Yandıran gözəllik: bir dəfə xilas edir, əvəzində ömürlük xəstəlik verir

Yandıran gözəllik: bir dəfə xilas edir, əvəzində ömürlük xəstəlik verirBiG.AZ Ekspress.az-a istinaən xəbər verir ki, Xanımların gözəlliklərinə daha çox fikir verdikləri sirr deyil. Rəngli geyimlər, müxtəlif ayaqqabılarla yanaşı, yayın gözəlliyini ortaya çıxaran rəngarəng bijuteriyalar da dükanları bəzəyir. Bu gözəllikdən isə qadınlar imtina edə bilmirlər. Bijuteriya ilə yanaşı, havaların kəskin qızması allergiya, günəşə həssas olan insanlarda qaşınmalar da yaradır. Bu qaşınmalara səhv salınmış və səhv seçilmiş aksesuarlar da daxil edildikdə allergik reaksiyalar daha da artır. Vəziyyət isə getdikcə dəyişir və bu allergiyalar bir müddət sonra allergik dermatitə çevrilir.

Bijuteriyalar müxtəlifdir. Bazarda, xüsusi aksesuar dükanlarında satılan, keyfiyyətinə zəmanət verilən, habelə hər formada və hər zövqə uyğun olan aksesuraların qiymətləri də müxtəlifdir. Seçim edən xanımlar isə çox vaxt bu bəzək əşyalarının keyfiyyətindən çox gözəlliyinə fikir verir. Amma alınan hər bir bəzək əşyasının insan dərisinə uyğun olub-olmadığını bilmək olduqca vacibdir. Çünki alınan aksesuralar dəriyə uyğun gəlmədikdə fəsadlar yarada bilər. Diqqət edilmədiyi zaman həftələr, aylar, illər, hətta ömür boyu davam edən bir xəstəlik formasına da çevrilə bilər.

Dermatoloq həkim Vəfa Şıxlının sözlərinə görə, allergiyaların, dəri xəstəliklərinin əksəriyyəti elə bu bijuteriyaların yaratdığı hallardır. Qadınlar buna fikir vermir, yaxud allergiyanın bu bəzəklərdən yaranacağını güman etmir, halbuki vəziyyət göründüyü kimi sadə deyil:

"Əvvəllər nadirən dəri xəstəlikləri olardı. O dövrün xanımlarında qaşınmalar, qızarmalar, demək olar ki, olmazdı. Çünki o xanımların bəzəyi ya mirvarilər, ya kəhrəbalar, ya da xüsusi saplara düzülmüş təbii daşlar olardı. Belə bəzək əşyaları dərini qətiyyən qıcıqlandırmır, heç bir kənar təsir göstərmir. Amma indi bəzək əşyaları həddindən artıq yayılıb. Bu əşyalardan istifadədən sonra barmaqda, qulaqda, boyunda bijuteriyanın qaralmış izləri qalır. Bijuteriyalar tərlə birləşdikdə isə daha təhlükəli olur. Nikel tərkibli sırğalar, nikelə allergiyası olan qadınların qulağında yaralar əmələ gətirir. Bijuteriyaların istehsalında ən müxtəlif metallardan, nazik və rəngli şüşələrdən, o qədər də baha olmayan daşlardan, plastmas, keramika və s. istifadə edilir. Xarici görünüşcə bijuteriya məhsulları qiymətli zinət əşyalarına bənzəsə də əslində material, qiymət və digər əlamətlərinə görə onlardan xeyli dərəcədə fərqlənir. Elə qadınların da diqqətini bu çəkir və onlar bu bijuteriyalardan gələn zərəri gözardı edirlər".

Dermatoloq bildirir ki, bijuteriya istifadəsindən sonra dəridə yaranan hər hansı bir narahatlığın qarşısı dərhal alınmalıdır. Əks təqdirdə bu narahatlıq yaralara çevrilə bilər və sağalmaları da asan olmaz: "Bijuteriya alanda onun haradan alınmasına diqqət yetirin. Bağlanılmış, paket halında olan bijuteriyalar seçin. Əvvəl heç bir xanım tərəfindən istifadə olunmamış bijuteriyalar daha məsləhətlidir. İstifadə olunan bijuteriyalar dəridə qaşınma, istilik hissi yaradırsa, bu bijuteriyalardan istifadə etməmək lazımdır. Qaşınan hissə mütləq ilıq su və sabunla yuyulmalıdır. Dərini spirtlə silmək olmaz. Bu, dərinin daha da ağırlaşmasına, həssaslaşmasına səbəb ola bilər. Bijuteriya mütləq istifadə ediləcəksə, bu zərəri azaltmaq üçün iç təbəqəsinə rəngsiz dırnaq boyası vurmaq olar. Belə bijuteriyaları mümkün qədər tez bədəndən kənarlaşdırnaq lazımdır. Xüsusən, kiçik qız uşaqlarına müxtəlif bijuteriyalar, sırğalar alınır. Alınan bu bəzəklərin sterilləşdirilməsi, mümkün qədər istifadə edilməməsi lazımdır. Rezin iplərə yığılmış muncuqlar, yapışqan sırğalar almaq ən yaxşı yoldur. Bijuteriyalar təmiz yerdə saxlanılmalı və istifadədən əvvəl təmizlənməlidir. Xüsusən həssas olan boyun nahiyəsinə zərərli boyunbağılar asmaq düzgün deyil. Belə boyunbağılar istifadədən sonra dəri qaşınmasa belə yuyulmalı, təmizlənməlidir".

Bu məhsulları alarkən onların komplekt olmasına üstünlük verilməlidir. Bijuteriya komplektini alarkən onların müxtəlif ölçülü olanı seçilməlidir. Onlardan içərisində birinin böyük, digərlərinin isə kiçik olması ideal variant hesab olunur. "Onları bir-birindən və qiymətli daş-qaşlardan aralı saxlayın. Seçim edərkən xarici görünüşünüzü, geyəcəyiniz libası və harada istifadə edəcəyinizi nəzərə alın. Bijuteriyanın, qiymətli zinət əşyaları ilə bir vaxtda istifadəsi görünüş baxımdan yolverilməzdir".

İstehlakçılar bilməlidirlər ki, çox ucuz bijuteriyaların alınması məsləhət deyil. Belələri adətən aşağı keyfiyyətli materiallardan hazırlandığından kənardan çox primitiv təsir bağışlaya, xarici görünüşünüzə xələl gətirə və ən əsası insanda allergiyaya səbəb ola bilər. Ona görə də bu əşyaları alarkən onların sağlamlığınız üçün təhlükəsiz olmasına diqqət edin. Belə ki, bir sıra bu tip əşyaların tərkibi, aşağı keyfiyyəti, insan orqanizminə mənfi təsir göstərmək gücündədir. Bijuteriya qiymətli zinət əşyaları ilə müqayisədə kövrək xassəyə malik olduğundan onlar bir-birindən ayrı saxlanmalıdır. "Bijuteriya saç üçün boya və parfümeriya məhsullarından mühafizə olunmalıdır. Belə ki, onların tərkibində olan kimyəvi elementlər bu məhsulu korlaya bilər. İdmanla məşğul olarkən və ya yatarkən bijuteriyalar çıxarılmalıdır. Məhsulun parıltılı qalması üçün yüngül sabunla yumaq və ehmalca silmək olar".

Qeyd edək ki, bijuteriya alanda onun keyfiyyətli olub-olmamasını bilmək mümkündür. Belə ki, plastmas bijuteriyalar alanda onları iyləmək lazımdır. Az da olsa, pis qoxu verən bijuteriyalar alınmamalıdır. Eləcə də nəm salfetlə bijuteriyanı silmək lazımdır. Əgər salfetə az da olsa, rəng çıxacaqsa, belə bijuteriyalar mütləq dəri allergiyalarına səbəb olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3512   Tarix: 12 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qışda xəstəliklərdən qorunmaq üçün praktiki tövsiyələr

Qışda bəzi praktiki ehtiyat tədbirlərinə əməl etməklə böyük ölçüdə xəstəliklərdən qorunmaq mümkündür. Düzgün qidalanma ilə immunitetinizi gücləndirin. Gündəlik olaraq mövsümi meyvə-tərəvəzlərindən və bol lif tərkibli göyərtilərdən istifadə edin. Kifayət qədər miqdarda karbohidrat və zülal orqanizmi

14.01.2024 1098
.

Sarımsaq yeyən insanlara daha bir MÜJDƏLİ xəbər

Yeməklərinizə sarımsaq əlavə etmək, xüsusilə 40 yaşdan yuxarı olanlar üçün sağlamlığı heyrətamiz gücləndirən bir strategiya ola bilər. xarici mətbuata istinadla xəbər verir ki, sarımsaq yalnız yeməklərə ləzzətli bir əlavə deyil, həm də xüsusilə 40 yaşdan yuxarı insanlar üçün qidalandırıcı bir güc mərkəzidir

10.03.2024 1314
.

Yeni il günləri hansı xəstəliklər kəskinləşə bilər?

Yeni il gecəsi sağlamlıqla bağlı problemlərin daha çox yarandığı günlərdən biridir. "Medicina" xəbər verir ki, baş həkim, terapevt Timur Asanov travmadan başqa, bir çox xəstəliklərin kəskinləşməsi riskindən danışıb:. "Alkoqol, yağlı və ağır kalorili qidalar səbəbindən mədə-bağırsaq, ürək-damar

31.12.2023 1235
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14.04.2024 620
.

Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər. Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir. Bunu rusiyalı Regina Qriqoryeva bildirib

07.04.2024 533
.

Yorğun hiss edirsinizsə, bunları yeyin

Yorğunluq özünü daha çox qış ayında büruzə verir. Əksər insanlar fəsil dəyişən zaman bu haldan əziyyət çəkir. Ancaq halsızlıq, yorğunluq çox zaman qanazlığı və vitamin çatışmazlığının da əlaməti ola bilər. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, əgər sizdə yorğunluqla yanaşı saç tökülməsi

25.02.2024 1217
.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. BİG.AZ -a istinadən bildirir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərin

16.03.2024 763
.

Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?

Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib. Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunite

11.02.2024 821
.

Soğan qabığını atmayın - Sağlamlığı və görünüşü yaxşılaşdırır

Hər kəs soğanın faydalarını bilir, lakin onların qabıqlarının sağlamlıq və gözəllik üçün də inanılmaz dərəcədə faydalı olduğu çox az adama məlumdur. Soğan qabığı bir çox faydalı xüsusiyyətlərə malik unikal məhsuldur. xarici mətbuata istinadən xəbər verir ki, soğan qabığının sağlamlıq üçün bir sıra faydalar

10.03.2024 806