Hitlerin əbədi məhəbbəti

Hitlerin əbədi məhəbbəti "Yüksək intellektli kişilərin, gərək ki, primitiv və axmaq xanımı olsun".
Adolf Hitler

Tarixə adı müxtəlif səbəblərdən yazılan qadınlar olub və olacaqdır. Çox zaman bu qadınları eyni bir xüsusiyyət - rəhbər xanımı olmaları birləşdirir. Bu səbəbdən də insanlarda qəribə bir stereotip formalaşıb ki, qadın daim kişi əqlindən geridə yer tutur. "Zəkanın cinsi yoxdur" fikri məndə Mariya Sklodovskaya-Kürinin avtobioqrafiyasını oxuyarkən yarandı. Mariya Küri tarixdə Nobel mükafatı almış ilk qadın olmaqla yanaşı, sağlığında bu mükafata iki dəfə layiq görülmüş hələ ki yeganə insandır.
Hitlerin əbədi məhəbbətiTaleyini paylaşmaq istədiyim - tarixin qadın siyahısındakı qadın milyonların "cəllad"ı olan Adolf Hitlerin həyat yoldaşı Yeva Braundur. Qəribə taleyi olan və adı tarixə təsadüfən həkk olmuş bu qadın kimlərinsə həsəd obyekti olub. Ancaq məhdudiyyətlərlə dolu uşaqlığı, qadağalarla dolu sevgili həyatı, sonda isə intiharla bitən ömrü xoşbəxtlər sırasında ona yer etmədi. Çoxu onu banal ada, banal görkəmə sahib biri kimi qiymətləndirirdi. Bu fikirdə olanlar üçün onun varlığı Hitlerlə müqayisədə belə görünürdü.

Hitlerin əbədi məhəbbətiZamanına görə ortabab ailədə böyüyən Yeva Braunun gəncliyində müxtəlif maraqları olub. Bəzi zamanlarda yüngül atletika ilə, bir neçə əcnəbi dillə məşğul olurdu. Daha bir həvəsi - kinoya və fotoya olan aludəliyi onu taleyinin ən böyük dönüş nöqtəsinə apardı. Adi bir fotoatelyedə tələbə, həm də satıcı olan on yeddi yaşlı bu qız günlərin birində elə bu atelyedəcə Adolfla tanış olur. Hər şey də bu görüşdən başlayır. Bu görüş onu zirvələrə aparacaq, ya da həyatın ağır, acılı bir guşəsinə endirəcək nərdivanın ilk pilləsi idi. Yeva illərlə Almaniyanın ilahiləşdirdiyi bir şəxsiyyətə kor-koranə aşiq olur. Beləliklə, onun məşuqə həyatı başlayır. Bundan sonra Yeva Hitlerin istədiyi vaxtlarda, istədiyi yerdə onunla görüşə bilir.
Hitlerin əbədi məhəbbətiOnun üçün Hitlerin diqqəti xırda-para hədiyyələrlə təltifində idi. Xanım Braun əzablı məşuqə həyatında iki dəfə intihara cəhd edir. İlk dəfə 1932-ci ildə başına güllə açsa da, güllə boynunu yaralayaraq yan keçir. İkinci dəfə 1936-cı ildə yüksək dozada dərman qəbul etsə də, yenə onu xilas edə bilirlər. Bu qadının həyatdan küskünlüyünün səbəbini indiyədək heç kim dəqiq bilmir. Onun haqqında tam təsəvvürü qorunub saxlanılmış xatirə yazıları yaradır. Yalnız ailəli birinin məşuqəsi olaraq kölgədə yaşamaq, sevdiyi tərəfindən daim diqqətsizlik, eyni zamanda özünəməxsus şəkildə qəddarlıqla sevilmək bu addıma gətirə bilərdi. Sevdiyi onunla olan münasibətlərini bütün rəsmi, qeyri-rəsmi görüşlərdə danırdı. Səfərləri zamanı onu özü ilə gizli aparırdı. Söhbətlərində nikahın onun üçün mümkünsüzlüyünü tez-tez vurğulayırdı. Yeva onun siyasi işlərindən kənarda qalırdı. Ancaq bunlarla yanaşı Yeva Adolfun sayəsində çox inkişaf edir: təhsilini artırır, xarici görünüşünə diqqətlə yanaşır, kinoya və fotoya olan maraği ilə ciddi məşğul olur, əsl zadəgən qadın olur.

Hitlerin əbədi məhəbbətiYalnız müharibənin sonlarında Hitlerin bu sarışın xanıma münasibəti dəyişir. Əsəb gərginliyi onun özünü idarəsinə mane olurdu. O, Yeva üçün çox narahat idi. Həmin ağır günlərdə "Mersedes" kabriolet Yevanı bombalanan, uçqun, kimsəsiz şəhərlərdən düz Berlinə aparırdı. Onlar ən xöşbəxt günlərini dənizdə - 16 metrlik dərinlikdə, bunkerdə yaşadılar.
Aprelin 28-dən 29-na keçən gecə saat 00:00-da, nəhayət ki, onlar nikaha girdilər. Bir neçə şahidin iştirakı ilə o, Yevanı öz xanımı elan edir. Yevanın bir arzusunu da qeyd edir ki, o, Hitlerlə birgə özünü ölumə hazır bilir.
Həyatının 16 ilini Hitlerin yanında ikinci mövqedə dayanan, daim onun diqqətini gözləyən Yeva 30 aprel tarixində gərəksiz yerə qurban gedir. Hitler başına güllə açmaqla, Yeva isə zəhər içməklə intihar edirlər. Cəsədləri birgə yandırılır.
Qeyd edim ki, Hitlerlə bağlı qalan sənədlərdə əksər foto və video yazılar Yeva Braun tərəfindən lentə alınıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8227   Tarix: 27 avqust 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068