Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasından 90 il ötür

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasından 90 il ötürBu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi qeyd olunur.

ANS PRESS-in məlumatına görə, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etdi.

2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib.

Heydər Əliyev bir çox dövlət orden və medallarına, beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.

Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunub.

27 mart 1997-ci il - Kiyevdə Azərbaycanın dövlət başçısına Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni təqdim edilib.

13 aprel 1999-cu il - Prezident Heydər Əliyev Türkiyənin ən nüfuzlu mükafatı - "Atatürk Sülh Mükafatına" layiq görülüb.

20 yanvar 2001-ci il - Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Moskva Dövlət Universitetinin "Fəxri professoru" adı verilib.

3 aprel 2003-cü il - Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının professoru və həqiqi üzvü seçilib, Y.V.Andropov adına mükafata layiq görülüb.

10 may 2003-cü il - Heydər Əliyevin Rusiyanın yüksək mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif olunması barədə Fərman imzalanıb.

mənbə:anspress.com


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 6482   Tarix: 10 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Aktrisa Melisa Aslı Pamuk ana oldu

Ötən may ayında Parisdə ailə quran Melisa Aslı Pamuk və Yusuf Yazıcıdan şad xəbər gəlib. türk mediasına istinadən xəbər verir ki, "Miss Türkiyə 2011" yarışmasının qalibi Melisa Aslı Pamuk oğlunu dünyaya gətirib. Yusuf Yazıcı şad xəbəri sosial media hesabında açıqlayıb. Məşhur cütlük körpələrini

30.01.2025 553
.

Zeynep Dəmirəl 3-cü hamiləliyindən foto paylaşdı

Türkiyə futbolunun ulduzu olan Volkan Dəmirəl və 2010-cu ildən bəri evli olduğu aktrisa Zeynep Dəmirəl sosial medianın ən məşhur fenomenləri arasındadır. türk mediasına istinadən xəbər verir ki, qız uşağı gözləyən Zeynep Dəmirəl hamiləliyinin 35-ci həftəsində maraqlı paylaşım edib. Demirelin paylaşım

30.01.2025 494
.

Deputat Sumqayıtda vətəndaş qəbulu keçirdi

44 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputat Mehriban Vəliyeva yanvar ayı üçün növbəti vətəndaş qəbulunu keçirib. Deputat vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, çətinlikləri ilə maraqlanıb. Vətəndaşlar əsasən işlə təminat, sağlamlıq, məhkəmə icraatı, abadlıql

30.01.2025 275
.

Ölümcül allergik reaksiya yaradan "Lay's" cipsləri satışdan yığılır - Azərbaycanda durum necədir?

ABŞ-də "Lay's" brendinin istehsal etdiyi cipslər məhsulun etiketində göstərilməyən süd tərkibli komponentlərin olması səbəbindən geri çağırılıb. Bununla bağlı ABŞ Qida və Dərman İdarəsinin (FDA) məlumatında bildirilib ki, həmin məhsullar birinci sinif risk qrupu elan edilib. Bu da o deməkdi

30.01.2025 540
.

"Dubay şokoladı" barədə XƏBƏRDARLIQ - 3 gün ömrü olan bu qida haqqında nələri bilmirik?

"Dubay şokoladı" termini adətən püstə kremi, küncüt pastası və kadayıflı şokoladlar üçün istifadə olunur, lakin, fərqli içliklərlə də hazırlana bilir. xəbər verir ki, bunu " "ya açıqlamasında rusiyalı diyetoloq Veronika Qusakova bildirib. O, populyarlaşan məhsulun potensial təhlükəs

29.01.2025 1135
.

Bakıya məktəb avtobusları gətiriləcək

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nı təsdiq edib. "Qafqazinfo"nun məlumatına görə, Dövlət Proqramınında Bakının nəqliyyat sıxlığına təsir edə

00:02 353
.

Kişi evə qayıdıb öz dəfnində iştirak etdi - ŞOK OLAY

Tailandda bir kişi öz dəfni üçün evə qayıdanda ailəsini şoka salıb. xarici mediaya istinadla xəbər verir ki, Borrabue polis idarəsinin əməkdaşları yanvarın 18-də şəxsiyyəti məlum olmayan bir kişinin ölümünü araşdırıblar. Kişinin havanın soyuq keçməsi nəticəsində öldüyü ehtimal edilib. Hüquq-mühafiz

29.01.2025 962
.

Terminlərin semantik-struktur xüsusiyyətləri

Açar sözlər: terminologiya, sosial amillər, yazılı abidələr, subyektiv amil, ictimai-siyasi terminlər, radikal dəyişiklik, dilin lüğət tərkibi, ümumtürk konteksti. Ключевые слова: терминология, социальные факторы, письменные памятники, субъективный фактор, социально-политические термины, радикально

30.01.2025 304
.

Gülben Ergenin yerini Ayça Bingöl tutdu

"Piyasa" serialı ilə ekranlara qayıtmağa hazırlaşan Gülben Ergen vaxtı olmadığı üçün roldan imtina edib. xəbər verir ki, onun yerinə Ayça Bingöl gəlib. O, serialda jurnalist Ahsen rolunu canlandıracaq. [hh4-unikal]

30.01.2025 392
.

TOP MP3