Ata Və Oğul [ Hekayə ]

Ata Və Oğul [ Hekayə ]- Atam gəldi. Uraa!!!

- Gəl görüm, qucağıma. Ay səni dəcəl, günü gündən böyüyürsən. Belə getsə, səni qucağıma ala bilməyəcəm.

- Atam gəldi. Uraa!!!

- Gəl görüm, qucağıma. Ay səni dəcəl, günü gündən böyüyürsən. Belə getsə, səni qucağıma ala bilməyəcəm.

- Bəli, mən böyük kişiyəm artıq.Bu gün də beş dənə beş aldım.

- Nə gözəl. Afərin sənə. Həmişə belə davam elə. Söz verirsən?

- Başüstə, amma sən də velosiped alacağına söz ver.

- Söz, alacam. Qoy gedim əllərimi yuyum. Gələrəm söhbət edərik.

- Anam süfrəni açıb.

- Get, mən də gəlirəm.

- Hə de görüm günün necə keçdi?

- Ata bilirsən bu gün Vasiflə dalaşdıq. Birinci o başladı. Məni itələdi. Mən də yıxıldım, sonra durub onu vurdum.

- Yaxşı eləmisən. Qoyma səni vursunlar. Heç vaxt.

- Yaxşı eləmişəm? Amma müəllimə dedi ki, düzgün hərəkət eləməmişik. Dedi ki, "Allah insanlara şüur verib, dil verib. Aranızda nə varsa, danışaraq həll edin. Dalaşaraq nəyisə həll etmək insan olmayan varlıqlara aiddir." Düz deyir ata?

- Hhhəə… Düz deyir.

Ata nədənsə qızardı. Simasında az öncə yaranan hirs, əsəb bir anda yox oldu.

- Ata bu gün biz inşa yazdıq.

- Həə. Nə inşası?

- " Böyüyəndə kim olmaq istəyirsiniz?

- Sən nə yazdın?

- Yazdım ki, atam kimi həkim olacam.

- Afərin sənə.

- Sonra yazdım ki, çoxlu xəstələrim olacaq və mən də onları atam kimi sağaldacam. Kasıblardan pul almayacam. Onları pulsuz sağaldacam. Ehtiyacı olanlara pulsuz dərmanlar verəcəm. Çünki mənim atam belə edir.

Atanın iştahı nədənsə kəsildi. Çətinliklə nəfəs alırdı. Niyəsə artıq oğlunun söhbətinə qulaq asmaq istəmirdi.

- Müəllim inşanı oxudu və məndən sənin adını soruşdu. Mən də dedim. Sonra dedi ki,:" Atana denən halal olsun. Dünya da belə insanlar azdır. Əsl vəzifəsini unutmayıb."

Oğlu süfrədən durub atasını bərk- bərk qucaqladı və " Mən də böyüyəndə sənin kimi olacam." dedi. Ata oğlunu qucaqlayıb, başının sığalladı. Zorla gülümsədi. Sonra yeməyini bitirmədən durub ağır addımlarla kabinetinə getdi. Stulunda əyləşib dərindən nəfəs almağa çalışırdı. Ürəyi sıxılırdı. Gözü masanın üzərində olan övladının şəklinə sataşdı və beynində "Mən də böyüyəndə sənin kimi olacam" sözləri əks olundu.

- Allahım mən neynirəm?

Əlinə telefon dəstəyini götürüb. Işlədiyi xəstəxanaya zəng vurdu.

- Alo, Nazilə xanım. Dünən gələn xəstəyə zəng vurun. Deyin indi təcili

xəstəxanaya gəlsin əməliyyat olunacaq. Otağı da hazırlayın mən də gəlirəm.

- Axı demişdiniz pulu gətirməsələr əməliyyat olmayacaq. Onlar hələ pulu ödəməyib.

- Nə deyirəm onu eləyin. Çatdırın ki, pul lazım deyil. Təcili olaraq gətirsinlər.

- Burda da heç kim yoxdur. İş saatı bitib.

- Zəng eləyin hamını yığın. Həkimlər üçün iş saatı olmur. artıq söz istəmirəm. Mən gələndə hər şey hazır olsun.

- Başüstə.

Maşınına əyləşib xəstəxanaya tərəf sürdü. Yol boyunca dünən yanına gələn xəstə və onun yaxını ilə olan söhbəti xatırladı.

- Ancaq əməliyyat olunmalıdır. Müalicə gec ola bilər. Nə qədər tez əməliyyat olunsa, o qədər yaxşıdır. Pulu ödəyin qalanı bizlikdir.

- Ağrıları çoxdur. Dözə bilmir. Bu gün əməliyyat eləsəniz. Mən sonra pulu gətirəcəm.

- Xanım, bura sizin üçün mağaza deyil ki, nisyə dəftərimiz olsun. Burda yazılan dərmanları alın verin ağrısı azalacaq. Pulu ödəyən kimi də əməliyyat olunacaq.

- Qurban olum. Mən bu qədər pulu 2-3 günə necə tapım? Hardan tapım?

- Orası bizlik deyil. 2-3 gün olmasın bir həftə olsun. Sizin xəstəniz əziyyət çəkir.

Bütün bu söhbətləri xatırladıqca utanırdı. Alnından tər muncuq- muncuq axırdı. Hələ indiyə qədər belə vicdan əzabı çəkməmişdi.

- Hamı burdadır?

- Bəli. Xəstəni də gətiriblər. əməliyyat otağı da hazırdır.

- Lap yaxşı. Başlayaq.

Əməliyyat uğurlu keçmişdi. Xəstəyə dərman verildiyinə görə hələ

ayılmamışdı. Səhətini yoxlamaq üçün otağa girdi. O gün söhbət elədyi xanımı gördü. Başını aşağı saldı. Bu yaşına qədər hələ heç kimdən üzr istəməmişdi. İstədi ki, söhbəti yayındırsın üzr istəməsin, amma yenə oğlunu sözləri yadına düşdü. "Mən də böyüyəndə sənin kimi olacam."

- Xanım bağışlayın. O günkü söhbətə görə çox utanıram. Hər şey bir kənara öz insanlıq vəzifəmi unutmuşam. Bu hərəkətimdən dolayı üzr istəyirəm.

- Allah bağışlasın. Hamımızın gözünün tutulduğu an olur. Əsas odur ki, gec olmadan fərqinə varaq.

- Haqlısınız. Bir azdan ayılacaq. Bu dərmanları götürün. İçində kağız var. Yazmışam ki hansını nə vaxt qəbul etməlidir. Gələn həftə yoxlanışa gətirərsiniz.

- Oldu. Hər şeyə görə çox sağolun.

- Borcumuzdur. Sadəcə unutmuşdum.

- Oğlunuz sizinlə öyünməkdə haqlı imiş. İnşallah dediyi kimi gələcəkdə sizin kimi bir insan olar. O sizə qibtə edir.

- Siz…?

- Bəli mən oğlunuzun müəlliməsiyəm. Allahın işi bu.. Qismət deyək.

Həyatda hər şey biz insanlar üçündür. Səhv addım ata bilərik. Ömrümüzün sonuna qədər belə olmalıyıq deyə bir qayda yoxdur. Əsas odur ki, elədiyimiz səhvi görüb gec olmadan düzəldək və dərs götürək. Neçə yaşında olursaq olaq daima ətrafdakı insanlardan doğru yolu öyrənə bilərik. Hətta 8 yaşında olan oğlandan belə….


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 6440   Tarix: 13 oktyabr 2010  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Uşaqlarda məsuliyyət hissini necə artırmaq olar?

Həftəsonu uşaqlara dərs etdirmək çox vaxt çətin olur, çünki onlar bu günləri istirahət üçün görürlər. Mütəxəssislər bildirir ki, təzyiq və məcburiyyət əvəzinə daha yumşaq və planlı yanaşma daha effektiv nəticə verir. xəbər verir ki, ən vacib məqam dərs prosesini uşağa ağır yük kimi yox, idarə oluna bilə

18:00 90
.

Subaylıq insanı daha seçici edir

Uzun müddət subay qalan insanların münasibətlərə uyğunlaşması çətinləşə bilər. Ölkə.az xəbər verir ki, "Psychology Today"də yer alan qiymətləndirmələrə görə, insan nə qədər uzun müddət subay qalırsa, münasibətə uyğunlaşma prosesi bir o qədər çətin ola bilər. Mütəxəssislər bildirirlər ki, b

24.04.2026 422
.

Turlar.az - Turizm elanları saytı

saytında bir-birindən maraqlı və sərfəli elanlar sizi gözləyir!. İstirahət etmək üçün yeni məkan axtarırsınız? Tez-tez getdiyiniz yerlər daha sizə darıxdırıcı gəlir? Gedəcəyiniz yeni məkanı müəyyənləşdirməkdə çətinlik çəkirsiniz? O zaman vaxt itirmədən pulsuz turizm elanları saytına daxil olun. Bu fürsə

26.04.2026 467
.

Bahalı cihazlara pul verməzdən əvvəl modemin üzərinə açar qoyun

İnternet siqnalının evin uzaq künclərinə çatmaması adətən qalın divarlar və mebellər tərəfindən maneəyə rast gəlməsi ilə bağlıdır. "Yönləndiricinin üzərinə açar qoyma" metodu heç bir texniki bilik tələb etmədən siqnalı optimallaşdırmağın ən ucuz yolu kimi diqqət çəkir. xəbər verir ki, bu üsulu

19.04.2026 439
.

"Vəfatından sonra gördüm ki, tarının simi qırılıb"

"Bizim üçün kədərlidir. Çünki atam aramızda yoxdur. İlk dəfədir ki, onun doğum gününü Ramiz müəllimin fiziki iştirakı olmadan qeyd edirik. Xüsusilə mənim üçün çox təsirli və ağırdır. Ancaq hesab edirəm ki, onun ruhu buradadır, bizimlədir". Axşam.az xəbər verir ki, bu sözləri "Xəzər axşamı"

16:10 129
.

Günəşdə iki güclü partlayış qeydə alınıb

Aprelin 25-də Günəşdə iki M sinifli güclü partlayış baş verib. xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan bildiriblər. Birinci partlayış Moskva vaxtı ilə 10:59-da (Bakı vaxtı ilə 11:59) 4423-cü günəş ləkələri qrupunda qeydə alınıb və 7 dəqiqə davam edib. İkinci partlayı

26.04.2026 216
.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu maddə dil üzərindəki "umami" reseptorlarını xəbərdar edərək toxluq hissin

26.04.2026 263
.

Köhnə yorğan üzlərinin ortasındakı brilliant dəlik məhz BUNA GÖRƏ İMİŞ

Bu gün yerini zəncirbənd və düymələrə verən bu model bir zamanlar ev tekstilinin standart forması idi. Bu dizayn sadəcə estetik deyil, tamamilə funksional ehtiyaclardan yaranmışdı. xəbər verir ki, müasir yorğan üzlərinə ağır yorğanları salmaq bəzən əsl "idman" növünə çevrilir. Lakin ortas

26.04.2026 665
.

Tam yağlı süd uşaqlarda piylənməni azaldır

Toronto Universitetinin alimləri müəyyən ediblər ki, tam yağlı süd uşaqlarda artıq çəki və piylənmə riskini azalda bilər. Axşam.az xəbər verir ki, araşdırmanın nəticələri "American Journal of Clinical Nutrition" jurnalında dərc olunub. Tədqiqat zamanı uşaqların erkən yaşlarda hansı növ sü

25.04.2026 199
.

TOP MP3