Zoğal
ZOĞAL. Müalicə məqsədilə təzə və quru meyvələrindən, çox az hallarda isə yarpaqlarından, qabıqlarından və köklərindən istifadə edilir. Meyvələrin həlimi və şirəsi isalda faydalıdır. Müəyyən olunmuşdur ki, zoğalın meyvəsi tif dizinteriya qruplu bakteriyaları öldürmə qabiliyyətinə malikdir.
Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, zoğalın və cır armudun şirəsi isalda müsbət nəticə verir. Zoğal sinqa əleyhinə dərman vasitəsi kimi böyük əhəmiyyətə malikdir. Bu məqsədlə onun həm təzəsi və həm də cemi, kiseli və kompotu əhəmiyyətlidir.
Xalq təbbətində zoğal maddələr mübadiləsi pozulanda, podaqra, dəri xəstəliklərində və həmçinin qanəmələgətirən dərman kimi istifadə edilir. Zoğalın meyvələri vərəm əleyhinə və iştahaçan vasitə kimi faydalıdır.
Kökləri və qabığı malyariya və revmatizmə qarşı dərman kimi işlədilir. Baş ağrısında zoğal tumlarının həlimi ilə isladılmış dəsmalı alına, köklərinin həlimini arpa unu ilə qarışdırıb çibana qoyardılar. Budaqlarının yarpaqları ilə birlikdə həlimi öd və sidikqovan, çiçəklərinin həlimi, meyvələrinin şirəsi və həlimi titrətmə – qızdırma əleyhinə vasitə kimi işlədilib. Zoğalın mürəbbəsi soyuqdəymə zamanı tərlədici və hərarət salan, mədə sancmasında ağrıkəsən vasitə kimi istifadə edilir.
Çin təbabətində zoğal vərəmdə, mədə tez-tez işləyəndə, qulaqlarda səs və beldə ağrı olanda işlədilir.
Dərmanları. Meyvələrinin həlimi belə hazırlanır: 2 xörək qaşığı meyvələri, 1 stəkan qaynar su ilə 8 saat dəmlənir. Gündə iki dəfə ½ stəkan qəbul edilir.
Köklərinin həlimi. Əzilmiş xırda kökləri (1: 10 nisbətində) qaynadılır, sonra iki saat dəmlənir. Bu dərman süzülür, gündə 3 dəfə və hər dəfə iki xörək qaşığı qəbul edilir.
Köklərinin belə həlimi orqanizmin tonusunu və fəaliyyətini artırır.
Budaq və yarpaqlarının birlikdə çayı: budaq və yarpaqlarının narın əzilmiş qarışığından 1 xörək qaşığı 1 stəkan qaynar suda dəmlənir. Süzülərək ¼ stəkan gündə 3-4 dəfə qəbul edilir. Bu isal əleyhinə, ödqovucu və sidikqovucu vasitədir.
Malyariyada 2 xörək qaşığı zoğal ağacının qabığını 2 stəkan su töküb zəif odda ağzı örtülü qabda 30 dəq. qaynatmaq, soyutmaq, süzmək. Bütün alınan həlimi qurtum – qurtum gün ərzində içmək.
Zoğal meyvəsi mədə qanaxmalarında və isalda faydalıdır. Cövhər: 5-10 q quru zoğal meyvələri 1 stəkan qaynar suya töküb 1 saat dəmlənir. İsalda gündə 1 stəkan, mədə qanaxmalarında isə yeməkdən qabaq gündə 3 dəfə 1 stəkan içmək.
Lumbaqoda (bel ağrısı) zoğalın meyvəsini (tumsuz) tənzifə büküb belin ağrıyan yerinə qoyurlar.
Zoğal sirkəsi: yuyulub tumları təmizlənmiş 1,5 kq zoğal ağacla döyülüb əzilir və şüşə bankaya tökülür, üzərinə 1,5 litr su, 200 qr şəkər və 1-2 budaq nanə əlavə edib ağzı ikiqat tənziflə bağlanır. Otaq şəraitində 2-3 ay saxlanır. Bundan sonra üst təbəqə süzülür və alınan sirkə xörəklərin hazırlanmasında istifadə edilir.
mənbə: faktxeber.com
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 6675 Tarix: 07 iyun 2013
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir
Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri
12.09.2021 489 Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO
Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ
14.09.2021 1051 Ayaq qoxusuna son
Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi
10.09.2021 1505 "Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"
Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi
12.09.2021 5476 Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə
16.09.2021 877 Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...
Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin
18.09.2021 882 Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO
Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib
14.09.2021 2001