Kainatın sonu yenidən hesablandı: "Qorxduğumuzdan tez..."
Yeni elmi araşdırma kainatın sonunun əvvəllər düşünüləndən xeyli daha tez baş verə biləcəyini göstərir. Alimlər kainatın taleyi ilə bağlı proqnozlarını yeniləyiblər. Əvvəllər kainatın trilyonlarla il ərzində tədricən soyuyaraq "istilik ölümü"nə doğru getdiyi hesab olunurdu. Lakin yeni tədqiqat daha erkən son ehtimalını gündəmə gətirir.
Qaynarinfo xəbər verir ki, "Donostia International Physics Center" tədqiqatçılarına görə, kainat Böyük Partlayış hadisəsindən təxminən 33,3 milyard il sonra sona çata bilər.
Hazırda kainatın yaşı təxminən 13,8 milyard il hesab edildiyindən, bu ssenariyə görə qarşıda cəmi 20 milyard ilə yaxın zaman qalır.
"Böyük Çöküş" ssenarisi
Araşdırmada qeyd olunur ki, kainatın genişlənməsi müəyyən mərhələdən sonra tərsinə dönə bilər. "Böyük Çöküş" (Big Crunch) adlanan bu prosesdə qalaktikalar, ulduzlar və planetlər yenidən bir nöqtəyə doğru sıxılacaq.
Bu mərhələdə bütün maddə sıxlaşaraq yox olacaq, eyni zamanda qara dəliklərin yaranması sürətlənəcək. Alimlər hesab edir ki, son mərhələdə kainat nəhəng qara dəliklərlə dolu vəziyyətdə sona çata bilər.
Qaranlıq enerji mübahisəsi
Elmi dairələrdə kainatın sonu ilə bağlı iki əsas ssenari mövcuddur: kainatın sonsuzadək genişlənərək soyuq və boş vəziyyətə düşməsi və ya genişlənmənin dayanaraq tərsinə dönməsi.
Bu prosesdə əsas rol oynayan amil isə qaranlıq enerjidir. Bu, kainatın genişlənməsini sürətləndirən və mahiyyəti tam açıqlanmayan bir qüvvə hesab olunur.
Yeni məlumatlar balansı dəyişir
Son illərdə əldə edilən yeni müşahidə nəticələri bu sahədəki mövcud təsəvvürləri dəyişməyə başlayıb.
"Dark Energy Spectroscopic Instrument" tərəfindən 47 milyon qalaktikanı əhatə edən xəritələşdirmə layihəsi göstərib ki, qaranlıq enerji sabit deyil və zamanla dəyişə bilər.
Bu isə kainatın genişlənməsinin yavaşlaya və hətta gələcəkdə tərsinə dönə biləcəyi ehtimalını gücləndirir.
Kainat nəhəng qara dəliyə çevrilə bilər
Simulyasiyalara əsasən, kainat müəyyən ölçüyə çatdıqdan sonra bu proseslər genişlənməni geri çevirir. Nəticədə bütün maddə yenidən "təkillik" adlanan bir nöqtədə toplanır.
Bu mərhələdə qara dəliklərin birləşməsi sürətlənir və kainat sonda nəhəng bir qara dəliyə çevrilərək mövcudluğunu başa vurur.
Tədqiqat müəllifləri isə vurğulayırlar ki, bu ssenari hələlik qəti nəticə sayılmır və gələcək müşahidələr bu barədə daha dəqiq məlumat verə bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 778 Tarix: 01 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGüclü külək əsir - Bəzi yerlərə yağış yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Oktyabrın 2-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz
02.10.2026 188 Putin nəvələrinin gələcək peşəsini - Açıqladı
Rusiya Prezidenti Vladimir Putin nəvələri barədə danışıb. "Qafqazinfo" xəbər verir ki, Putin bu haqda "Valday" Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı qısa məlumat verib. "Nəvələrim tərcüməçi kimi işləyəcəklər, onlar çin dilində danışırlar!" - deyə Rusiya lider
02.10.2026 132 Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət
02.10.2026 311 "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
02.10.2026 159 "Forsaj" serial olacaq
"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c
02.10.2026 127 Leysan, dolu, qar... - Sabahın havası
Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimal
02.10.2026 246 Dünya Bankı Azərbaycan iqtisadiyyatının makroiqtisadi dayanıqlığını qiymətləndirib
Azərbaycan iqtisadiyyatı makroiqtisadi sabitliyin yüksək səviyyəsini qoruyub saxlayır, həmçinin ÜDM-in artım tempi hələ də mülayim olaraq qalır. "Report" xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən CAMCA-2026 Regional Forumund
02.10.2026 154 Azərbaycanda film kimi DƏLƏDUZLUQ: bir adamı illərlə aldatdı
Lerikdə dələduzluq edən həbs olunub. -ın əldə etdiyi xəbərə görə, 49 yaşlı Nüsrət Kərimov (şərti adla) təkrar dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına görə, o, nəvəsinin kəsilən təqaüdünü bərpa etdirmək istəyən Tanrıverdi Məlikova (şərti adla) kömək edəcəyini bildirib. Nüsrət Tanrıverdiy
02.10.2026 194 Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs
02.10.2026 296