Yahoo! populyar bloq servisini aldı

Yahoo! populyar bloq servisini aldı

Yahoo!-nun Direktorlar Şurası gənclər arasında populyarlığı ilə seçilən Tumblr bloq xidmətinin 1.1 milyard dollar satın alınmasını yekdilliklə təqdir edib.Bu barədə Yahoo! şirkətinə yaxın mənbələr məlumat verib. Şirkətin mətbuat xidməti bu məsələyə rəsmi münasibət bildirməyib.

Mənbələrin məlumatına əsasən, şirkətin təsisçisi Devid Korp saziş bağlandıqdan sonra xidmət üzərində ən azı 4 il işləyəcək, həm də o, sözügedən bloq-xidmətin strateji və operativ idarəetməsini həyata keçirməli olacaq.

Yahoo! şirkətindəki mənbələr bildirirlər ki, Marissa Meyer sözügedən satınalmanın ən fəal tərəfdarıdır və o hesab edir ki, məhz Tumblr kimi resurslar Yeni Yahoo!-nun əsasını qoymalıdır. Məlumat üçün bildirək ki, Tumblr hazırda özəl şirkətdir və onun kapitallaşdırma dəyəri 800 milyon dollar təşkil edir.

Bu ilin aprelində xidmətdən 117 milyon insan istifadə edib, bloqların ümumi sayı 108 milyon olub.


mənbə: itcnews.com

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 630 Tarix: 24.05.2013



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol