Təbii meyvə şirələri hansı xəstəliklərə dərmandır?

Təbii meyvə şirələri hansı xəstəliklərə dərmandır?Meyvə sularının tərkibindəki vitamin və antioksidantlar bir çox xəstəliklərin qarşısını alaraq, sağlamlığımızı qoruyur. Bu gün biz onlardan bəzilərinin siyahısını sizlərə təqdim edəcəyik.

Portağal suyu- immunitet sistemini gücləndirərək orqanizmi soyuqlamadan və qripdən mühafizə edir. Tərkibindəki C vitamini və turşular öskürəyi azaldır. Antioksidant kimi kapilyarları gücləndirərək ürəyin zərər görməsinin qarşısını alır, təzyiqi aşağı salır, dərini təravətli saxlayır, qanın laxtalanmasının, mədə və mədəaltı vəzi xərçənginin əmələ gəlməsinin qarşısını alır, əziklərin daha tez sağalmasını təmin edir.

Albalı şirəsi- qızdırmanı aşağı salır, qanı təmizləyir, bədəndə yığılıb qalan artıq suların ifraz olunmasına kömək edir, mədə və qaraciyərin fəaliyyətini artırır, sidikqovucu xassəyə malikdir.

Alma şirəsi- də immunitet sistemini gücləndirir, qanda şəkərin miqdarını normaya salır, başağrılarını kəsir, böyrəkləri təmizləyir, xolesterolu aşağı salır, bağırsaqlardakı parazit qurdlarının tökülməsini təmin edir, ürək və ağciyər xəstəliklərinə yoluxma ehtimalını azaldır, damar sərtliyinin qarşısını alır.

Şaftalı şirəsi- tərkibində A, B3 və C vitaminləri, həmçinin betakaroten olduğu üçün qripə qarşı bədənin müdafiə mexanizmini artırır, yuxusuzluğu aradan qaldırır, həzmi asanlaşdırır, böyrəklərin və öd kisəsinin normal fəaliyyətinə kömək edir, sidikqovucudur.

Üzüm şirəsi- müalicəvi əhəmiyyətinə görə mütəxəssislər tərəfindən "bitki südü" kimi də adlandırılır. Tərkibində bol miqdarda A və C vitaminləri, minerallar, əsasən də dəmir və kalium çox olduğu üçün orqanizmin xəstəliklərə qarşı daha müqavimətli olmasına səbəb olur. Bədənin enerji ehtiyacını təmin edir, bağırsaqları yumşaldır, sidikqovucu xassəyə malik olduğu üçün orqanizmi toksinlərdən təmizləyir. Üzüm şirəsi fiziki və zehni yorğunluqları aradan qaldırır, ürəyin fəaliyyətini normallaşdırır, dərinin yaşlanmasının qarşısını alır.

mənbə: faktxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2287   Tarix: 01 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827