Məhşur yazıçı Dostoyevskini tanıyırmısınız?

Məhşur yazıçı Dostoyevskini tanıyırmısınız?Fyodor Mixayloviç Dostoyevski (rus. Фёдор Михайлович Достоевский; 11 noyabr 1821 – 9 fevral 1881) — rus yazıçı, dünya ədəbiyyatının ən böyük yazıçılarından biri. Uşaqlığını sərxoş ata və xəstə anasının yanında keçirən Dostoyevski, anasının ölümündən sonra Peterburqdakı Mühəndis Məktəbinə girdi. Atasının ölümünü burada xəbər aldı. Məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra İstehkam Müdirliyinə girdi. Bir il sonra istefa verərək buradan ayrıldı. Ordudan ayrıldıqdan sonra ədəbiyyata yönələn Dostoyevskinin ilk romanı Bədbəxt insanlar, 1846-cı ildə nümayiş olundu. Bu əsərinin ardından yazdığı kitablarla gözlədiyi müvəffəqiyyətə çata bilməyən Dostoyevskinin ümidi qırıldı və siyasətlə maraqlanmağa başladı.Dostoyevski, romanını "Oteşestvenya Zapiski" adlı məşhur bir ədəbiyyat jurnalında yayınlatmayı ümid etmişdi; lakin aradan bir il keçdiyi halda jurnal, romanında əhəmiyyətli dəyişikliklər etmədikcə, əsərini nəşr etməyi rədd etməyə davam edirdi. O da istənən dəyişiklikləri etmək yerinə, əsərini öz nəşr etməyi qərarlaşdırdı və qazanacağı pulla borclarını bağlaya biləcəyi ümidiylə 1846-cı ildə Bədbəxt insanlar'ı nəşr etdi. Kitabı oxuduqdan sonra zamanın usta tənqidçilərindən biri, ona bu məktubu göndərdi: "Siz problemin ruhunun ən dərinlərinə getmiş və bir neçə xəttdə böyük bir gerçəyi ortaya qoymusunuz. Sizdən xahiş edirəm, qabiliyyətinizi qiymətləndirin və ona qarşı həmişə dürüst olun. Beləcə böyük bir yazar ola bilərsiniz." Dostoyevski, cəmiyyətini mərhəmətsiz qaydalarında yaşlı bir adamın yetim bir qıza bəslədiyi sevgini iç dünyasındakı dərin qarşıdurmalarla işlədi. Xalqın rəğbətiylə qarşılanan bu kitab, tənqidçilərdən də təriflər gördü. Məşhur tənqidçi Belinski, romanı oxuduqdan sonra Dostoyevskiyə gələcəkdə böyük bir yazar olacağına dair tərif dolu sözlər söylədi. Şair Nikolay Neksarov, Dostoyevski haqqında "Yeni bir Qoqol doğuldu" deyə danışdı.

23 aprel 1849-cu ildə Çarlıq polisi tərəfindən yatağında həbs olunan Dostoyevski, qrupun digər iyirmi üzvüylə birlikdə 22 dekabrda gülləyə düzülmək üzrə Semyonevski sahəsinə aparıldı.

1863-cü il. Dostoyevski
Güllələnəcəyi zaman ölüm cəzasının həbs cəzasına çevrilməsiylə OMSK-aya göndərildi.

Romanları
Bədbəxt insanlar
Ölü evdən qeydlər
Gizlindən qeydlər
Cinayət və cəza
Qumarbaz
İdiot
Yeniyetmə
Karamazov qardaşları
Cinlər

Povest və hekayələri
Oxşar
Ev sahibəsi
Bir kövrək ürəkli
Bəyaz gecələr
Əminin yuxusu
Nalayiq lətifə
Əbədi ər
Gülməli insanın yuxusu

25 yanvar 1881-ci ildə ciyər qanamasıyla yenidən yatağa düşdü. Gecə gələn böhrandan sonra artıq çox zamanı qalmadığı aydın olmuşdu. Xəstə yatağında arvadından ona "Pozğunluqdan dönən oğul"dan parçalar oxumasını istədi. Bir keşiş də başında dua oxuyurdu. Son nəfəsini verənə qədər ağlı başında qaldı və 28 yanvar axşam saat 8:30-da əbədiyyətə qovuşdu. Ölümündən sonra kitabları böyük təzyiqlə nəşr olunan böyük yazar, yalnız Rus ədəbiyyatında deyil dünya ədəbiyyatının inkişafında da böyük rol oynayan əsərlər yaratdı. Dostoyevski üçün 31 yanvar 1881-ci ildə təşkil edilən dəfn mərasimində təxminən 30.000 adam tabutunun arxasında getdi.
"Yüksək və sərt bir qayalıqda, ancaq iki ayağımın sığa biləcəyi, dar bir çıxıntıda, dörd bir tərəfim uçurumlar, okeanlar, sonsuz bir gecə, sonsuz bir yalnızlıq və heç bitməyəcək bir fırtınayla əhatələnmiş bir vəziyyətdə yaşamaq məcburiyyətində olsam və bütün ömrüm boyu, min il boyunca, hətta sonsuza qədər o bir qarış torpaqda dayanmaq məcburiyyətində olsam da o şəkildə yaşamaq, bu anda yarım saat sonra ölü olmaqdan çox daha yaxşıdır. Yetərki yaşasın, sırf yaşasın! Necə olursa olsun, amma yetər ki yaşasın!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3502   Tarix: 04 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001