Ailədə məsuliyyət və vəzifələr

Ailədə məsuliyyət və vəzifələrValideynlərin uşaqlarına qarşı əsas vəzifələri onların ehtiyaclarını təmin etmək, onlara tərbiyə vermək, onları oxutmaq, peşə sahibi etmək, uşaqlar arasında (qız və ya oğlan, fərqi yoxdur) ayrı-seçkilik qoymamaq və ən əsası öz nümunələri ilə onlara hər şeyi (həm də ən gözəl şəkildə) aşılamaqdır.Digər tərəfdən, ailədə maddi və mənəvi cəhətdən tarazlığın qorunub saxlanması vəzifəsi də valideynlərin üzərinə düşür. Bu baxımdan, ailə uşaqların ədəb və əxlaq qaydalarını, ümumiyyətlə, bütün bu kimi digər xüsusiyyətləri öyrənməsi üçün əsas məktəbdir.

Cəmiyyətin ən əsas təməli və bünövrəsi ailədir. İnsanların bir-biri ilə evlənməsində əsas məqsəd onların hər birinin digərində əmin-amanlıq tapmasıdır. Əgər evlilikdə bunun əksi baş verirsə, deməli bu evlilikdə məqsəd hasil olmamışdır. Ailə üzvləri əsasən ata, ana və övladlardan ibarətdir.

Sağlam həyatda olduqca böyük rolu olan amillərdən biri də ailə mühitində böyüməkdir. Tibbi araşdırmalar göstərir ki, ciddi problemi olmayan bir ailəni dağıtmaq onu qorumağa çalışmaqdan daha çox stresə səbəb olur. Başqa bir tibbi araşdırma isə ailə daxilində birgə yemək yeməyin insan sağlamlığına müsbət təsir göstərdiyini ortaya qoyur.

Ailə üzvlərinin bir-birilərinə qarşı yerinə yetirməli olduqları bəzi vəzifələri var. Məsələn, valideynlərin uşaqlarına qarşı vəzifələri, uşaqların valideynlərinə qarşı vəzifələri, uşaqların bir-birilərinə qarşı vəzifələri və s... Təbii ki, bu siyahını uzatmaq da olar, amma məncə əsas araşdırılmalı olan vəzifələr bunlardır...

Valideynlərin uşaqlarına qarşı əsas vəzifələri onların ehtiyaclarını təmin etmək, onlara tərbiyə vermək, onları oxutmaq, peşə sahibi etmək, uşaqlar arasında (qız və ya oğlan, fərqi yoxdur) ayrı-seçkilik qoymamaq və ən əsası öz nümunələri ilə onlara hər şeyi (həm də ən gözəl şəkildə) aşılamaqdır. Digər tərəfdən, ailədə maddi və mənəvi cəhətdən tarazlığın qorunub saxlanması vəzifəsi də valideynlərin üzərinə düşür. Bu baxımdan, ailə uşaqların ədəb və əxlaq qaydalarını, ümumiyyətlə, bütün bu kimi digər xüsusiyyətləri öyrənməsi üçün əsas məktəbdir. Ona görə də, valideynlərin üzərinə düşən vəzifə çox ağırdır.

Əgər ailədə valideynlər arasında hər hansı bir problem (ya da problemlər) baş verirsə, o ailədəki uşaqlar mənəvi sarsıntı keçirirlər. Belə ki, hətta baş verən bu hadisələr iki yaşlı uşaqdan belə yan keçmir və indi olmasa da, gələcək həyatına öz təsirini göstərir. Uşaqların ailədə ədəb və əxlaq qaydalarına müvafiq böyüdülməsi və tərbiyə olunması onların pis vərdişlərdən uzaqlaşmaları nöqteyi-nəzərindən də çox faydalıdır.

Uşaqların valideynlərinə qarşı əsas vəzifələri isə onlara hörmət etmək, sözündən çıxmamaq, "of" belə deməmək və s.-dir. Çünki valideynlərin üzərimizdəki haqqı çox böyükdür. Uşaqların bir-birilərinə qarşı vəzifələri onların bir-birilərini sevməsi, bir-biriləri ilə gözəl rəftar etməsi və hətta lazım olsa, bir-birilərinə dayaq, dəstək olmasıdır. Ancaq son vaxtlar cəmiyyətdə bunun əksi olan hallara da çox tez-tez rast gəlirik. Bunun bir səbəbi də qloballaşma dövrünin bizim bəzi mənəvi dəyərlərimizi özü ilə silib aparmasıdır. Belə hallara qarşı ən yaxşı çarə isə yenə də sağlam ailədir. Ona görə də, bu mənəvi dəyərlərimizi qorumaqda hər kəsə, əsasən də ailələrin üzərinə çox böyük məsuliyyət düşür.

Məncə, ailədə kimin üzərinə hansı vəzifənin düşməsindən asılı olmayaraq, ailə daxilində baş verən bütün problemlərdə valideynlər bir-birilərinə dəstək olmalı, problem baş verdikdə belə bunun nəticəsini deyil, səbəbini araşdırmaqda və həllini tapmaqda birləşməlidirlər. Əgər belə olsa, o ailədə əmin-amanlıq olar və evliliyin əsas məqsədi də hasil olmuş sayılar.

mənbə: publika.az


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2333   Tarix: 21 mart 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Netflix" "Warner Bros."u 82,7 milyarda aldı

"Netflix" əfsanəvi kino studiyası "Warner Bros."u 82,7 milyard dollara satın alıb. Axşam.az xəbər verir ki, şirkət bununla bağlı rəsmi açıqlama yayıb. Tərəflər arasında müqavilənin ləğvi olacağı təqdirdə 5,8 milyard dollarlıq cərimə nəzərdə tutulur. Bundan başqa, "Warner Bros."u

07.12.2025 261
.

Alimlər dünyada ilk dəfə "toxunula bilən" ekran yaratdılar

Kaliforniya Universitetinin (Santa-Barbara) alimləri təsviri göstərməklə yanaşı, ekranın səthində hiss olunan relyef formalaşdıra bilən eksperimental displey təqdim ediblər. Qaynarinfo xəbər verir ki, layihə haqqında məlumat "Science Robotics" jurnalında dərc olunub. Burada Yon Visselin rəhbərli

08.12.2025 378
.

Kirayə ev tapmaq üçün ən etibarlı üsullar

Kirayə ev tapmaq bəzən göründüyündən daha çətin prosesə çevrilə bilər, çünki bazarda çoxlu sayda elan və təklif mövcuddur. İnsanlar tez-tez münasib qiymət, yaxşı şərait və əlverişli məkan arasında balans qurmaqda çətinlik çəkirlər. Doğru qərar vermək üçün həm məlumatlı, həm də diqqətli olmaq vacibdir

12.12.2025 183
.

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

Mütəxəssislərə görə, kartof qızardarkən duz kartoflar yağdan çıxan kimi, yəni hələ isti və üzəri yağlı ikən əlavə edilməlidir. Çiy kartofa və ya qızartma zamanı duz atmaq, kartofun suyunu buraxmasına və çıtırlığını itirməsinə səbəb olur. İsti səthə səpilən duz isə həm daha yaxşı yapışır, həm də dadı

13.12.2025 207
.

Kolbasanın üstündə bu söz varsa, qəti almayın

Mağazada yaxşı kolbasa seçmək üçün məsləhətlər verilib. xəbər verir ki, bu sahə üzər ekspert Yelena Medkovanın sözlərinə görə əsas meyar qablaşdırmanın dizaynı yox, məhsulun texnoloji göstəriciləridir. "Bişmiş kolbasa seçərkən dövlət standartlarına əsaslanmaq olar. Mövcud GOST standartlarında məhsulla

00:28 393
.

Göz sağlamlığı üçün faydalı təbii qidalar

Qeyri-sağlam qidalanma və ekoloji amillər bütün orqanlara, o cümlədən, gözlərin sağlamlığına mənfi təsir göstərir. Son vaxtlar bioaktiv qidalara tələbat olduqca artmaqdadır. Bitki mənşəli bioloji aktivliyə malik həmin məhsullar kapsul, tablet, toz, sirop və digər formada hazırlanır. Ona görə də gözlə

09.12.2025 494
.

Ölümdən sonrakı həyat: Bakının adı Misirin 3500 illik "Ölülər kitabı"nda niyə çəkilir? (VİDEO)

Qədim Misirin bəşər tarixindəki izi danılmazdır. Ehramları, əfsanələri, fironları və ağlasığmaz ləl-cəvahiratı ilə heç kəsi etinasız buraxmayıb. Bu qədim torpaqlarda dünyadan köçənlər üçün məzara axirət kitabı qoyurdular ki, ruhlarına kömək olsun. Burada adı çəkilən Qafqaz toponimləri, hidronimlərini

10.12.2025 507
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

13.12.2025 597
.

45 dəqiqə dayanan ürəyi işə salan həkim danışdı: "Allah əməyimizi itirmədi"

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan xəstə 45 dəqiqəlik mübarizədən sonra həyata qaytarılıb. Pasiyentin həyatını xilas edən həkim Jalə Müslümova Baku TV-yə danışıb və pasiyentin həyatını xilas etdiyi üçün çox böyük sevinc hissi yaşadığını deyib

13.12.2025 230
.

TOP MP3