Məşhur türk müğənnisi Bakıda konsert verdi (Video)
Özcan Dəniz pərəstişkarlarını konsert proqramı ilə sevindirib.Türkiyəli müğənni Özcan Dəniz yenidən Bakıya üz tutub. Məşhur müğənni azərbaycanlı pərəstişkarlarını konsert proqramı ilə sevindirib. Dəfələrlə paytaxt Bakının qonağı olan sənətçi Heydər Əliyev sarayının səhnəsinə çıxaraq həzin mahnısı ilə konsertə başlayıb. Özcan Dəniz ilk mahnısını ifa etdikdən sonra tamaşaçıları salamlayaraq, onlarla görüşdən məmnun olduğunu söyləyib.
Hit mahnılarını bir-birinə calayan Özcan Dəniz çox yaxın zamanlarda yenidən yolunu Azərbaycandan salacağına da söz verib. Müğənninin konserti alqışlarla müşaiyət olunub.
mənbə: anspress.com
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş