Yadda qalan günlər

Yadda qalan günlərBiG.AZ zaman.az-a istinadən xəbər verir ki,Müharibələr və onların çıxardığı qərarlar tarixin bir səhifəsidir desək, daha dəqiqi olar. E.ə.331 - Qavqamel döyüşündə Makedoniyalı İsgəndər Əhəməni çarı III Daranı məğlub etdi. Ancaq bununla davalar səngimədi. Yüz illər sonra öz torpaqlarımızda daha böyük faciələrdən birinin şahidi olduq. 1827-ci ilin bu günü general Paskeviçin rəhbərliyi ilə rus qoşunları İrəvan qalasını ələ keçirdilər. Beləliklə, 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra əsası qoyulan, ərazisi müasir Ermənistanı, habelə indiki Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarını və Türkiyənin İğdır elini əhatə edən İrəvan xanlığı süqut elədi.

2 oktyabr Misir hökmdarı Səlahəddin Əyyubinin 1187-ci ildə Qüdsü səlibçilərdən azad etdiyi gündür. "Mən ya öləcəm, ya da bütün Yer kürəsini Allaha inanmayanlardan qurtaracam" - deyən hökmdar böyük xristian aləmi ilə üz-üzə qalmışdı. I Səlib müharibəsi 1096-ilin yazında başlandı. Həmin ilin payızında Fransa, Almaniya və İngiltərə feodallarının başçılığı altında cəngavərlər Şərqə doğru hərəkət etdilər. 1099-cu ildə Qüdsə çatıb oranı tutdular.

Bu gün 1552-ci ildə İvan Qroznının Qazan xanlığını ələ keçirdiyi gündür. Qazan xanlığı Qızıl Orda dövlətinin varislərindən biri olan bir türk dövləti idi. Tatar-monqolların birgə qurduğu Böyük Türk-Monqol İmperatorluğunun qurucusu, əslən türk olan Çingiz xanın 1227-ci ildə ölümündən sonra onun qurduğu dövlət bir sıra amillər üzündən parçalandı və yerində kiçik xanlıqlar yarandı. Bu xanlıqlardan biri də Qazan xanlığı idi. Onun yaradıcısı Cəlaləddin bin Toxtamışın oğlu, Qızıl Orda hökmdarlarından Uluğ Məhəmməd xandır.

3 oktyabr tarixdə silinməz izlər qoyan insanların doğum günləri ilə də yaddaşlarda qalıb: görkəmli yazıçı, dramaturq Süleyman Sani Axundov (1875-1939), tanınmış tibb alimi, professor Tamerlan Əliyev (1921-1997), böyük rus şairi, yazıçı və dramaturq Mixail Yuryeviç Lermontov (1814 - 1841), şair Sergey Yesenin (1895-1925), fransız şairi, ədəbiyyatda sürrealizmin banisi Lui Araqon (1897-1982).

3 oktyabr həm də məşhur SOS siqnalının qəbul edildiyi gündür (1906).

4 oktyabr: yaddaşlarda daha çox 38 müsəlman dövlətinin Əfqanıstandan sovet qoşunlarının çıxarılması üçün BMT-yə müraciət etməsi ilə qalıb (1980).

1901-ci ildə Bakıda müsəlman qızlar üçün ilk təhsil ocağı - Qızlar Məktəbi açılıb. Həsən bəy Zərdabinin təşəbbüsü ilə böyük mesenat, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin inşa etdirdiyi bu məktəb Cənubi Qafqazda müsəlman xanımlar üçün ilk ali təhsil müəssisəsi idi. Məktəbin direktoru Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova-Zərdabi idi.

1864-cü ilin bu günü həm də dəhşətlərlə doludur - Hindistanda qasırğa 60 000 nəfərin həyatına son qoyub. 1936-cı ilin 5 oktyabrında Aşqabad şəhərində baş vermiş zəlzələ nəticəsində 110 min insan həyatını itirdi. Türkmən arxeoloqları paytaxt Aşqabad yaxınlığındakı Aktəpə adlanan şəhərcikdə əldə etdikləri maddi dəlillərə əsaslanaraq bəyan edirlər ki, qədim türkmən tayfaları bu ərazidə hələ bizim eradan dörd min il əvvəl məskunlaşıblar. Arxeoloqlar köhnə Aşqabadın ən azı 8 min il yaşı olduğunu və buranın heç vaxt tam boşalmadığını bildirirlər. Xatırladaq ki, müasir Aşqabad şəhəri rus hərbi qoşunları tərəfindən 1881-ci ildə İran sərhədində köhnə Aşqabadın 15-20 kilometrliyində salınıb. Lakin 1948-ci ildə baş verən növbəti zəlzələdə bu qədim türk yurdu bütünlüklə dağılmış, təxminən 150 min insan həlak olmuşdur.

5 oktyabr eyni zamanda ədəbiyyatşünas, tənqidçi Məsud Əlioğlu (1928-1973) və bəstəkar, xalq artisti, professor Xəyyam Mirzəzadə anadan olduğu gündür (1935).

5 oktyabr həm də - Beynəlxalq Müəllimlər Günüdür. 1966-cı il oktyabrın 5-də UNESCO-nun qərarı ilə təsis edilib. Dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda "Müəllimlərin peşə bayramı" kimi qeyd edilir.

1914-cü ilin 6 oktyabrında dünyaca məşhur Norveç səyyahı Tur Heyerdal anadan olub. Qobustandan söz düşərkən Tur Heyerdal deyərdi: "Qobustan kökləri çox qədimlərə gedib çıxan və hətta Mesopotamiyadan daha qədim, doğru tarixi indiyə qədər öyrənilməyən mədəniyyət incisidir.". Qobustan, Naxçıvan, Qarabağ, Göyçə-Zəngəzur zonası və adları erməniləşdirilən İrəvan ərazilərindəki daşlara-qayalara həkk olunmuş təsvirlərin kompozisiyaları bir-biri ilə tam uyğunluq yaradır. Bu isə eyni taleyin, eyni düşüncə axarının davamı deməkdir.

1923-cü ilin bu günü Azərbaycan SSR-in Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin müraciətini nəzərə alaraq vilayətin mərkəzi olan Xankəndi qəsəbəsinin adının dəyişdirilərək Bakı komissarı, daşnak-bolşevik Stepan Şaumyanın xatirəsinə Stepanakert adlandırılması barədə qərar qəbul edib. XVIII əsrin ortalarında Qarabağ xanları tərəfindən əsası qoyulan Xankəndi bölgənin çar Rusiyası tərəfindən işğalından sonra da öz tarixi adını saxlamışdı və Şuşa qəzasının tərkibinə daxil idi. 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Bundan cəmisi üç ay sonra Xankəndinin adının dəyişdirilməsi əslində, bölgənin erməniləşdirilməsinin, gələcək fəlakətlərin başlanğıcı idi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3438   Tarix: 10 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554