"Bu il 1700 uşaq pulsuz istirahət edəcək"

"Bu il 1700 uşaq pulsuz istirahət edəcək"Uşaq-sağlamlıq düşərgələrində vəziyyət necə olacaq?

"Bu aydan etibarən valideynlər uşaqlarını düşərgələrə göndərə bilərlər. Yay mövsümündə Həmkarlar İttifaqlarının nəzdində 4 uşaq-sağlamlıq düşərgəsi fəaliyyət göstərəcək. Həmin sağlamlıq ocaqlarında bu il istirahət etmək imkanı qazanan uşaqların sayı 3400 nəfərə çatdırılacaq".
Bu barədə AzVision.az-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov deyib. Onun sözlərinə görə istirahət edəcək uşaqlar 7-14 yaş qrupları arasında olacaq.

"Son beş ildə həmkarlar ittifaqlarının uşaq-sağlamlıq düşərgələrində 11 min nəfərdən artıq uşaq dincəlib. Bundan başqa, həmin dövr ərzində 30 min nəfərdən çox uşaq və yeniyetmənin valideynləri ilə birlikdə istirahətləri təşkil edilib, bu zaman aztəminatlı ailələrin, məcburi köçkün və qaçqın uşaqlarına güzəştlər olunub. Uşaq-sağlamlıq düşərgələrindən biri Nabran istirahət zonasında, digəri isə Şüvəlan qəsəbəsində fəaliyyət göstərəcək. Bunlar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının "Olimp", "Şahin", digərləri "Xidmət-İş" Həmkarlar İttifaqı Federasiyasının "Aypara" və Milli Elmlər Akademiyası Həmkarlar İttifaqı Komitəsinin "Elm" uşaq-sağlamlıq düşərgələridir."

Qurum sözçüsü qeyd edib ki, bu il 1700 uşaq pulsuz istirahət edə biləcək : "Sözügedən uşaq-sağlamlıq müəssisələrinə yollayışlar ilk növbədə həmin düşərgələrin məxsus olduğu sahənin müəssisə və təşkilatlarında çalışan işçilərin uşaqlarına veriləcək. Bu il istirahəti təşkil olunması nəzərdə tutulan 3400 nəfər uşaqdan 1700 nəfəri yollayışdan tam güzəştlə pulsuz istifadə edəcəklər. Həmin yollayışlar əsasən aztəminatlı, şəhid, qaçqın, məcburi köçkün və əlil ailələrinin uşaqları üçün nəzərdə tutulur. Qalan 1700 uşaq isə dəyərinin yalnız 15 faizini ödəməklə istirahət etmək imkanı qazanacaq. Bir ədəd yollayışın dəyərinin 180 manat olduğunu nəzərə alsaq, işçilər öz uşaqları üçün alacaqları yollayışın dəyərinin yalnız 15 faizini, yəni 27 manat ödəyəcəklər".

N. Ağamirovun sözlərinə görə, uşaq-sağlamlıq düşərgələri mövsüm ərzində bir növbənin müddəti 21 gün olmaqla fəaliyyət göstərəcək və uşaqların istirahətinin səmərəli təşkil olunması üçün hər cür şərait yaradılacaq.

mənbə: azvision.az.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1972   Tarix: 05 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585