TQDK 12 dərslik komplektini yararsız saydı

TQDK 12 dərslik komplektini yararsız saydıDərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin nəticələri açıqlanıb.Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinin nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə əsasən, I-IV siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 77 dərslik, 91 ədəd müəllim üçün metodik vəsait, 58 iş dəftəri müzakirə edilib, bunlardan 12 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilməyib. V siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) 25 dərslik və 27 ədəd müəllim üçün metodik vəsait müzakirə edilib. Bunlardan 6 dərslik komplektinin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab olunmayıb. Beləliklə, görülmüş işlərin nəticəsində hazırlanmış yekun rəylər (I-V siniflər üzrə) müəlliflərə və Təhsil Nazirliyinə göndərilməklə bərabər, www.tqdk.gov.az saytında da yerləşdirilib.

Hazırda VII siniflər üzrə bütün dərsliklərin, VIII siniflər üzrə "Azərbaycan dili" (variativ dərsliklər), "Ədəbiyyat", "Rus dili" (ana dili kimi), "Ədəbiyyat" (təlim rus dilində olan məktəblər üçün), "Rus dili" (xarici dil kimi), "Cəbr", "Həndəsə", "Fizika", "Kimya", "Azərbaycan Respublikasının fiziki coğrafiyası", "Zoologiya" , "İngilis dili", "Fransız dili", "İnformatika", "Musiqi", "Rəsmxət", IX siniflər üzrə "Rus dili" (ana dili kimi), "Ədəbiyyat" (təlim rus dilində olan məktəblər üçün), "Rus dili"(xarici dil kimi), "Cəbr", "Biologiya (İnsan)", "Kimya", "Fizika", "Musiqi", "Rəsmxət", X siniflər üzrə "Rus dili"(xarici dil kimi), "Fizika", "Kimya"," Ümumi biologiya" (variativ dərsliklər) dərsliklərinin elmi-metodiki monitorinqi başa çatmış və yuxarıda göstərilən prosedur qaydalara uyğun olaraq yekun rəylər üzərində iş aparılır. Yekun rəylər yaxın vaxtlarda Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək.

Qeyd edək ki, prezidentin fərmanına əsasən ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına həvalə olunub. Fərmanın icrası olaraq, TQDK tərəfindən yeni təhsil proqramları üzrə (kurikulum) fənn standartları əsasında hazırlanmış I-V sinif, həmçinin hələlik qüvvədə olan tədris proqramları əsasında hazırlanıb və istifadədə olan VII-X sinif dərsliklərinin elmi-metodiki monitorinqi aparılıb. Dərslik müəllifi olmayan mütəxəssislərin sırasından ekspertlərin hazırlanması və pedaqoji ictimaiyyətin nümayəndələrindən dərsliklərə dair informasiyanın toplanması aparılıb. Komissiyada [email protected] elektron ünvanı yaradılıb və pedaqoji ictimaiyyətə müraciət olunaraq onların qeyd, irad və təkliflərinin bu ünvana göndərilməsi xahiş olunub. Hazırda bu ünvana I-XI sinif dərslikləri barədə 10 minə yaxın (9802) qeyd və təklif daxil olub. Bundan əlavə, monitorinqlər çərçivəsində dərslik müəllifi olmayan ekspertlər tərəfindən dərsliklərin ilkin ekspertizasının keçirilməsi, II və III mərhələlərin nəticələrinin (ictimaiyyətin və ekspertlərin rəylərinin) müqayisəsi, müqayisəli təhlilin nəticələrinin ümumi açıq müzakirəyə çıxarılması aparılıb, ümumi müzakirələr zamanı səslənən fikirlər, irad və təkliflər nəzərə alınmaqla tərtib olunmuş rəylər dərslik müəlliflərinə təqdim olunub, cavab olaraq müəlliflər hansı iradları qəbul etdiklərini, hansıları qəbul etmədiklərini bildiriblər. Həmçinin dərslik müəlliflərinin cavablarının müstəqil ekspertlər tərəfindən təhlili aparılıb.

mənbə: ann.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3156   Tarix: 11 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

TOP MP3