Görənləri təəccübləndirir (Video)

Görənləri təəccübləndirir (Video)İngiltərədə xərçəng xəstəsi olduğu üçün omba sümüyünün yarısı alınan gənc bir qız sağ qıçını tam 180 dərəcə çevirərək həm görənləri təəccübləndirir, həm də güldürür.

Bir İngilis televiziya kanalında yayımlanan "Ellen DeGeneres Show" adlı proqrama qatılan Cen O'Şia sağ qıçını 180 dərəcə çevirərək izləyənləri heyrətlər içində buraxıb.

Gənc qızın bu maraqlı qabiliyyəti 2011-ci ildə keçirdiyi böyük əməliyyatdan qaynaqlanır. Belə ki, sümük xərçənginə tutulan gənc qızın omba sümüyünün sağ yarısı böyük bir əməliyyatla alınıb.

Bu əməliyyatdan sonra uzun müddət fizioterapiya görən gənc qız qısa bir müddət əvvəl sağ qıçını 180 dərəcə döndürə bildiyini görüb. Cen O`Şia yeni kəşf etdiyi bu qabiliyyətini dostlarını yolda əyləndirmək üçün istifadə edir.

Qıçını çevirdiyi zaman dostlarının əvvəl heyrətdən donub qaldıqlarını ifadə edən gənc qız, sonra hər kəsin gülməyə başladığını söyləyib.

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3430   Tarix: 26 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740