Pasportu 1 günə almaq mümkün olacaq (Video)

Pasportu 1 günə almaq mümkün olacaq (Video)Şəxsiyyət vəsiqələri və pasportların verilməsi qaydaları dəyişdirilib.Milli Məclisin bu gün keçirilən iclasında şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi qaydaları dəyişdirilib. Dəyişdirilən həm də bu sənədlərə görə ödənilməli olan rüsumlardır.
Milli Məclisin bu gün keçirilən iclasında şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi qaydaları dəyişdirilib. Dəyişdirilən həm də bu sənədlərə görə ödənilməli olan rüsumlardır. Parlamentdən sürücülərə də şad xəbər var.

Qanunvericiliyə edilən dəyişikliyə əsasən artıq şəxsiyyət vəsiqəsi vətəndaşlara 16 yox, 15 yaşına çatdıqda veriləcək. Həmçinin bu şəxsiyyət vəsiqəsi biometrik məlumatları, yəni qan qrupunu, gözünün rəngini, boyunu da əks etdirəcək. 15 yaşına qədər uşaqlar üçün isə biometrik çiplərə malik identifiksiya kartları veriləcək. Yeni nəsil şəxsiyyət vəsiqələri 2014-cü ilin yanvarından təqdim ediləcək. Xarici ölkəyə getmək üçün lazım olan ümumvətəndaş pasportlarının verilmə müddəti və rüsum da dəyişdirilib.

Əgər indiyə qədər ümumvətəndaş pasportu almaq üçün adi halda 30 gün tələb olunurdusa, indi bu müddət 10 günə bərabərdir. Daha çox rüsum ödəməklə 5 günə və 1 günə də pasport almaq olar. Qanunvericilikdə müstəsna hal kimi vətəndaşın xaricdə yaşayan qohumunun ağır xəstəliyi, vəfatı və digər bu cür hallar nəzərə alınaraq 2 günə də adi rüsum dərəcələri ilə pasport almaq mümkün olacaq. Rüsumlara gəldikdə isə, burada da azalma var.

Beləliklə, adi halda 10 günə və ya müstəsna hal kimi 2 günə pasport almaq üçün:
1 yaşınadək uşaqlar 10 manat;
1-3 yaşlı uşaqlar 20 manat;
3-18 yaşlı uşaqlar 30 manat;
18 yaşdan yuxarı şəxslər 40 manat ödəməlidirlər.

Əgər siz xarici pasportu 5 gün ərzində almaq istəsəniz, rüsumlar 2 dəfə artır. Cəmi 1 iş günü ərzində pasporta sahib olmaq üçün 3 qat artıq rüsum ödəməlisiz. Dəyişikliklər millət vəkilləri tərəfindən ümumilikdə müsbət qarşılansa da, bəzi məqamlar mübahisələrə səbəb oldu. Millət vəkili Sabir Rüstəmxanlı xarici pasportların müstəsna hallarda da 1 günə verilməsini təklif etdi.

Millət vəkili Sabir Rüstəmxanlı: "Bir adam daha çox rüsum verir, 1 günə pasport alır. Amma birinin yaxını ölübsə və ya xəstədirsə, o, 2 gün gözləməlidir. Belə çıxır ki, bizdə pul insanın şəxsi vəziyyətindən daha üstündür".

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə isə, artıq sürücülük vəsiqəsinin itirilməsinə, qəsdən korlanmasına və yararsız hala salınmasına görə cərimə ləğv olunur. Qeyd edək ki, indiyə qədər bu cərimənin məbləği 40 manat idi.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9384   Tarix: 19 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Amin əsir düşdüyü yerdə... - Video

Vətən müharibəsi qazisi Amin Musayev ilk dəfə ermənilərə əsir düşdüyü yerdə olub. "Qafqazinfo" xəbər verir ki, ikinci Qarabağ müharibəsinin qızğın döyüşlərindən birinin getdiyi Şuşa-Xankəndi istiqamətində ağır yaralanan Amin həmin anları xatırlayıb:. "Yerimi dəyişəndə güllə yarası aldım

10:06 385
.

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin 9 yanvar tarixində baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 1

02.05.2024 749
.

Azərbaycanda pensiyalar bu yolla arta bilər - VACİB AÇIQLAMA

Azərbaycanda pensiyaların yenidən nə vaxt artrılacağı iən çox müzakirə olunan məsələlərdən biridir. xəbər verir ki, bu mövzu barədə həm rəsmi şəxslər, həm də ekspertlər müxtəlif fikirlər səsləndiriblər. Hələlik dövlət qurumlarından pensiyaların konkret artımı ilə bağlı rəsmi açıqlama verilməyib. Laki

10:07 422
.

"Azərbaycan insanların hüquq və azadlıqlarının,media azadlığının yüksək səviyyədə təmin olunduğu, tolerant, humansit dövlətdir"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasındakı mövcud əlaqələrin daha da dərinləşməsinə və münasibətlərin gələcək inkişafına təkan verəcək. Ölkə Başçımızın Almaniyada yüksək səviyyədə qarşılanması və. Berlində keçirilən "15-ci Petersberq İqli

02.05.2024 151
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

02.05.2024 307
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

10:10 296
.

İsrail əsgərləri 1 nəfəri yaralayıb, 15 nəfəri əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1 nəfəri yaralayıb, 15 nəfəri saxlayıb. xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatının (FAT) Əsir və Azad Edilən Nümayəndəliyinin birgə bəyanat verib. İsrail qüvvələri Ramallah şəhərinin şimalındak

02.05.2024 229
.

"Avroviziya-2024"də Fələstin bayraqları qadağan edildi

"Avroviziya"nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib. Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb. Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarını

02.05.2024 262
.

Xırdalanda bağça müdirinin "fond pulu" tələb etdiyi iddia olunur - VİDEO

Abşeron rayonu Xırdalan şəhəri 17 saylı uşaq bağçasının müdirinin "fond pulu" tələb etdiyi iddia olunur. xəbər verir ki, bununla bağlı müdir Fəranə Məhərrəmovanın sosial şəbəkələrdə səs yazısı yayılıb. Müdir məcburi şəkildə "fond pulu"nun yığılmasını tələb edir:. "Bu bağça üçü

14:40 189