Türk qızlarından tər iyi gəlir...

Türk qızlarından tər iyi gəlir...

Castin Biberin sosial şəbəkədə yazdığı sözlər qalmaqala səbəb olub.Türkiyəli vəkil Tuba Aksu tanınmış müğənni Castin Biberi məhkəməyə verməyə hazırlaşır. Buna səbəb müğənninin İstanbul konsertindən sonra sosial şəbəkələrdə "türk qızlarından tər iyi gəlir" yazmasıdır. Vəkil bildirib ki, konsertdən sonra müğənni öz “Twitter” səhifəsində doğru olmayan bəzi ifadələrdən istifadə edib.

İddialara görə, Castin Biber “Twitter” səhifəsində “Gözəl bir gecə idi. Türk qızlarına təşəkkür edirəm. Amma onlardan gələn tər iyi üçün eyni sözləri deyə bilməyəcəyəm” yazıb.

Vəkil Aksu şikayət ərizəsində müğənninin göstərilən dəyər qarşısında ərköyün uşaqlar kimi rəftar etdiyini yazıb. Castin Biberin “Twitter”də 35 milyon təqibçisi olduğunu deyən vəkil Tuba Aksu belə bir müğənninin türk millətinin ləyaqətini alçaldacaq sözlər yazmasını qəbul etmənin mümkün olmadığını deyib.


mənbə: anspress.com

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 5818 Tarix: 25.05.2013



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
namikkk
namikkk 08.09.2015
duz deyir eslinde bilirsiniz ki en nifret etdiyi sey ter iyidi gelende etir vurunda