Bakı metrosunun yeni stansiyası belə olacaq - Fotolar

Bakı metrosunun yeni stansiyası belə olacaq - FotolarGələn il Bakı Metropoliteninin yeni – 3-cü xəttinin ("Bənövşəyi xətt") ilk 2 stansiyası sərnişinlərin istifadəsinə veriləcək.

Paytaxtın əsas giriş qapısı olan "Avtovağzal" stansiyasından başlayaraq inşa edilən "Bənövşəyi xətt" 12 stansiyadan ibarət olmaqla, Qaraçuxur qəsəbəsinə qədər uzanacaqdır.

Beşillik proqrama əsasən, 2016-cı ildə bu xəttin ilk 5 stansiyası istismara veriləcəkdir. Onlardan ikisi - "Memar Əcəmi-2" və "Avtovağzal" stansiyaları eyni vaxtda, yəni, 2014-cü ildə açılacaqdır. Şərti adı "Memar Əcəmi-2" olan stansiya bu xəttin ilk əsas sahələrindən biridir. Çünki "Memar Əcəmi-2" "Bənövşəyi xətt"dən mövcud "Yaşıl xətt"ə keçid stansiyası rolunu oynayacaqdır. Sərnişinlər buradan "Memar Əcəmi" stansiyasına keçməklə, "Yaşıl xətt"in əhatə edəcəyi stansiyalardan istifadə edə biləcəklər.

Tikinti sahəsi ilk baxışdan o qədər böyük görünməsə də, yerin altına endikcə inşaatçıların yaratdıqları möcüzə insanı heyran edir. Sahə rəisi Emin Məmmədov deyir ki, "Memar Əcəmi-2" stansiyası nəhəngliyinə görə bu vaxtadək tikilən metro stansiyalarından fərqlənir. Stansiya 5 mərtəbədən ibarət olacaqdır. Hər bir mərtəbənin hündürlüyü isə 5,8 metrdir.

Stansiyada tətbiq olunacaq yeniliklərdən danışan E.Məmmədov qeyd edir ki, layihələndirmə işlərində qabaqcıl Avropa təcrübəsindən istifadə olunmuşdur. Əsas işləri görən Fransanın "SYSTRA", Koreya Respublikasının "Saman" və "Britaniyanın "Mott Makdonald" şirkətlərinin iştirakı ilə paytaxtımızda bu günədək reallaşdırılmayan ən çeşidli və fərqli sistemlərin tətbiqi layihələndirilmişdir. Burada paytaxt metropolitenində ilk dəfə yeni üsul – "diafraqma divarı" və ya "qruntda divar" üsulu tətbiq edilmişdir. Yəni, bu üsul tətbiq olunursa, deməli, heç bir qazıntı işləri görülmür. İnşaat işləri, sadə dillə desək, yuxarıdan aşağıya doğru, hasarlanmaqla aparılır. Bu gün paytaxt mərkəzə doğru sıx tikililər və tikinti obyektlərindən ibarətdir. "Qruntda divar" məhz bu məqamda dada çatır. O, məhdud məkanda iş aparmaq üçün ən ideal tikinti üsuludur.

Sahə rəisinin dediklərinə şəhərin hər tərəfində aparılan inşaat işlərini, toz-torpağın ətraf mühitə mənfi təsirlərini də əlavə etsək, bu cür üsulun müsbət cəhətləri aydın olar. E.Məmmədov bildirir ki, hər hansı bir zərəri olmayan bu üsulun əsas müsbət cəhətlərindən biri stansiyanın tikintisinin üst sahələrdən aşağıya doğru aparılmasıdır. Əlbəttə, ilk baxışda elə görünə bilər ki, bu, çox baha başa gələn məsələdir. Lakin dünyanın aparıcı mütəxəssisləri ilk növbədə iqtisadi səmərəni düşünürlər. Buna görə bu üsul daha sərfəli və səmərəlidir, eyni zamanda, az xərc tələb edir.

Sahə rəisi vurğulayır ki, paytaxtın ağır hidrogeoloji şəraiti hər kəsə bəllidir. Bu mənada tətbiq olunan üsul bir daha öz səmərəsini büruzə verir. Artıq stansiyanın əsas inşaat mərhələsi geridə qalmışdır. Aşağı qatlarda, platforma səviyyəsində bir sıra tədbirlər görüldüyü halda, vestibüldə memarlıq işlərinə - mərmər-qranit örtüyün vurulmasına başlanılmışdır. Divarların örtüyündən söz düşmüşkən, onu da qeyd edək ki, burada dizayn tərtibatını daha da zəngin etmək üçün əlavə işıqlandırmadan da istifadə olunacaqdır. Eyni zamanda, eskalatorların dəmir-beton konstruksiyası da qurulur. Bu isə son tədbirlərə başlanılmasının ilk göstəricisidir.

Vestibüldə genişlik ilk baxışdan diqqəti cəlb edir və elə təəssürat yaranır ki, bura əsl saray olacaqdır. Elə bu qayda ilə yuxarıdan digər mərtəbələrin görüntüsü də fərqlilik təəssüratı yaradır.

Tavanın şüşə materialdan olması Bakı Metropolitenində ilk dəfə təbii işıqlanmadan istifadəyə imkan verəcəkdir. Onun yaratdığı zahiri genişlik effekti yeraltı qapalı mühitin psixoloji təsirini azaltmaqda mühüm rol oynayır. Ümumən bunun müxtəlif səpkidə üstünlükləri və təsirlərindən çox söz açmaq olar. Metropolitendə ilk dəfə məhz bu stansiyadan başlayaraq müxtəlif səviyyəli keçidlərdən istifadə ediləcəkdir. Stansiyanın 3 giriş-çıxışı olacaqdır. "Memar Əcəmi" stansiyasının "M" şəkilli yerüstü vestibülündə həm də yeni stansiyaya giriş-çıxış və kassalar yerləşəcəkdir. Burada əlillər üçün şərait də nəzərə alınacaqdır. Ümumiyyətlə, yeni xətlərdə yerləşən stansiyalarda bu cür insanların metrodan istifadəsini asanlaşdırmaq məqsədi liftlərdən də istifadə olunacaqdır. Stansiyada 4 lift quraşdırılacaqdır. Almaniyanın tanınmış şirkətlərindən olan "Tüyssen Krupp"un "Sinerji" qaldırıcı qurğusundan ikisi xidməti funksiya daşıyacaqdır. Stansiyanın yuxarı vestibülündən platformaya birbaşa eniş olmaması səbəbindən burada çox sayda eskalatordan istifadə ediləcəkdir. Bu stansiyada eskalatorlar birbaşa platformanın mərkəzinə doğru uzanır. Ümumilikdə 16 eskalatorun quraşdırılması planlaşdırılır. Bunlar da Almaniyanın "Tugela" tipli eskalatorlarıdır.

Vestibüldən aşağıya doğru sonrakı mərtəbədən "Yaşıl" və "Bənövşəyi" xətlərin stansiyalarından bir-birinə keçid üçün istifadə ediləcəkdir. Bu, sərnişinlərin heç bir əlavə ödəmə etmədən digər xəttin stansiyasına keçməsinə şərait yaradır. Platformanın uzunluğu 144 metrdən az olmayacaqdır. Yeni xətdə 7 vaqonlu qatarlar hərəkət edəcəkdir. Bu da sərnişinlərin rahatlığına, sıxlığın azaldılmasına şərait yaradacaqdır.

Öz əzəməti ilə digər stansiyalardan fərqlənəcək "Memar Əcəmi-2"nin daha bir özünəməxsusluğu da olacaqdır. "Memar Əcəmi-2" stansiyasında da "Avtovağzal"da olduğu kimi, platforma təhlükəsizlik qapıları ilə stansiya yolundan ayrılacaqdır. Yəni, stansiyada sərnişinlərin təhlükəsizliyini təmin edən şüşə qapılar quraşdırılacaqdır. Qatar stansiyaya çatıb dayananda həmin şüşə qapılar açılacaq və sərnişinlər birbaşa vaqona daxil olacaqlar. Sonra həmin şüşə qapılar yenidən bağlanacaqdır. Təhlükəsizlik tədbirlərindən biri də stansiyaların hər bir nöqtəsinin müşahidə kameraları ilə idarə olunmasıdır.

Gərgin və ağır zəhmət tələb edən, eyni zamanda, məsuliyyətli işlərində inşaatçılara uğurlar arzulayır, onlarla sağollaşıb ayrılıram. Ərazidən uzaqlaşdıqca görülən nəhəng işlər, işin əzəməti bir daha gözlərim qarşısında canlanır. Bir vaxtlar heç kəsin ağlına gətirə bilməyəcəyi işi artıq yerli inşaatçılarımızın həm keyfiyyətlə, həm də zövqlə yerinə yetirmələri bir azərbaycanlı kimi məndə qürur doğurur. Həqiqətən də inşaatçılarımızın yeraltı saraylar səltənətinin tikintisində əldə etdikləri uğurlarla fəxr etməyə dəyər. İnşaatçılarımızın işləri ilə əyani tanışlıq zamanı bir daha əmin oldum ki, metropolitenin yaxın perspektivdə qarşısında duran birinci prioritet istiqamət – Beynəlxalq Avtovağzal Kompleksini, 3-cü, 4-cü mikrorayonları, Tbilisi prospektini və Füzuli küçəsini əhatə edən, 5 stansiyadan ibarət olacaq və 6,8 kilometrlik metro xətti də vaxtında sərnişinlərin istifadəsinə veriləcəkdir. Ona da əmin oldum ki, bu stansiyalar da müasirliyi və qədimliyi ilə xarici turistlərin yaddaşında iz qoyan paytaxtımıza əlavə yaraşıq verəcəkdir.

Bakı metrosunun yeni stansiyası belə olacaq - FotolarBakı metrosunun yeni stansiyası belə olacaq - FotolarBakı metrosunun yeni stansiyası belə olacaq - FotolarBakı metrosunun yeni stansiyası belə olacaq - Fotolar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7987   Tarix: 21 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870