Yuxu dərmanı insanın gözünü əbədi də yumdura bilər

Yuxu dərmanı insanın gözünü əbədi də yumdura bilərBu gün hər şeyin ən rahatına üz tutan insanlar hətta yuxunu belə rahat əldə etmək istəyir.

Ən kiçik yuxusuzluqda belə rahat üsul olan yuxu dərmanlarına maraq bu gün insanlar arasında geniş yayılıb. Lakin bunu əldə etmək hər insana nəsib olmur, çünki yuxu dərmanları apteklərdə reseptsiz satılmır. Bunun əvəzinə xəfif yuxu gətirən, sakitləşdirən, otlardan hazırlanmış dərmanlar satılır ki, bunların adlarını da bilməyən insan, demək olar, azdır.

Alimlər müəyyən ediblər ki, yuxunun kifayət qədər olmaması insanların ömrünə təsir edir. Normadan az yatanlar daha çoxdur. Doğrudur, belə insanların intellekti daha yüksək olur. Lakin intellekt yüksək olsa belə 5-6 saat gündəlik yuxu yaşlı insan üçün kifayət etmir. Adətən yaz-yay günlərində sutkanın çox hissəsi işıqlı olduğu halda insan daha az yatır, qışda isə əksinə, yuxunun müddəti artır. Buna görə, dərmanlara həvəs artır və insan yuxusu olmadıqda belə özünü yatmağa məcbur edir. Yuxusuzluqdan əziyyət çəkən insanların böyük bir qismi isə əsasən əsəbdən əziyyət çəkənlərdir.

Nevroloq Sara Süleymanovanın sözlərinə görə, yuxu dərmanları yazılan reseptər əsasında satılır. Reseptsiz yuxu dərmanlarının satılması düzgün deyil. "Yuxu dərmanları uzun müddət yuxusuzluqdan əziyyət çəkən, gecələr yuxuya gedə bilməyən, yuxuya getdikdə bu yuxunu sabaha kimi davam etdirə bilməyən, eləcə də səhərin erkən saatlarında oyanan və yenidən yata bilməyən insanlara həkim tərəfindən yazılır. Normal gündəlik yuxusunu yatan, lakin arada 1-2 gün yuxusuzluq çəkən insanın "mütləq yatmalıyam" deyib dərman qəbul etməsi düzgün deyil" deyən S.Suleymanovaya görə, reseptsiz yuxu dərmanları da var ki, bunlar yuxu dərmanından çox insanı sakitləşdirən bitkilərdən hazırlanır və çox təsir etmə gücünə malik deyil. Lakin güclü yuxu dərmanları artıq xroniki yuxusuzluqdan əziyyət çəkən insanlara məsləhət görülür və təbii ki, reseptlə satılır. Yaxşı, keyfiyyətli yuxu dərmanı insanın yuxuya getməsini rahatlaşdırır, yuxu ərzində onu ən kiçik səbəblərdən oyanmasına imkan vermir və yuxudan oyandıqdan sonra insanda keylik, süstlük yaratmır. "Dərman insana normal yuxu yatan insan kimi təsir verməlidir. Ağır antidepresan və şizofreniya xəstələrinə yazılan yuxu dərmanları insana oyandıqdan sonra keylik verir. Uzun müddət dərmanın təsirində qalan insan özünü döyülmüş, fikrini toplaya bilməyən bir halda hiss edir. Ona görə, mümkün qədər belə dərmanların istifadəsindən uzaq durmaq lazımdır".

Yuxu dərmanları və bu kimi sakitləşdirici dərmanları qəbul etmək bütün insanlar üçün eyni nəticəni verməz. İnsan var ki, çox sağlamdır və yuxu dərmanı onun normal yuxuya getməsinə və səhər normal oyanmasına kömək edir. İnsan da var ki, yuxuda boğulma, nəfəs daralması, kəskin xoruldamadan əziyyət çəkir. Nevroloq bildirir ki, belə insanların yuxu dərmanlarından istifadə etməsi məsləhət görülmür. Çünki gecə yuxunun ağırlığından oyana bilməyən insanda boğulma yarana bilər ki, bu da həyat üçün təhlükəlidir. Hər hansı bir xəstəliyin olub-olmamasını bilmədən yuxu dərmanı istifadə etmək olduqca təhlükəlidir: "Hansı yaşda dərman qəbul etməsinə gəlincə, yuxu dərmanları üçün dəqiq yaş yoxdur. Lakin 20 yaşdan aşağı olan insanlar üçün bitki mənşəli dərmanların istifadəsi daha məqsədəuyğundur. Çünki bu yaşda olan insanların yuxu problemi oduqda bunun səbəbi ya pozulmuş yuxu rejimi olur, ya da hər hansı bir problemin varlığı. 30-dan yuxarı yaşı olan insanlar üçün də məsələnin kökündə problemi tapmaq durur. Əgər səbəb insanın normal yuxusunun pozulmasıdırsa, buna uyğun dərmanlar yazılır".

İnsan ayda bir dəfə, yaxud həftədə bir nadir hallarda yuxusuzluqdan əziyyət çəkərsə, yuxu dərmanları istifadə olunmamalıdır. Bunun səbəbi gündəlik yorğunluq, stress ola bilər. Əvəzində sakitləşdirici çay içmək, təmiz havada gəzmək dərmandan daha yaxşı təsir göstərəcək. "Elə insanlar var ki, "onlar sabah işə gedəcəm, uzun yola çıxacam, bu gecə mütləq yatmalıyam" deyib yuxu dərmanlarına üz tutur. Bu da məsələni sonradan qəlizləşdirir. Çünki zamanla bu bir növ vərdişə çevrilir və insan normal yuxusunun gəlməsini gözləmir. Gözləməyə səbri çatmadığı üçün dərmandan istifadə edir. Uyğun yuxu dərmanı seçilib istifadə olunmadığı halda ertəsi gün daha əzgin, daha key yuxudan oyanır. Yatmış, amma dincəlməmiş kimi bir görüntü ortaya çıxır. Gün ərzində də dərmanın təsiri öz qüvvəsində qalır və daim əsnəyərək gəzməyə məcbur olur. Buna görə də, nadirən yuxusuzluqdan əziyyət çəkən insanın yuxu dərmanı qəbul etməsi düzgün deyil".

S.Süleymanova qeyd edir ki, davamlı olaraq yuxu dərmanının istifadə olunması da düzgün deyil. Dediyinə görə, daim, ara verilmədən istifadə olunan dərmanlar insanda o dərmana öyrəşdirir və bir müddət sonra dərman istifadə olunsa belə əvvəlki kimi effekt vermir: "Hansı dərman olur-olsun istifadəsi zamanı arada fasilə vermək vacibdir. Yuxu dərmanından uzun istifadə digər orqanlara da təsir edir. Qaraciyər və böyrəklər belə dərmanlardan ən çox zədələnən sahə olur. Xüsusən belə dərmanlar böyrəkləri zədələyir ki, sonradan böyrəklər üçün də müalicə lazım olur. Ona görə, yuxu dərmanlarından istifadə məsləhətli deyil".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 6393   Tarix: 09 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Turşu qoxusunu bankadan saniyələr içində yox edən üsul

Turşu hazırlayarkən istifadə olunan sirkə, sarımsaq və müxtəlif ədviyyatların kəskin qoxusu çox vaxt bankalara elə hopur ki, adi yuma metodları ilə tamamilə təmizlənmir. Lakin heç bir kimyəvi maddə istifadə etmədən, sadəcə istiliyin gücü ilə bu qoxudan saniyələr içində xilas olmaq mümkündür. hopmuş turş

31.05.2026 378
.

Yeni virus PEYDA OLDU: əvvəlkilərdən daha sürətlə yayılır

Alimlər yeni növ nəhəng furtivovirus aşkar ediblər. O, görünməmiş şəkildə yayılır. xəbər verir ki, furtivovirus aralıq strategiyadan istifadə edir. Hüceyrəyə daxil olduqdan sonra o, hüceyrənin nüvəsini məhv edir, hüceyrənin mexanizmlərindən yararlanır və nüvədən qalan maye mühitdə çoxalmağa başlayır

31.05.2026 233
.

Hər gün ət yemək zərərlidir? - ARAŞDIRMA

Qırmızı ətin sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. -ın məlumatına görə, ABŞ-nin İndiana Universitetinin alimləri bildiriblər ki, gündəlik 170-200 qram mal əti istehlakı tip 2 şəkərli diabet risk faktorlarına mənfi təsir göstərmir. Araşdırmada qeyd olunub ki, qırmızı ət uzun illərdir ürə

31.05.2026 294
.

Afrikada elmə məlum olmayan mavi hörümçək aşkarlandı

Afrikanın Anqola ərazisində aparılan biomüxtəliflik tədqiqatları zamanı alimlər elm üçün yeni olan onlarla canlı növü aşkar ediblər. CNN-nə istinadən xəbər verir ki, araşdırmalar ölkənin şərqində yerləşən Lisima yaylasında aparılıb. Tədqiqatçılar burada əvvəllər qeydə alınmamış səkkiz iynəqanadlı, ü

07.06.2026 239
.

Bu aylarda doğulanların yaradıcılıq qabiliyyəti yüksəkdi - SİYAHI

"Astrologiya və numerologiya" sahəsində fəaliyyət göstərən mütəxəssislərin fikrincə, insanın doğulduğu ay onun xarakterinə və yaradıcılıq potensialına təsir göstərə bilər. "Parade" jurnalına istinadən xəbər verir ki, xüsusilə fevral, aprel, iyul və sentyabr aylarında doğulan şəxsləri

07.06.2026 216
.

Aqressiyanı effektiv şəkildə azaltmağın yolu açıqlandı

Sadə qida əlavəsi emosional sabitliyin əldə olunması və aqressiyanın azalması üçün effektiv və təhlükəsiz vasitə ola bilər. xəbər verir ki, bu barədə ABŞ-nin Pensilvaniya Universitetinin alimlərinin yeni tədqiqatı "Aggression and Violent Behavior" jurnalında dərc olunub. Tədqiqatçılar 1996-2024-c

31.05.2026 266
.

İsti havada niyə mütləq turşəng yemək lazımdır - Faydası nədir, kimlər istifadə etməməlidir?

Turşəng orqanizmi sərinləşdirməyə, su balansını qorumağa və faydalı maddələrlə təmin etməyə kömək edir. Lakin bəzi xəstəlikləri olan insanlar sağlamlıq üçün arzuolunmaz nəticələrdən qaçmaq üçün onu ehtiyatla istifadə etməlidirlər. Turşəng yaz və yay aylarında xüsusilə qiymətləndirilən ən faydalı mövsüm

31.05.2026 267
.

Kondisioneri niyə 26 dərəcəyə qoymaq olmaz?

Yay aylarında havaların kəskin istiləşməsi ilə bir çox insan kondisioneri avtomatik olaraq 26 dərəcəyə tənzimləyir. Əksəriyyət bu temperaturun nə çox soyuq, nə də çox isti olduğunu düşünərək onu ən ideal seçim hesab edir. Lakin kondisioner sistemlərinin texniki xidməti ilə məşğul olan mütəxəssislər bunu

07.06.2026 189
.

Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI

Dünyanın ən çox çay içən ölkələri açıqlanıb. xəbər verir ki, siyahı adambaşına içilən illik çay miqdarı əsasında hazırlanıb. Həmin siyahını təqdim edirik:. 1. Türkiyə - 3,16 kq. 2. İrlandiya - 2,19 kq. 3. Birləşmiş Krallıq - 1.94 kq. 4. İran - 1,50 kq. 5. Rusiya - 1,38 kq. 6. Mərakeş - 1,22 kq. 7. Yen

07.06.2026 251
.

TOP MP3