Riyaziyyat elmi haqqında bilmədiklərimiz

Riyaziyyat elmi haqqında bilmədiklərimizİlk "hesablama cihazları" barmaqlar və kiçik daşlar olub. Qədim Misirdə və Yunanıstanda b.e. əvvəl çötkə istifadə edirdilər. Bu çötkələr zolaqlı lövhələr idilər və kiçik daşlar zolaqlar üzrə hərəkət edirdilər. Bu cihaz məhz xüsusi olaraq hesablamalar aparmaq üçün nəzərdə tutulan ilk cihaz olub. Zaman ötdükcə çötkə təkmilləşirdi.

Çötkə XVIII əsrə qədər istifadə olunub. Daha sonra isə onu yazılı hesablamalar əvəz edib.

Eyni perimetrli fiqurlar arasında ən böyük sahə dairədə olacaq. Lakin eyni sahəli fiqurlar arasında ən kiçik perimetr dairənin olacaq.

Riyaziyyatda oyunlar, kəsişmə və düyünlər nəzəriyyələri var.

Tortu bıçağa üç dəfə toxunmaq ilə səkkiz hissəyə kəsməyin iki üsulu var.

2 və 5 – 2 və 5 ilə bitən yeganə sadə rəqəmlərdi.

Sıfırı rum rəqəmləri ilə yazmaq mümkün deyil.

Bərabərlik işarəsini «=» ilk dəfə 1557-ci ildə Robert Rekord tətbiq edib.

1-dən 100-ə qədər olan rəqəmlərin cəmi 5050-yə bərabərdir.

1995-ci ildən etibarən Tayvanda dörd rəqəminin ləğv edilməsinə icazə verilib. Çünki çin dilində bu rəqəm "ölüm" sözü kimi səslənir. Bir çox binalarda dördüncü mərtəbə yoxdur.

An saniyənin yüzdə bir hissəsi qədər davam edən vaxt vahididir.

Çarlz Lütdvic Cocson həyatının böyük bir hissəsini riyaziyyat elminə həsr edən britaniyalı riyaziyyatçı olub. Lakin bundan savayı, o, Lyuis Kerrol ləqəbi ilə tanınan məşhur yazıçı olub.

İlk riyaziyyatçı qadın IV-V əsrlərdə Yunanıstanda yaşayan Hipatiya olub.

Amerikalı tələbə Corc Dansiq dərsə gecikdiyi üçün lövhədə yazılmış tənlikləri ev tapşırığı sanmışdır. Çətinliklə olsa da, o, bu tənlikləri həll edə bilmişdi. Daha sonra isə tənliklərin statistikada "həll olunmayan" tənliklər olduğu və bunların üzərində alimlərin uzun illər işlədiyi məlum olmuşdu.

Riyaziyyat elminin müasir alimi və professoru Stiven Hokinq riyaziyyatı ancaq məktəbdə oxuduğunu iddia edir. Oksfordda riyaziyyat fənnini tədris etdiyi zaman o, dərsliyi şagirdlərini ancaq bir neçə həftə qabaqlayaraq oxuyurdu.

Britaniyalı riyaziyyatçı Abraxam de Muavr yaşlı olanda hər gün 15 dəqiqə daha çox yatdığını aşkarlamışdı. O, arifmetik silsilə tərtib edir və sutkada 24 saat yatacağı günü hesablayır. Həmin gün onun ölüm tarixi, 1754-cü ilin 27 noyabrı olur.

Əgər siz öz yaşınızı 7-yə, daha sonra isə 1443-ə vursanız, nəticədə siz 3 dəfə ardıcılıqla yazılmış yaşınızı alacaqsınız.

Dindar yəhudilər xristian simvolizmindən və xaça bənzər işarələrdən istifadə etməməyə çalışırlar.

Buna görə bir çox İsrail məktəblərində « » işarəsinin əvəzinə tərsinə çevrilmiş "t" hərfindən istifadə olunur.

Pi rəqəmi ilk dəfə VI əsrdə hind riyaziyyatçısı Budxayan tərəfindən hesab edilmişdi.

İlk dəfə mənfi rəqəmlər Çində III əsrdə qanunlaşdırılmışdır. Lakin mənasız hesab edildikləri üçün nadir hallarda istifadə olunurdular.

Alfred Nobelin öz mükafatını riyaziyyatçılara verilməməsi qərarını Nobelin həyat yoldaşının onu bir riyaziyyatçı ilə aldatdığına görə verdiyi haqqında mülahizələr irəli sürülüb.

Həqiqətdə isə Nobel heç vaxt evli olmayıb. Nobelin riyaziyyata məhəl qoymamasının əsl səbəbi isə məlum deyil.

Kvadrat tənliklər ilk dəfə XI əsrdə Hindistanda yaradılıb. Hindistanda istifadə olunan ən böyük rəqəm 53-cü dərəcədə olan 10 rəqəmi idi. Yunanıstan və Romada isə ancaq 6-cı dərəcədə olan rəqəmlərdən istifadə edilirdi.

23 nəfərdən olan qrupda iki nəfərin ad günlərinin üst-üstə düşmələrinin ehtimalı 50%-dən çoxdur.

60 nəfərlik qrupda isə bu ehtimal 99% təşkil edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8010   Tarix: 07 oktyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001