Terminlərin semantik-struktur xüsusiyyətləri

Terminlərin semantik-struktur xüsusiyyətləriAçar sözlər: terminologiya, sosial amillər, yazılı abidələr, subyektiv amil, ictimai-siyasi terminlər, radikal dəyişiklik, dilin lüğət tərkibi, ümumtürk konteksti
Ключевые слова: терминология, социальные факторы, письменные памятники, субъективный фактор, социально-политические термины, радикальное изменение, словарный состав языка, общетюркский контекст.
Key words: terminology, social factors, written monuments, subjective factor, socio-political terms, radical change, vocabulary of the language, general Turkic context.

Türk dilləri, o cümlədən də Azərbaycan dili gərçəkliyi əks etdirmə baxımından böyük imkanlara malik olmuşdur. Cəmiyyətdə baş verən radikal dəyişikliklər dildən çeviklik tələb edir. Meydana gələn məvhum və anlayışlar konkret dil vahidləri ilə işarələnə bilərsə, bu, milli dilin sözyaratma imkanlarının zənginliyinə əsaslanır.
Xüsusi sahə leksik sistemi kimi terminologiya Azərbaycan dilində qədim köklər üzərindədir. Azərbaycan dilinin ümumtürk kontekstində araşdırılan terminologiyası təsdiqləyir ki, cəmiyyətdə ünsiyyət vasitəsi kimi dil ilk növbədə bu münasibətləri əks etdirən vahidlərin yaradılmasına meylli olmuşdur. "Kollektiv həyat cəmiyyət üzvlərindən öz hərəkət və davranışlarını başqaları ilə razılaşdırmağı tələb edir. Sosial differensiallaşma gücləndikcə, dildə də müvafiq prosesin getməsi zərurəti yaranırdı. Sosial amillər dilin bütün qatlarına öz təsirini göstərsə də, bu, daha çox dilin leksik qatında özünü göstərir". [1.s.166]. Leksik-semantik yolla yaranan terminlər dilin lüğət tərkibinə daxil olaraq digər yollarla yeni terminlərin yaranması üçün əsas rol oynayır.
Obyektiv və subyektiv amillərdən eyni dərəcədə asılı olan terminlərin yaranma prosesi bütün dillərdə eyni sistemə əsaslanmır. Bu zaman milli dilin qədim qaynaqları, sözyaratma ənənələrinin çevikliyi, işlənmə dairəsinin genişliyi, ünsiyyət prosesində konkret anlaşıqlıq səviyyəsi əsas rol oynayır. Ən qədim yazılı abidələrlə Azərbaycan dilinin bugünki ictimai-siyasi leksik vahidlərinin müqayisəsi sübut edir ki, bu vahidlərin anlaşıqlığında əsaslı və nəzərə çarpacaq fərq yoxdur. Qədim türk yazılı abidələrində, "Divani-lüğət-it-türk" də, "Kitabi-Dədə Qorqud" da, o cümlədən də digər yazılı və şifahi qaynaqlarda işlənən ictimai-siyasi terminlərin bir çoxu bu gün də Azərbaycan dilində və digər türk dillərində işləkliyini qoruyub saxlamışdır. Əlbəttə, bu terminlərdən bir çoxunun passiv mövqeyə çəkilməsi də göz önündədir. Lakin bu passivlik nisbi xarakter daşıyır və müəyyən anda həmi passiv mövqəli termin fəal mövqəya keçə və anlaşıqlıq əldə edə bilər. Məlum məsələdir ki, zaman ötdükcə müxtəlif səbəblərdən terminlərin semantik tutumunda dəyişiklik baş verir, onların mənası daralır,yaxud da genişlənir. Azərbaycan dili ictimai-siyasi terminologiyasının ilkin qaynaqlarının araşdırılmasını, müxtəlif yazılı və şifahi abidələrinin dilində və bu gün işlənən terminlərin fərdi inkişaf xəttinin müqayisəli-retrospektiv araşdırılması bu fikri təsdiqləyir ki, belə mə"na daralması və genişlənməsi Azərbaycan və türkmənşəli ictimai-siyasi terminlərdə də baş vermişdir. Yazılı və şifahi abidələrdən bir-birinə keçərək öz semantik tutumunu qoruyub saxlayan, türk dillərdən ərəb, fars, rus və digər dillərə keçərək eyni semantikanı ifadə edən belə terminlərdən bir neçəsini müşahidə edək:
​​​A l P A Ğ U // A L P A Ğ U T -turk dillərindəki "tərxan rütbəsinin eyni olan bu söz abidələrin dilində həm sifət, həm antroponim, həm də rütbə kimi işlənmişdir (KTşm. 7), düşmənə təkbaşına hücum edən və yaxalanmayan igid (DLT. 1-144) kimi şərəfli bir titulu ifadə edir. V.V. Radlov bu sözün türk dillərinə "zadəgan, mülkədar" mənası verdiyini bildirir (Radlov,1-1430-431). Tofiq Əhmədov qeyd edir ki, Azərbaycanda bu adla bağlı xeyli toponim var. [1.s.25]. "Kitabi-Dədə Qorqud" "igid, qəhrəman, cəsur" anlayışı ifadə edən bu söz "alp" komponenti əsasında yaranmışdır (KDQ, 161). M.Kaşqari də bu sözü "igid" kimi izah edir və Əfrasiyabın (Alp Ər Tonqa) adı ilə bağlayır ( DlT. 1-41).
​​​AYĞUCi - tonyukunun titullarından biri olub (Tq. 10, Tş. 21, Tşm. 29, tş. 49 və s.) ay: ayt: ət kökünə-quçi şəkilçisi artıqmaqla düzəlmişdir. Fikrimizcə, "ay: ayt" kökünün əsasında "danışmaq, demək, söyləmək" semantikası dayanır. "Ayğuçi" dövlətdə baş məsləhətçi titulu ifadə edir. "Kudatqu bilik" Y.Balasağunlunun "söyləyən, danışan" mənalarında işlətdiyi bu söz yüksək rütbə - dövlət məclisinin rəhbəri (spiker) kimi göstərilir (KB. 1181, 1620, 2557, 2922, 3211 və s.
​​​B Ə G/B Ə Y- qədim türk yazılı abidələrində kifayət qədər tez-tez bu söz zadəgan titulunu ifadə edir. Ə. Əsgərə görə bu titul dövlət və xalq qarşısında böyük xidmətləri olan şəxslərə dövlətdə birinci şəxs vəzifəsində olan adam tərəfindən verilir. [6.s.57]. Ə. Donuk isə yazır ki, bu sözün "bək-bek"-bəkçi sözü ilə, o cümlədən "boy"-tayfa, qəbilə (bəylik "boy" başçılarına verilən titul olmasını da unutmaq olmaz!) sözü ilə bağladığı da ehtimal edilir. [3.s.5-6].
Biz bu sözün "bəkləmək: gözləmək"sözü ilə bağlılığı ehtimalını da irəli sürürük. Tarixən bəylər e l ə-dövlətə nəzarət edən, qanunları qoruyan şərəfli bir şəxs olublar. Bəy olmağın şərtləri "Kitabi-Dədə Qorqud"da və "Kutadqu bilik"də də verilmişdir. Sonradan bir sıra türk xalqlarında bu söz ilkin mənalandırma funksiyasını bir qədər itirərək müraciət bildirmə mövqeyi əldə etmişdir. Bir sıra antroponimlərin tərkibində də bu söz mürəkkəb adın komponenti kimi çıxış edir: Bəybala, Bəybars, Bəylər, Balabəy, Elbəyi və s.
B İ L Q Ə // B İ L G Ə - bilici, bilikli, müdrik, hakim. Bu titul hökmdarın ən yaxın adamına verilirdi. Bu söz DLT-də "ağıllı"kimi verilir.
B O Y L A - xaqan rütbəsinə yaxın bir tituldur, Tonyukuk bu titulu daşımışdır.
B U Y U R U K - məsləhətçi, vəzir. Ə. Əsgər yazır ki, buyuruklar xaqan qvardiyası idi. Göytürklərdə buyuruk bəyləri xaqanın sol tərəfində dayanırdılar. [2.s.58-59]. Sonradan Oğuz Yabğu dövlətində "buyuruk" yerinə "bəkçi" işlənməsi, "bəy", "buyuruk", "bəkçi" sözlərinin hamısının eyni semantik yükə malik olmasını və eyni kökdən yaranmasını təsdiqləyir. Qədim türk yazılı abidələrində bu söz buyruqçu, əmr verən rəis mənalarında işlənmişdir. Ə. Rəcəbov bu sözü kiçik məmur rütbəsilə bağlayır. [4.s.27].
K A Q A N-VI əsrdən bütün türk dövlətlərində ən yüksək rütbə kimi qədim türk yazılı abidələrində öz əksini tapmışdır. İlk dəfə göytürk hökmdarı Bumın 552-ci ildə özünü k a q a n adlandırmışdı. K a q a n-x a q a n xandan üstün rütbədir. M.Kaşqari göstərir ki, "Əfrasiyabın özü xaqan, oğlanları isə xandır". Bir çox tədqiqatçılar bu sözün türk dilinə digər dillərdən keçməsi fikrini söyləyirlər- Q.J.Ramsted, F.Laslo, V.Bonq, K.Şiratori, P.Pelliot, V.Bartold və b. Bu sözün iki komponentdən ibarət olması fikri daha düzgün sayılmalıdır: ka-qan k a n . İkinci komponentin( k a n: q a n) -ata anlayışını bildirməsi qədim türk yazılı abidələrində təsdiqlənir. Sözün birinci komponenti fikrimizcə, türk dillərində "böyük"mənası ifadə edən asemantik morfemdir. Q.V.Qubarev qazaxlar haqqında danışarkən onların e. ə. YI əsrdə Kür-Araz ovalığına köç etməsini göstərir (tutuşdur: şumerlərin-savirlərin suvarların oraya gəlişi!), həmin etnosun burada k a s a k i, yaşadıqları ərazinin isə S a k a s e n a adlandığını söyləyir. [5.s.84-85]. K a-s a k i "böyük saklar" demək idi. Buradakı "böyük" mənasını verən "k a" öz mənşəyinə görə şumercədən alınma da sayıla bilər. Sonradan çinlilərdə k a s-uca; suriya, əfqan və taciklərdə k a b i r - böyük; albanlarda k a b a - böyük; "Avesta"da k a v ı-rəhbər; xəzərlərdə k a q a n-çar kimi işlənməsi də Q.V.Qubarevin fikrini təsdiq edir. Ona görə də k a q a n - böyük ata demək olub türklərdə patriarxal ailənin meydana gəlməsi ilə bağlıdır. [5.s.26].
T Ö R Ə / T Ö R Ü-qanun, adət. E l / i l sözü ilə birgə işlənməyi ilə bu termin təsdiq edir ki, qədim türklərdə adət və ənənəyə bağlı qanunlar əsasında idarə olunan bir dövlət quruluşu mövcud imiş. Bu söz qədim türk yazılı abidələrində e l i təşkil edən və e l i n bağlı olduğu qanunlar kimi işlənir. "Kutadqu bilik" t ö r ə hökmdar gündoğdu tərəfindən yaradılır və onunla təmsil edilir. Y.Balasaqunluya görə t ö r ə hökmdardan üstündür, dövlət iki təmələ söykənir: ehtiyat və törə.
T U Q-bayraq. Qədim türk dövlətlərində hökmranlıq əlaməti kimi sancaq əvəzinə "tuğ" sözü işlənmişdir-Yar üküzdə üç tuğlıq türk bodun; Tuğ taşı kır erikli, Tuğ vəhşi sığır quyruğu bağlanmış və başına hökmdar ailəsinin soykökü sayılan heyvanın ( məsələn,qurdun) altunla süslənmiş başı keçirilən bir nizədən ibarət idi. Tuğ, anlaşıldığına görə hökmdarın özünə vəailəsinə aid bir bayraqdır. DLT-də tuğ hökmdarın digər hakimiyyət atributları ilə yanaşı işlənir. "Kitabi-Dədə Qorqud"da t u ğ "sancaq"sözü ilə birgə işlənir: Qazan bökün qartaşı kafərin, tuğilə sancağı qılıcladı; Boyu uzun Burla xatun tuğın kafərin, qılıcladı, yerə saldı. Fikrimizcə, tuğ sancaqdan üstün tutulan bir bayraqdır və söz "toğ/doğ"fel kökündən olub hökmdarın totemini göstərməklə onun həmin heyvandan törədiyini bildirir.
Y A R L I Q- əmr, fərman,göstəriş. Qədim türk yazılı abidələrində xaqanın yazılı əmri, hökmdar fərmanı kimi mənalarda işlənən bu termin türk dilindəki y a r (maq) - təhlil etmək,anlayışlarını bildirmişdir. Ə.Donukun gəldiyi qənaətə görə y a r l ı q sözü XYI əsrin ortalarına qədər türk və monqol dövlətlərində işlənmişdir. [3.s.91]. DLT-də M.Kaşqari bu termini xaqanın məktubu və buyruğu kimi qeydə almışdır. Butermin sonralar öz mənasını bir qədər daraldaraq rus dilinə "ə r l ı k" şəklində keçmişdir . S.İ.Ojeqov bu sözün Rusiyada XIII-XY əsrdə Qızıl Orda xanının yazılı fərmanını bildirdiyini, ikinci mənada isə məmulatın üzərində müəyyən məlumatlar göstərilmiş kağızı göstərdiyini yazır. [7.s.214].
K A T U N / X A T U N- "Əfrasiyab qızlarından olanların adıdır". YI əsrdən türk dövlətlərində kaqan (kağan) xaqan rütbəsilə birgə ortaya çıxmışdır. Göytürk xaqanlığının qurucusu Bumının xanımının titulu kimi ilk dəfə işlənərək dövlətin idarəedilməsində iştirakı olan ən yüksək rütbəli şəxsi bildirmişdir. K a t u n / x a t u n rütbəsi xaqanın xanımına təntənəli şəkildə verilir, vəliəhdlər də yalnız xatunların uşaqları arasından çıxırdı. Bu söz sonradan "qadın"şəklinə düşmüşdür". Katun-xatun" sözünün rus dilinə keçməsini "İqor polku haqqında dastan" təsdiq edir. [10]. Dastanda bu söz "xodına", "xoti" şəklində də işlənmişdir O.Süleymenov məsələn, Olğqova koqanə xoti. [9 s.101-104]. Sözün tərkibinə gəldikdə isə, fikrimizcə, buradakı k a komponenti "kaqan" sözündə olduğu kimi "böyük" mə"nasını ifadə edir, -t u n isə ayrıca sözdür və M. Kaşğari bu sözün mə"nalarını belə verir: t u n o ğ u l/q ı z - bir qadının ilk uşağı; qadının ilk ərinə də "t u n" bəy deyilir ( DLT. 111-137). X a t u n /k a t u n vəliəhd doğmuş kaqan arvadı, böyük xanım, böyük qadındır.
KENKEŞ // KENQEŞ // KİNQEŞ -DLT-də məsləhət, məsləhətli, danışıqlı mənalarında verilmişdir: Kenkeşli bilik gözəlləşir, kenkeşsiz elm azalır (DLT. 1-232); Knqton apramas, kenşeklik bilik artmas- Geniş paltar cırılmaz, məsləhətli iş pozulmaz (DLT. 3-358); Meninq bilə kenkeşdi, bilqi manqa tənqeşdi- Mənimlə məsləhətləşdi, ağlı mənimkilə tənləşdi (DlT. 3-393). Əbu Həyyan da bu sözün "məşvərət" mənasında iləndiyini göstərir. (Əbu Həyyan, 50). KDQ-də bu sözun bugünkü variantına - kənəşmək variantına yaxın formada işləndiyinigörürük: ağ alınlu Bayandır xanın, divanına dünin vardın, bəklərlə yedun-icdin, Qovmlu qövmilə kən əşdinmi? (KDQ.239). Fikrimizcə, bu söz gen-iş şəklindən yaranmışdır, birinci komponent DlT-də "kenkeş bəyləri məşvərət bəyləri, məsləhət edilən şəxslər kimi dövlətin idarə edilməsində məşvərətçi bəyləri bildirir".
​​​ Y A Ğ I - düşmən, rəqib, talançı. Türk dilində " yatmalamaq"kökündən yaranan bu söz qədim türk yazılı abidələrində tez-tez işlənir. DLT-də də kifayət qədər çox işlənmişdir. KDQ-də "düşmən" sözü ilə yanaşı, həm də ayrıca rast gəlinir: yağı basıldı, düşmən sındı; Eldə yağı yoğkən sənin, babanın üstünə yağı gəldi. "Yağı" dedikdə KDQ-də adətən kafirlər, qeyri-müsəlmanlar nəzərdə tutulur. Buraya Şöklü Məlik, Buğacıq Məlik, Qara Tükən Məlik, Qara Arslan Məlik, Dəmir Yaylı Qıpcaq Məlik, Sunu Sundal Məlik, Ağ Məlik Çeşmə, Arşin Oğlu Dirək Təkur, Qara Təkur aiddir. Bu şəxslərin qıpçaq olmaları məlumdur, kafər adlandırılmalarının səbəbi isə qıpçaqların islamı oğuzlardan xeyli sonra-XII əsrin ikinci yarısında qəbul etmələridir.
Qədim yazılı abidələrdə, dastan və klassik ədəbiyyatda müxtəlif sahə lüğətlərində müqayisəli şəkildə izlənilən terminlər müəyyən fonetik dəyişikliklə yanaşı semantikasındakı genişlənmə və ya daralmanı da sübut edir. Azərbaycan dilinin leksikasında işlək olan belə dil vahidləri sahə aiddiyyətinə görə də digər sahə terminlərilə qarşılıqlı əlaqəni istisna etmir. Əlavə edim ki, termin-sözlər asanlıqla dilimizdəki sözlərlə əlaqəyə girərək dildə sabit birləşmələrin yaranmasına da zəmin ​yardır. Doğrudur, bunların arasında başqa dillərdən tərcümə olunmuş və ya kalka edilmiş ifadələrə də rast gəlmək olur. Bununla belə bu tipli ifadələrin, bir sıra hallarda isə frazeologizmlərin yaranması dilimizin zənginləşməsi yolunda müsbət hadisə kimi qarşılanmalıdır. Qeyd edim ki, bunların sırasında keçici səciyyə daşıyan, məcazi anlamlı birləşmələr də yer almaqdadır.
Bu gün Azərbaycan dilində geniş yayılmış, mövcud gerçəkliklə sıx bağlı olan aşağıdakı frazeologizmlərə rast gəlmək olur: d ə m i r l e d i, b a n a n r e s p u b l i k a s ı, o y u n c a q d ö v l ə t , n e f t k r a l ı, u ğ u r l u m ə ğ l u b i y y ə t, d ö v l ə t q u ş u , ç a d ı r s ə a d ə t i, d o n o r ö l k ə, q u l a z a d l ı ğ ı, z i n d a n s ə a d ə t i, h u m a n i s t c ə l l a d, ş a n l ı m ə ğ l u b i y y ə t, ç ı l p a q s i y a s ə t, d i b ç ə k m ü x a l i f ə t i, s o y u q m ü h a r i b ə, d e m o k r a t i k c ə l l a d, s a p ı ö z ü m ü z d ə n b a l t a l a r və s.
Ümumiyyətlə terminologiyada subyektiv amil məhz frazeologizmlərdə açıq müşahidə edilir. Bu söz birləşmələrinin hamısı, istisnasız olaraq ayrı-ayrı fərdlər tərəfindən yaradılmışdır. İndividual terminlərin miqdarı baxımından ictimai siyasi leksika digər sahə terminoloji sistemindən daha zəngindir. Təbii ki, belə terminin məxsus olduğu fərddən, onun cəmiyyətdəki yerindən və mövqeyindən çox asılıdır.
Q A Y N A Q L AR
1. Əhmədov T. El-obamızın adları. Bakı, 1984.
2. Əsgər Ə. Qıpçaq M. Türk savaş sənəti. Bakı, 1996.
3. Donuk Ə. Əski türk dövlətlərində idari-əsgəri ünvan və terminlər. İstanbul. 1988. səh.5-6
4. Rəcəbov Ə., Məmmədov Y. Orxon-Yenisey abidələri. Bakı, 1993.
5. Qubarev Q.V. Kniqa o kazakax Voenno-istoriçeskiy jurnal. №2, 1992.
6. Əsgərov Ə. Azərbaycan sehirli nağıllarında qəhrəman. Namz.diss. Bakı, 1992.
7. Ojeqov S.İ. Slovarğ russkoqo əzıka. Moskva, 1990
8. Əsirəddin Əbu Həyyan əl-Əndəlusi. Kitab əl-idrak li-li- san əl-ətrak ( tərc. Z.Bünyadov), Bakı, 1992.
9. Süleymenov O. Az-Ya Bakı, 199.
10. Baskakov N.A. Törkskaə leksika v "V slovo o polku İqoreve", Moskva, 1985.

Filologiya elmləri doktoru, professor İlhamə Hacıyeva


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 872   Tarix: 30 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

TOP MP3