Şeron Stoun: O kişilər mənim tipim deyil

Şeron Stoun: O kişilər mənim tipim deyil54 yaşlı aktrisa Şeron Stoun yenidən ekranlara qayıdır. "Yolunu azmış allahlar" (orijinal adı:Gods Behaving Badly) filmində pornoqrafiya aktrisası Linda Lavleysin (Linda Lovelace) anası roluna çəkilən aktrisanı qarşıda daha bir neçə film gözləyir."Əsas İnstinkt" (orijinal adı: Basic İnstinct) filminin ulduzu əla formadadır və deyilənlərə görə, 27 yaşlı argentinalı model Martin Mika ilə birlikdədir. Bununla belə, Şeron Stoun deyir ki, onun əsl məhəbbəti övladlarıdır…

- Yəqin ki, başqa ölkələrə nisbətən Amerikada yaşlanmaq daha çətindir…

- Amerikada sadəcə, yaşlanmaq yox, yaşamaq da çətindir. Burada əgər sənin yaşın 15-dən artıqdırsa və dərin bronzlaşmayıbsa, gərək çimərlik paltarı geyinməyəsən. Başqa ölkələrdə isə insanlar normal həyatını yaşayır. Yeyib-içməkdən, çimərlikdən, ailədən, həyatdan həzz alırlar.

- Siz 50 yaşlı qadınlar üçün çox gözəl nümunəsiniz…

- Ola bilər, mən qadınlara nümunə olmaq istərdim. Bəzən jurnallarda məsləhət verirlər: 30 yaşında bunu geyinmək olar, 40 yaşında bunu etmək mümkündür və s. Bu cür məsləhətləri heç sevmirəm. Məncə, bu, gülməlidir. Çünki bütün insanlar eyni deyil. Yaşadığımız həyatda da fərqlidir. Artıq heç kim qısa boz don geyinib, önlük taxıb, peçenye bişirmir və ya təkərli evlərdə bütün ölkəni gəzib-dolaşmağa çıxmır. Demək istəyirəm ki, indi artıq tamamilə yeni dünyada yaşayırıq.

- Bəs belə gözəl görünə bilmək üçün nə edirsiniz?

- Mən öz görünüşümdə qeyri-adi nəsə görmürəm. Hesab edirəm ki, insanlar fiziki formalarının çox önəmli olduğunu getdikcə daha erkən yaşda başa düşürlər. Həm də özümüzə qulluq etmək üçün indi imkanlar daha çoxdur. İndi daha yaxşı yeməklər, daha yaxşı kremlər var. Həm psixoloji, həm də mənəvi sağlamlığımızın qeydinə daha yaxşı qala bilirik…

- Bəs məhz siz buna necə nail olursunuz?

- Bunun üçün ciddi-cəhdlə çalışmaq lazımdır. Bədəninizi, fikirlərinizi və ruhunuzu daim start vəziyyətində saxlamaq üçün nizam-intizamlı olmalısınız. Məncə, məşhur qadın olmaq bir o qədər də yaxşı şey deyil.

- Siz həm də çox xoşbəxt görünürsünuz…

- Bəli, mənim bəxtim gətirib. Gözəl övladlarım, yaxşı dostlarım var. Yaşadığım cəmiyyətə bacardığım qədər xeyir verməyə çalşmışam. Bütün sahələrdə uğur qazana bilmişəm.

- Xoşbəxt olmaq üçün mütləq kiminləsə qarşılıqlı münasibətdə olmalısınız?

- Məncə bu, bizim təbiətimizdədir və təbiətin əksinə getmək olmaz. Bəli, mən təbiətlə harmoniyada yaşamaq istəyirəm.

- Onda belə çıxır ki, indi siz "təbiətlə harmoniyada" deyilsiniz?

- Yox. Amma mən bu harmoniyaya qovuşmaq istəyirəm.

- Siz həm də övladları üçün əlindən gələni əsirgəməyən ana kimi tanınırsınız.

- Bəli.

- Buna necə nail olmusunuz?

- Mən istəməsəydim, uşaqlarım olmazdı. Və mən həqiqətən də uşaq istəyirdim. Bəxtim gətirib, çünki mənim uşaqlarım ən qeyri-adi uşaqlardır (gülür). Mənim uşaqlarım ağıllı, məzəli, gülməli və çox yaradıcıdırlar (gülür). Bir sözlə, əla uşaqlardır…

- Holivuddakı kişilər haqqında nə düşünürsünüz?

- Bilmirəm, mən ümumiyyətlə, Hollivuddakı kişilər barəsində düşünmürəm. Çünki Hollivud kişiləri mənim tipim deyil.

- Bəs sizin hansı tip kişilərdən xoşunuz gəlir?

- İntellektual əcnəbilərdən.

- Deməli, ləhcə ilə danışanları bəyənirsiniz?

- Xeyr, ağıllı olanları bəyənirəm. Xüsusilə də ağıllı idmançıları. Mənim məhz bu kombinasiyadan xoşum gəlir.

- Bu yaxınlarda Linda Lavleys haqqında filmə çəkilmisiniz…

- Bəli, mən onun anasını oynamışam. Əla filmdir! Bu rejissorlar həqiqətən də ağıllı insanlardır!

- Cavan və təcrübəsiz qızcığaz olduğunuz dövr üçün darıxırsınızmı?

- Mən həmişə məhz bu rolu arzu etmişəm. Amma heç kim mənə bu rolu vermək istəmirdi.

- 20 il əvvəl heç ağlınıza gələrdi ki, 50 yaşınızda belə görünəcəksiniz? Mənə elə gəlir ki, hərdən insanlar əvvəlkindən daha cavan görünürlər…

- Mən də özümə eyni sualı verirəm. Biz doğrudan da indi daha yaxşı görünürük. Əgər 25 yaşlı oğlanlar məni görüşə dəvət edirlərsə, deməli, həqiqətən də yaxşı görünürəm (gülür).

- Siz həm də çox cəsarətli xanımsınız. Hətta 20 il bundan əvvəl mətbuata verdiyiniz müsahibələri oxuyanda belə bu fikrə gəlirəm.

- Mən qorxusuz deyiləm. Qorxu da bir hissiyyatdır və bu olmalıdır. Qəzəb də olmalıdır, bunların hamısı olmalıdır. Məndə qəzəb yoxdur, məndə qorxu yoxdur demək, axmaqlıqdır. Bizdə bu emosiyalar var ki, onlardan düzgün istifadə edək. Amma biz qorxuya, qəzəbə nəzarət etməyi bacarmalıyıq.

- Deməli, siz qoçaqsınız?

- Qoçaqlıq qorxuya cavab reaksiyasıdır.

- Bu sizin üçün motivasiya rolunu oynayır? Məsələn, Linda Lavleysin anasının roluna çəkilmək?

- Mən Linda Lavleysin anasını oynamaq istəyirdim. Linda Lavleys ondan sui-istifadə edən bir kişi tərəfindən pornoqrafiya ilə məşğul olmağa sövq edilmişdi. Amma o, öz həyatını dəyişib, qadınların müdafiəçisinə çevrilir. Və mən ekranda onun anası kimi görünməkdən çəkinmədim.

- "Qırmızı xalı" mərasimləri hələ də sizə maraqlıdır? Siz hələ də işinizin qəşəng geyinmək hissəsindən zövq alırsınızmı?

- Mən qırmızı xalı üzərində az qala milyon dəfə görünmüşəm. Amma bu təcrübələrin hamısı bir-birindən fərqlidir.

- Siz həm də dəbdə etdiyiniz risklərlə məhşursunuz.

- Elədir! Bilirsiz, mən hətta "qırmızı xalı"da ayaqyalın da addımlamışam (gülür).

- Plastik cərrahiyyə haqqında nə düşünürsünüz?

- Məsələ burasındadır ki, hamının mənim kimi valideynləri olmayıb. Mənim valideynlərim zahirən çox gözəl insanlar olublar. Atam hətta xərçəng xəstəliyindən əziyyət çəkdiyi vaxt da çox yaxşı görünürdü. Mən bilmirəm bunu necə ifadə edim… Valideynlərim eynilə kino ulduzlarına bənzəyirdilər. Və mən çox xoşbəxtəm ki, plastik cərrahiyyəyə ehtiyacım yoxdur.

- Bəs başqa insanların plastik əməliyyat keçirməsinə necə baxırsınız?

- Məncə, heç kimin başı boyda dodaqlara ehtiyacı yoxdur. Bu bir az gülməlidir. Amma əlbəttə ki, bu, sadəcə mənim fikrimdir.

- Bəzi aktrisalarsa deyirlər ki, rejissorların onlara rol verməsi üçün bunu etmək məcburiyyətindədirlər…

- Maraqlıdır, onlar bu görkəmdə hansı rolu oynamaq istəyirlər? Əgər siz kiminsə məşuqəsi kimi görünürsünüzsə, heç kimin anası və ya dostu rolunu oynaya bilməyəcəksiniz (gülür).

- Sizin ananız ciddi qadın olub?

- Bəli. Çox, çox ciddi!

- Bəs siz necə, ciddi anasınız?

- Bəli. Əgər övladıma "televizor söndür" dedimsə, həmin dəqiqə televizor sönməlidir, yoxsa o, kompüterini itirəcək. Beşdən birə qədər sayıram və uşaqlar mən deyəni eləmirlərsə, televizor sönür, üstəlik, onların kompüterlərini də götürürəm. Bax belə!

- Yenidən övlad sahibi olmaq istərdinizmi?

- Əgər ailə quracağım insanın övladı olarsa, mən ona analıq eləməyə hazıram. Amma özüm dünyaya uşaq gətirə bilmərəm. Mənim artıq 54 yaşım var. İndi mən işləmək istəyirəm. Qarşıda çəkiləcəyim altı film var.

- Sizcə, insanlar hələ də yaşlı qadınla cavan kişinin münasibətini qəbul etmir, yoxsa, artıq yaş heç bir əhəmiyyət daşımır?

- Məncə, insanlar artıq bunu qəbul edirlər. İndi qadınlar kişilərdən daha çox pul qazanırlar. Kolleclərdə kişilərdən çox qadın var. Qadınlar indi cəmiyyətdə mövqelərini möhkəmləndirirlər. Əvvəllər mən heç vaxt özümü gözəl hesab etməmişəm. Mənə həmişə elə gəlib ki, çox pis görünürəm. Amma indi mənə elə gəlir ki, möhtəşəm görünürəm (gülür).

Halbuki əvvəllər fikirləşirdim ki, gərək evdən çölə çıxmayım, çünki pis gündəyəm. Evdən çıxana qədər saatlar keçirdi. İndi isə 40 saniyəyə hazır oluram və düşünürəm, "Mənə baxın, mən möhtəşəm görünürəm! Mən hamıdan yaxşıyam, hamıdan ağıllıyam! Mənim paltarım da qəşəngdir.

Əynimdəki nimdaş paltar da ola bilər, amma fərqi yoxdur. 20 yaşlı bir qız mənim iştirak etdiyim məclisə ən yaxşı paltarda gələ bilər. Amma yenə də məndən qəşəng görünə bilməyəcək" (gülür).


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2125   Tarix: 30 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925