyon qadın çatışmır.

Yaponiyada isə əksinə, 61,97 milyon kişiyə 64,72 milyon qadın düşür.
Elə Yeni Zelandiyada da qadınlar kişiləri "sıxışdırırlar". Yeni Zelandiyada kişilərin sayı açıq-aşkar azalmaqdadır. Bu ölkədə 100 qadına 89 kişi düşür. 24-45 yaş arası olan minlərlə qadın ərə getməyə kişi tapmır, subay qalırlar. Braziliyada qadınlarla say nisbətində 3 milyon kişi çatışmır.

Ümumiyyətlə, Asiya qitəsi, Afrikanın Şimalı, Yaxın və Orta Şərqdə, Mərkəzi Amerikada kişilər əhalinin 50%-dən çoxunu təşkil edir.

Avropa ölkələrinin demək olar hamısında, Venesuela istisna olmaqla bütün Latın Amerikası ölkələrində isə qadınlar çoxluq təşkil edir.

Kişilərlə nisbətdə qadınların ən böyük üstünlük təşkil etdiyi ölkələrdən biri Rusiyadır. Bu ölkədə 66 milyon kişiyə 76 milyon qadın düşür. Bu fərq xüsusən yuxarı yaşlarda çox hiss olunur. Faizlə bu nisbət 53,7% - 46,3% şəklindədir.

Ümumiyyətlə orta hesabla hər 100 kişiyə düşən qadın sayına görə Estoniya - 117, Rusiya - 116, Latviya və Ukrayna - 116, Belarus - 114 qadınla ilk pillələrlərdədir.

Yeri gəlmişkən, Azərbaycanda da qadınların sayı kişilərin sayından hələ ki çoxdur. Rəsmi məlumata görə, indi ölkəmizdə hər 1000 kişiyə 1013 qadın düşür. Amma Azərbaycanda bu nisbət ildən-ilə azalmaqdadır.

Aşağıda qadın-kişi nisbətini əks etdirən siyahı verilib:

Ölkənin adı Ümumi əhali kişilər qadınlar
Belarus 9,715 milyon 46,7 53,3
Portuqaliya 10,584 milyon 48,4 51,6
Yunanıstan 11,148 milyon 48,5 51,5
Estoniya 1,344 milyon 46,1 53,9
Böyük Britaniya 60,623 milyon 49 51
Fransa 61,353 milyon 48,6 51,4
İsveç 9,081 milyon 49,6 50,4
Almaniya 82,376 milyon 48,9 51,1
ABŞ 304,6 milyon 49,3 50,7
Argentina 33,4 milyon 48,9 51,1
Misir 74,1 milyon 51,4 48,6
Türkiyə 75,9 milyon 50,5 49,5
Qazaxıstan 18,9 milyon 48,3 51,7
İran 71,4 milyon 50,8 49,2
Ermənistan 3,029 milyon 48,5 51,5


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2666   Tarix: 01 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

TOP MP3