İlhamə Quliyeva: "Mən dövlət başçısını sevirəm"

İlhamə Quliyeva: "Mən dövlət başçısını sevirəm"Müğənni İlhamə Quliyeva Amerikanın Səsinə müsahibə verib. Xalq artisti müsahibədə keçdiyi sənət yolu, siyasi baxışları və müğənni Nazpəri Dostəliyeva ilə məhkəmə işinin nəticələri barədə fikirlərini paylaşıb.

Səhnəyə çıxışının 50 illik yubileyini qeyd edən xanım Quliyeva öz həyat yolundan xeyli razı qaldığını və bu dövrdə çox şeyə nail olduğunu söyləyib və əlavə edib ki, sənətdə əldə etdiyi nailiyyətlərə görə sabiq prezident Heydər Əliyev və hazırkı prezident İlham Əliyevə minnətdardır.

BiG.AZ axsam.az-a istinadən bildirir ki, Ona qarşı səsləndirilən "hökumətpərəst" ittihamını qəbul edən müğənni sənətkar kimi dövlətinə və xalqına sadiq olduğunu deyib: "Bəli, mən hökumətimi dəstəkləyirəm, hökumətimin başçısını dəstəkləyirəm - əgər mən bir ölkədə yaşayıramsa, mən onun zamanında rahat yaşayıramsa, öz sənətimi rahat inkişaf etdirirəmsə...

Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndə mən bir sənətkar kimi formalaşmışam. Qoy kim nə fikirləşirsə fikirləşsin. Mən öz dövlətimi, dövlət başçısını sevirəm".

İlhamə Quliyeva hazırda "prezident İlham Əliyevin əsgəri kimi" seçkilər mövsümündə təbliğat kampaniyasına hazırlaşdığını bildirib.

Başqalarından fərqli olaraq siyasi mövqeyini heç zaman dəyişmədiyini vurğulayan İlham Quliyeva "Mən heç zaman xameleon olmamışam" - deyə, bəyan edib.

Müğənni Nazpəri Dostəliyeva ilə məhkəmə işinə gəldikdə o, məhkəmədə udduğu 50 min manat pulu Qocalar və Uşaq Evlərinə ianə edəcəyini deyib. "Sənətdə, həyatda böyük-kiçik olmalıdır," deyən müğənni özünə qarşı təhqirləri qəbul etmədiyini bildirib. İlhamə Quliyeva əlavə edib ki, o, hətta hazırkı məbləğdən razı deyil və bunu artırmaq üçün appelyasiya məhkəməsinə müraciət edəcək.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2795   Tarix: 31 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

TOP MP3